Gələn gedəcək. O gəlmişdi, yoluna vardı və getdi. Nə mal-mülk, nə cah cəlal, nə haqq etdiyi prezidentlik səltənəti onun sufi könlünüxa0 bulandırmadı, əbədi eşq qaynağı olan ilahi feyzdən bir an aralı salmadı. Ucaldıqca sadələşdi. Sadələşdikcə gözümüzdə ucaldı. Pul-para, sərvət, kürsü əldə edəndə o qədər meylini dəyişən gördük ki... O dəyşmədi. Zənginliyi də, yoxsulluğu da ilahi təqdirdən qəbul etdi. Hakimiyyət güdükçüsü olmadı, xalqa xidmətkar olmaqdan məmnunluq duydu. Rüşvətdən, korrupsiyadan uzaq, içi sevgi zənginliyixa0 ilə dolub-daşan bir həyat yaşadı.
Getməyə gəldiyini bildiyindən, ötəri dünyanın əsiri olmadı, getməyin şərəfli yolçusu, yolbayı oldu. Hər kəsi zatən bəyzadə görmək istədi, hər kəsə fərq qoymadan bəy dedi. Təbriz soraqlı “Qaragilə”x9d oxudu, şəsti əyməyən bəy havası oynadı, türk tarixinin ağrı-acısını yaşadan Sakarya şerini dilində əzbər etdi. Təkəbbür göstərmədi. Hər kəs onu insan yaraşığı təvazönünn, alicənablığın, mülayim təbiətin timsalında gördü. Dostları candan sevdi. Dostluğa, insanlığa xilaf çıxanları zamanın ixtiyarına buraxdı. Üstünə gələnləri, onu daşlayanları, kommunistini, kommunist xislətli yapçısını, arxadan xəncər vuranları, üzünə çamur atanları, onu siyasi rəqiblərinə satanları, dönükləri nehrə dünyamızın içində əritdi. Yağı yağ, ayranı ayran oldu.
Üç rəngli bayraq tutan əl nə gözəl! Vətən himninin səsləndirən dill nə gözəl!xa0 İmanı, birliyi, həmrəyliyi, nizamı, qüdrəti olan el nə gözəl! Bayrağa sarıldı bayraqdar oldu, milyonların dilində himnin səslənməsindən qürur duydu. Sovet müstəmləkəsinə el birliyini görg etdi. Siyasət hiylədir, kələkdir, hakimiyyəti qorumaqdır deyə çılız düşünənlərə, siyasət xalqı ilə birgə xoşbəxt olmaq, millətini millətlər içində ucaltmaq, vilayatə sahib olmaq, yerlibazlığın, regionçuluğun kökünü kəsmək, bütöv Azərbaycan eşqi ilə yaşamaqdır ideyasını anlatdı.
Aşiqin ən böyük kamalı, ən böyük xoşbəxtliyi məşuquna qovuşub, fənaya uğramaqdır. O, məşuquna sarıldı və Allah dərgahının ən məhrəm guşəsindəxa0 öz əbədiyyətinə qovuşdu. Məkanın cənnət olsun bəy.xa0
xa0
xa0
Göy adamı
xa0
Əlsiz, ayaqsız,
xa0
əllərin, ayaqların yetmədiyi
xa0
göylərin pak, müqəddəs qoynunda,
xa0
nəcib, xeyirxah bir ruh dolaşmada.
xa0
“Orda bir yol var uzaqlarda”x9d
xa0
göynərtili soraqlarla,
xa0
haqqa sadiq, can sirdaşım,
xa0
mövlam mənim
xa0
haqq evinə qovuşmada.
xa0
Qovuşmadadır
xa0
könül yarın bağçasına,
xa0
Çiçək-çiçək ulduz göylər
xa0
gəl-gəl deyir, qucaq açır,
xa0
qərib yollar yolçusuna.
xa0
Gəl-gəl deyir,
xa0
Tanrı üzlü mavi göylər,
xa0
Get, yolun açıq olsun,
xa0
gör nə zamandır
xa0
göylər sənin yolunu gözlər.
xa0
Yolunu gözlər,
xa0
göy üzü, intəhasızlıqlar,
xa0
Gözlər səni, yer üzündən
xa0
incik düşən,
xa0
məsum, yalqız ruhlar.
xa0
Get, qonağı ol,
xa0
saqisi mələklər olan
xa0
ay-ulduzla bəzənmiş
xa0
məclislərin,
xa0
Allah hüzurundadır məqamı
xa0
nəfsi təmiz, müqəddəslərin.
xa0
Sarmış buludları
xa0
qulac-qulac qollarına,
xa0
Yer adamı olammadın,
xa0
bəy əfəndim,
xa0
salam olsun sənin
xa0
haqq nurundan şölə saçan
xa0
yollarına.
xa0
Yerdə pisliklər, yamanlıqlar çox.
xa0
yer keçib naşı əllərə,
xa0
yerdə allah bəndəsinə aman yox.
xa0
Aman yoxdur yerdə,
xa0
yer qurduna, çay balığına,
xa0
Satılır yer bazarında insan
xa0
itdən ucuz bahalığına.
xa0
Yer, quyruğu uzun dünyanı
xa0
pardaqlayıb, sökənlərin,
xa0
Yerdə sənin nə işin,
xa0
mələklər ağuşudur yeri,
xa0
tərəzisi düz çəkən kişilərin.
xa0
Ələyəcək ələyində
xa0
yaxşını, yamanı,
xa0
iynəsi gözündən əyri sapları
xa0
keçirən fələklər,
xa0
Qəm yemə, bəy əfəndim,
xa0
xoş müjdəni,
xa0
səndən əvvəl yetirər göylərə
xa0
xeyr-şər dəftərini
xa0
yazan mələklər.
xa0
Necədir, bəy əfəndim,
xa0
zamana buraxıb hər işi,
xa0
zamansızlaşmaq,
xa0
Əl götürüb faniliklərdən,
xa0
qəm nəğməsini
xa0
küləklər pıçıldayan
xa0
uca göylərdə
xa0
əbədi kamansızlaşma?
xa0
Necədir, hər yaranışın son mənzili,
xa0
o uca göylərin halı,
xa0
Yermi, göymü yaxşı,
xa0
yoxsa, bir aldanışdır
xa0
insanın göylərə can atan
xa0
şirin xəyalı?
xa0
Cənnət qoxulu çiçəklər
xa0
ruha qida verirmi orada,
xa0
Dan şəfəqli səhərlər
xa0
çiçəklər üstünə
xa0
təzə-tər şehin sərirmi orada?
xa0
Varmı oralarda bölgüsü aparılan
xa0
ağlar, qaralar,
xa0
Sızıldarmı yenə
xa0
sinənə dağı çəkilən
xa0
sağalmaz yaralar?
xa0
Səsi batmış Təbriz
xa0
necə görünür oradan,
xa0
Şuşaya əlin şatırmı,
xa0
Söylə göy adamı,
xa0
göylər sənin ürəyinə yatırmı?
xa0
Ürəyinə yatırmı ruhunun
xa0
səmalarında pərvaz etdiyi
xa0
mas-mavi göy qübbələr,
xa0
Yaraşırmı sənə
xa0
Tanrıdan boyuna biçilmiş
xa0
ulduz düyməli, səmavi cübbələr?
xa0
Necə qarşıladı səni
xa0
könül həmdəmlərin,
xa0
azadlıq carçısı, nazlı mələklər,
xa0
Üzündən utandımı sənin
xa0
qara bəxtimizə
xa0
tasın quran fələklər?
xa0
Yaşıl işartılı nişanələr qoyulubmu,
xa0
yolunu getməyə zülmətlərin,
xa0
İxtiyarı zalımlar əlində deyil ki,
xa0
yerdə hər tikəsinə
xa0
tələ qurulan ilahi nemətlərin?
xa0
Nizamı necə qurulub
xa0
göylər səltənətinin,
xa0
orada ay, ulduz işinə qarışmır ki,
xa0
Yaşamır ki, göylər yer rəzalətini,
xa0
Haqqı yeyilən haqsızlıqla
xa0
barışmır ki?
xa0
Sağ, sol, yolun o üzü, bu üzü varmı,
xa0
Kəsir burada əyri düzü,
xa0
kişi olmaq, düzü demək
xa0
orada işə yarayırmı?
xa0
Göy üzü təmiz ayna kimi,
xa0
ləkə götürməz,
xa0
Alar sevdiklərini qoynuna,
xa0
göy üzündən onu, ötürməz.
xa0
Arındırar mavi göy sularda,
xa0
Heyran qalar paklığına onun
xa0
öz suyunda çimizdirdiyi sular da.
xa0
“Xoş gəldin”x9d deyər ona
xa0
göylər yaraşığı ruh pərilər,
xa0
Aman allah, nə xoşbəxtlik,
xa0
göy çadırlar içində sənə
xa0
laylasını mələklər oxuyan
xa0
bir yer sərilə”¦
xa0
Qapısı taybatay açıla üzünə
xa0
özgür aləmlərin,
xa0
Heyranı olasan
xa0
köksü azadlıq eşqi ilə
xa0
əbədi döyünənlərin.
xa0
Hər gecən ayrı bir gecə ola,
xa0
xa0
ay, ulduz gözəllər,
xa0
Ax necə olar”¦
xa0
Şikəstə, “Qara gilə”x9d oxuya sənə
xa0
səhərlərə açılan qara gecələr,
xa0
Uyu qardaşım, uyu,
xa0
ora bir səadət bağçası,
xa0
Yetər inşallah hər arzun yerinə,
xa0
ruhun yalnız orda dincələr.
xa0
Nurəddin İsmayıl