29 il öncə Ermənistanın Azərbaycana hücum anı... - Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO
Oxunub: 2631
26 Mar 2019 | 16:43
29 il öncə Ermənistanın Azərbaycana hücum anı... -  Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO
29 il əvvəl - 1990-cı ilin martında Azərbaycan ictimaiyyətinin tanınmış simalarının imzaladığı və SSRİ rəhbərliyinə ünvanladığı qəzəbli bəyanat ölkədə geniş rezonans doğurmuşdu.
Qanlı Bakı qırğınından hələ özünə gələ bilməmiş Azərbaycan bu dəfə Ermənistan SSR-in ölkəmizin bütün sərhədboyu kəndlərinə etdiyi planlı silahlı hucumundan qəzəblənmişdi. Naxçıvanın Sədərək kəndindən tutumuş Qazax rayonunun sərhəd kəndlərinə qədər başlanan bu hucumda erməni silahlıları ən müasir avtomatlardan, artilleriyadan istifadə edirdilər.

Azərbaycan ictimaiyyəti xüsusən Qazax rayonunda baş vermiş dəhşətli hucumdan sarsılmışdı.  

1990-cı ilin martın 23-dən 24-nə keçən gecə erməni silahlı dəstələri Qazax rayonunun Bağanıs -Ayrım kəndinə hucum edərək, kəndi işğal etmişdilər. Qabaqcadan təşkil edilmiş plan əsasında hücuma məruz qalan kənd  martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olundu.  Xüsusu strateji əhəmiyyəti olan Bağanıs Ayrım kəndi İcevan–Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirmişdi.  
İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulub. Kənddə 5 nəfərdən ibarət ailə xüsusi amansızlıqla qətlə yetirilərək, yandırılmışdı. Bundan başqa, 10 nəfər dünyasını dəyişmiş, 15 nəfərdən çox insan yaralanmış. 100-dən  çox evi olan kənd talan olunmuş, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilmişdi. Bununla da Bağanıs Ayrım ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşdü.

Bütün bunlar isə dünyanın ən böyük və güclü dövləti sayılan SSRİ-də baş vermişdi.

Həmin dövrün sənədlərinə baxdıqda Azərbaycan ictimai-siyasi kəsiminin ölkəmizə qarşı birtərəfli qaydada aparılan bu müharibəyə SSRİ rəhbərliyinin laqeyd mövqeyindən necə qəzəbləndiyini görmək  olur.

Bu hucumdan 10 gün əvvəl isə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov SSRİ Xalq Deputatlarının Qurultayında prezident postuna seçilmişdi. SSRİ prezidentinin andiçmə mətni belə idi: “Ölkəmizin xalqlarına sidq-ürəklə qulluq edəcəyimə, SSRİ Konstitusiyasına, vətəndaşların hüquq və azadlıqlarına qarant olacağıma, SSRİ prezidenti kimi üzərimə qoyulmuş mühüm öhdəlikləri vicdanla yerinə yetirəcəyimə təntənəli sürətdə and içirəm”.

Özünü SSRİ prezidenti postuna seçdirən Mixail Qorbaçov bu təntənəli vədə rəğmən  etnik və sosial problemlər girdabına düşən sovet dövlətini xilas edə bilmədi. Bu baxımdan Kremlin Azərbaycana qarşı siyasəti daha qərəzli və birtərəfli idi.

Azərbaycana sərhədboyu başlanmış bu hucum ölkənin ictimai həyatını daha da dalğalandırdı.  1990-cı il martın 31-də Azərbaycandan seçilmiş SSRİ xalq deputatları prezident Mixail Qorbaçova müraciət ünvanlayaraq, Ermənistanın hucumuna, Bağanıs Ayrım faciəsinə qiymət verməyi tələb etmiş, Qarabağ probleminin həllində Mərkəzin birtərəfli mövqeyinə ciddi etirazlarını bildirmişdilər. 

Azərbaycandan olan SSRİ xalq deputatlarının imzaladığı müraciətdə deyilirdi: “Bu il martın 24-də və 26-dək erməni yaraqlıları Ermənistanla bütün sərhəd boyunca Azərbaycan SSRİ ərazisinə silahlı basqın etmişlər. Silahlı hucum zamanı müasir avtomatlar və ağır artelleriya işlədilib. Qazax rayonunun sərhədyanı kəndləri və Naxçıvan MSSR-in Sədərək kəndi top atəşinə tutulub. Erməni terrorçuları Azərbaycan dəmir yolunun Ermənistan SSR-in Mehri rayonu ərazisindən keçən hissəsində partlayış törədiblər. Noraşen-Bakı qatarının sərnişinləri qurban getməli idilər, yalnız xoşbəxtlikdən heç kəsə xəsarət dəyməyib. Aydın deyil ki, Sovet Ordusunun və daxili qoşunların rəhbərliyi nəyə görə terrorçuların azğın hərəkətlərinə fikir vermir? Ermənistan ərazisindən yaxşıca silahlanmış və Azərbaycan SSR-ə qarşı elan edilməmiş müharibə aparan çoxminli ordunun əməllərinə niyə göz yumur?

Azərbaycandan olan SSRİ xalq deputatları sizə müraciət edərək sizə verilmiş bütün prezident səlahiyyətlərindən istifadə edərək təxirəsalınmaz tədbirlər görməyi təkidlə tələb edirlər:

-Ermənistan SSR-də əslində nizami orduya çevrilmiş silahlı dəstələrin dərhal tərksilah edilməsi üçün qoşunlardan istifadə edilsin.

-Zaqafqaziyaya silah, o cümlədən ən müasir silahlar gətirən kanallar təcili sürətdə müəyyən edilsin”.  

Müraciəti  SSRİ xalq deputatı olan Anar, Arif Məlikov, Mirzə İbrahimov, Həsən Turabov, Allahşükür Paşazadə və digərləri imzalamışdı.

Digər bir müraciəti isə Azərbaycanın yeddi ictimai-siyasi təşkilatı qəbul etmişdi. Həmin müraciətdə deyilirdi ki, martın 24-26-da edilən hucumları Azərbaycan SSR-in süverenliyinə və ərazi bütövlüyünə silahlı qəsd kimi qiymətləndirirlər: 
“Biz sual edirik? Cəzasızlıq nə vaxta qədər davam edəcək? Nə üçün 7 milyonluq Azərbaycan xalqı DQMV-in 140 min nəfərlik erməni əhalsinin iddialarına qurban verilir? Nə üçün Azərbaycan paytaxtında fövqəladə vəziyyət qüvvədədir, ölkənin ictimai-siyasi, mədəni həyatını iflic edir, amma qanunun cəzaverici qılıncı beynəlxlaq ekstemizimin və terrorizm yuvası olan Ermənistanda kəsərdən düşür?
Erməni millətçilərinə, qanlı münaqişənin təşkilatçılarına qarşı dərhal ən qəti və təsirli tədbirlər görməyi, quldur birləşmələrinin tərksilah edilməsini və cəzalandırılmasını tələb edirik”. 


Bu müraciəti “Qayğı” Cəmiyyəti, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi, Qarabağa Xalq Yardımı Komitəsi, Qaçqınlar Cəmiyyəti, Respublika Qadınlar Şurası, “Vətən” Cəmiyyəti, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Şurası, Azərbaycan Ziyalıları Demokratik İttifaqı imzalamışdı.


O ərəfədə daha bir ciddi addım Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə tərəfindən atıldı.  Şeyxülislam Allahşükür Paşazadə SSRİ rəhbərliyinin Azərbaycana qərəzli münasibətinə, Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz əlaməti olaraq, SSRİ Xalq deputatı mandatından imtina etdi.

Bundan 2 ay əvvəl - 1990-cı ilin 20 yanvar qırğınına görə Mixail Qorbaçovu sərt ittiham edən Allahşükür Paşazadənin bu mövqeyi bütün dünyada ciddi rezonans doğurmuşdu. SSRİ rəhbəri ordunun şəhərə girməsinin rəsmi səbəbini Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyən “islam fundamentalistləri” ilə mübarizə kimi göstərdi. O, sovet xalqına müraciətində utanmadan bildirdi ki, “Azərbaycanda islam üsul-idarəsinin bərqərar olunmasına cəhd edilib”.

O zaman respublika rəhbərliyinin bu ittihamlara heç bir rəsmi münasibət bildirməməsi, müəmmalı sükutu və qorxaq açıqlamaları azərbaycanlıların haqlı qəzəbinə səbəb olurdu.  Məhz bu zaman Allahşükür Paşazadə Kremli, şəxsən SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən bəyanatla çıxış etdi.  Öz məşhur müraciətində A.Paşazadə qeyd edirdi ki, Sovet Ordusunun Bakıya yeridilməsinə bəraət vermək üçün “islam faktorundan” istifadə olunması yalnız Azərbaycanın müsəlman və xristian vətəndaşları arasında düşmənçilik və qarşıdurma yaratmaq məqsədi daşıyır. Şeyx SSRİ rəhbərini bu qanlı qırğına görə lənətlədi. QMİ sədrinin bu bəyanatı bütün dünyada böyük rezonans doğurdu.

Bu baxımdan Şeyxülislam Allahşükür Paşazadənin yürüdülən bu siyasətə etiraz olaraq SSRİ xalq deputatı mandatından imtina etməsi sovet rəhbərliyinin Azərbaycan xalqı qarşısında məsuliyyətini bir daha dünyaya xatırlatmaqla ona qarşı cəsarətli demarşı idi. 

Yanvar qırğınından sonra Azərbaycanda aparılmış həbslər və repressiyalar ölkənin ictimai-siyasi həyatını iflic etmişdi.  Demokratik hərəkat pərən-pərən salınmış, rəhbərləri ya həbs edilmiş, ya da gizli fəaliyyətə keçmişdilər. Bakıda və bir sıra başqa şəhərlərdə hökm sürən fövqəladə vəziyyət Ermənistanın əl-qolunu açaraq, Azərbaycan torpaqlarına hucumuna şərait yaratmışdı. Buna baxmayaraq, o qanlı ildə  ölkənin ictimai xadimləri və siyasətçiləri SSRİ rəhbərliyinin belə qərəzli və birtərəfli siyasətinə öz etirazlarını nümayiş etdirə bilirdilər. SSRİ xalq deputatlarının müraciəti, digər bəyanatlar bu baxımdan əhəmiyyətli idi.




Oxşar xəbərlər
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 18:37
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 18:13
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
17 May 2024 | 18:08
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
17 May 2024 | 18:07
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
GÜNLÜK
17 May 2024 | 12:30
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 12:43
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 13:30
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
17 May 2024 | 12:35
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
17 May 2024 | 12:39
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
17 May 2024 | 12:51
Razi Əliyeva işində son şahidlər dindirildi
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 12:30
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 12:43
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 13:30
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
17 May 2024 | 12:35
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
17 May 2024 | 12:39
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
17 May 2024 | 12:51
Razi Əliyeva işində son şahidlər dindirildi