Sumqayıtda 40 yaşlı kişi BIÇAQLANDI
369
20 Jun 2025 | 20:53

Sumqayıtda 40 yaşlı kişi BIÇAQLANDI

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Yaşıl dərə yaşayış massivində qeydə alınıb.

1994-cü il təvəllüdlü Ağayev Eyruz Bəhlul oğlu ilə 1985-ci il təvəllüdlü Balayev Sərvər Sahib oğlu arasında münaqişə bıçaqlanma ilə nəticələnib.

Mübahisə zamanı Eyruz Ağayev Balayev Sərvərə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, döş qəfəsinin açıq yarası, budun yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Əldə etdiyimiz məlumata görə, Sumqayıt şəhərində bir nəfərə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər