Yazar
Nurədiin İsmayıl
Bütün yazılar
kse
2907
13 Dec 2015 | 13:29

Hara gedirsən...







Hara gedirsən

Salıb ürəyimə qəmi, hicranı,

Döndərib üzünü hara gedirsən.

Nədir bilməm, aşiqinin günahı,

Vurub ürəyimə yara, gedirsən.


Nə can qoydun, nə də dinclik canımda,

Nəbzin vurur damarımda, qanımda,

Daha hal qalmadı, mənim canımda,

Çəkdirib ruhumu dara, gedirsən.


Gül üzünün həsrətidir çəkdiyim,

Bitəcəkmi, heç bilmirəm əkdiyim,

Xumar gözlüm, ay xınalı kəkliyim,

Edib hər günümü qara, gedirsən.


Bu atəşin tüstüsü nə, közü nə,

Yandırıbdır çox aşiqi közünə,

Öyrəşməmiş hələ gözüm, gözünə,

Atıb səhralara, xara, gedirsən.


Biz əzəldən yara aşiq olmuşuq,

Bu dünyanın ləzzətindən doymuşuq,

Damla idik, dəryalara dolmuşuq,

Apar məni, əgər, Yara gedirsən.

Nurəddin İsmayıl
10 dekabr 2015
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər