“Akademiya seçkilərində həmişə “zəri qoşalıyıb” nərd oynayıblar”
Oxunub: 3613
06 Jun 2015 | 22:21
“Akademiya seçkilərində həmişə “zəri qoşalıyıb” nərd oynayıblar”

Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Moderator.az-a İslam dünyasının Qərbə elmdə uduzmasının səbəblərini göstərən maraqlı analitik məqalə göndərib. Onu hissə - hissə oxuculara təqdim edirik:



Əvvəli bu linkdə----moderator.az/index.php?xeber=80499


Fərəməz Maqsudov və Heydər Əliyev...

Bu günlərdə rəhmətlik prof. Zahid Qaralovun “Heydər Əliyev- milli ləyaqət ölçüsü” adlı kitabınin (26.05.15 tarixində) təqdimatı oldu. Kitabın 219 ”“cu səhifəsində elmi elitaya dərs ola biləcək bir əhvalat var:

“Heydər Əliyev Azərbaycan Respublikasının  Prezidenti olarkən Fərəməz Maqsudovu  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təsdiqlədi. Fərəməz müəllim də “hörmətə-hörmət” nümunəsi nümayiş etdirmək qərarına gəldi. Heydər Əliyevi AMEA həqiqi üzvü seçdi... 
Bir gün sonra Prezident Heydər Əliyevin sədrliyi ilə keçrilən YAP  İdarə Heyətinin  iclasında  F. Maqsudov bu “sürprizi” məruzə etdi.
Heydər Əliyev ona diqqətlə qulaq asandan sonra soruşdu: Sən bu işi hansı əsasla görmüsən və məqsədin nədir?
Fərəməz müəllimin cavabı belə oldu ki, Siz buna layiqsiniz, akademiklərdən çox iş görmüsünüz. Siz elmə bizim hər birimizdən qat-qat çox xeyir vermisiniz. Heydər Əliyev hadisəyə çox sərt reaksiya verdi: Mən Akademiyaya üzv seçilmək  barədə sizə ərizə verməmişəm, heç vaxt da bu barədə istəyim, niyyətim olmayıb... Sən istəyirsən ki, sənin tabeliyində olum, vaxtımı akademik işlərə sərf edim? Get qərarını  da, diplomunu da ləğv elə“.

Bu adi həyat hekayəsində də Heydər Əliyevin necə böyük dövlət adamı olması özünü göstərir.

Yalançı elm... 

Biliyin vahidinin hamı tərəfindən qəbul olunmuş tərifi olmadığından elm sahəsində doğru elmlə bərabər yalançı elm də mövcuddur. 
“Yalançı elm” həqiqi elmi hörmətdən, gücdən salan faktordur və onun inkişafına ciddi maneçilik törədir. Elmin, alimin hörməti həmişə olduğu kimi bu gün də yüksək oldugundan, kvazialim və saxta elm də cəmiyyətdə inkişaf edir. Bu neqativ hadisənin qarşısını almaqdan ötəri bəzi ölkələrdə avtoritetli alimlərdən təşkil edilmiş “Yalançı elm ilə mübarizə” komissiyaları mövcuddur. 
 “Yalançı elm ” -ə klassik nümunə Molla Nəsrəddinin lətifələrində də var. Molla şahın eşşəyinə kitab oxumağı öyrətməyi söz verir. Arvadının qorxusuna və etirazına isə lokanik cavab verir: “Narahat olma, on ilə ya eşşək ölər, ya şah, ya da ki, mən”.
 Digər bir misal. 1991-ci ildə Rusiya prezidenti Boris Yeltsin Novosibirskə gedir. Rusiya Elmlər Akademiyasının “Yalançı elm” ilə mübarizə komissiyasının sədri akademik Eduard Pavloviç Kruqlyakovdan soruşur: “Daşdan enerji almaq olarmı”?  Akademik deyir ki, bu mümkün olan şey deyil. “Siz belə düşünürsünüz, mənə məruzə ediblər ki, olar”. Akademik öz biliyinə şübə etmədiyindən “Bu halda sizə fırıldaqçılar məruzə ediblər” ”“deyir. Bundan Yeltsin hiss edilən dərəcədə inciyir. Vəziyyət gərginləşir. Bu anda  kimsə “axı daş da atom kimi tükənməzdir” söyləyir və gərginliyi bir qədər yumşaldır. Sonralar REA- Sibir bölməsinin sədri  akademik Koptyuq  Eduard Kruqlyakova soyləyir ki, daşdan enerji almaq probleminə  B. Yeltsin 120 millyon rub pul ayırıbmış. Kim bilər ki, bu pullar hara getdi və B. Yeltsinə “daş enerjisi ” ilə bağlı kim məruzə edib. Akademik deyir: Məni problemin özü daha çox narahat edir, nəinki kriminal təzahürü. 120 milyon rubl pul elm adamları ilə məsləhətləşməyə arzusu olmadığı səbəbdən dövlətin itirdiyi pulun çox az hissəsidir.

Hazırda elmə ayrılan maliyyənin xeyli hissəsi kvazialimlərin çürük ideyalaına xərclənir.  

 Elmdə geriliyin iqtisadi səbəbi

Müsəlman xalqlarının torpaqları o qədər zəngindir ki, onların yeni fikrə, ideyaya ehtiyacı yoxdur. Bu baxımdan da ciddi konservatizm hökm sürür. Ona görə də yeni fikir söylənilə bilən klub, mərkəz, seminar, elmi tədqiqat mərkəzi, institutlar, akademiyalar yaratmağa ehtiyac olmayıb. Əksinə, yeni fikir söyləyənin dərisini diri - diri soyblar. Bu isə hər sahədə, o cümlədən də elmdə geri qalmaya səbəb olub. 
Sənayeləşmə erası başlayandan müsəlman dünyasından fərqli olaraq Qərb dünyası tərəqqidə, inkişafda, elmdə çox irəliləyib. Qərb dövlətləri iqtisadiyatlarını sənaye istehsalı əsasında, müsəlman dünyası isə ənənəvi ticarət üzərində qurublar. Sənayenin alimə ehtiyacı var. Tacirlərin elmə ehtiyacı yoxdur. Tacirlərin gözəllərə ehtiyacı var.  Mətbuatın yazdığına görə həmyerlimiz Telman İsmayılov Antalyanın Kundu sahilində inşa olunan “Mardan Palace”  otelin açılışına Monika Beluççi, Paris Hilton, Meray Keri, Riçard Gir, Şeron Stoun kimi Hollivud ulduzları, həmçinin dünyanın ən məşhur foto model, maniken və müğənniləri də dəvət etmişdi. Həmyerlimiz akademik dairədən heç kəsi dəvət etməmişdir. Çünki onun alimə ehtiyacı yoxdur.
Elm düzlüyu, həqiqəti, qanunçuluğu, bir sözlə, ciddi həyat tərzini sevər. Ticarətdə kələk, fırıldaq, aldatmaq, qanunun böyründən keçmək də məqbuldur. Burada məqsədə çatmaq üçün hər şey məqbuldur. Bu fərq insan psixologiyasına güclü təsir edib. Bu isə gündəlik davranışdan tutmuş dövlət işlərinə qədər hər şeyə təsir edir. Üstəlik Sovet sistemi bizim də psixologiyamızı kifayət qədər deformasiya etdirib. Çünki mümkün olmayan problemin (kommunizm qurmaq) altına girdi, sonra yalan danışmağa məcbur oldu. Bir tərəfdə istehsal və düzgünlük, digər tərəfdə ticarət və yalançılıq durur.
Yuxarıda qeyd edildiyi kimi müsəlman ölkələri orta hesabla ÜDM- un 0,2 % -ni, xristian dünyası isə 5 %-ni elmə və inkişafa sərf edirlər. Dövlət öz büdcəsindən elmə və tərəqqiyə böyük məbləğlər ayırır. Daha böyük pulları sənaye nəhəngləri firmalar, əzəl şirkətlər ayırırlar. Maşınqayırma, elektrotexnika, aviasiya, elektronika  və digər  sənaye sahələrinin elmə və təhsilə dəstəyi çox böyükdür. Misal üçün ABŞ-ın “Bell Telefon Company”,  “Apple”, Hewlett-Packard”, IBM,  “Intel”,  “General Motors”, Cənubi Koreyanın “Samsung”,  Yaponiyanın “Sharp” və digər qərb şirkətləri elmə lazımı qədər sərmaya yatırırlar. Bu firma və şirkətlərdə elmi - tədqiqat, təcrübi- konstuktor mərkəzləri fəaliyyət göstərirlər, böyük alim ordusu cəlb edilir. Çox təəssüf ki, müsəlman dünyası təhsil və elmin maliyyələşməsində belə qaynaqlardan məhrumdur, çünki sənaye və istehsal sahələrində belə məşhur firmalar yoxdur və yaranmır. Sadə bir misal. Əgər biz bayramlarda, xeyir işlərdə əzizlərimizi təbrik üçün Holland qızıl gülləri alarıqsa, yerli qızılgül, biologiya elmi və onun texnologiyası inkişaf edərmi?  Yeri gəlmişkən, əgər biz başımıza qoymaq üçün xaricdə istehsal olunan papaq alarıqsa, yerli papaq ustaları yaranarmı? 

İdarəetmə
   
Akad. Y.D.Xariton deyir ki, “Elm ordu deyil, burda əmrlə az şeyə nail olmaq olar. Elmi yaradıcılığın ən effektli idarəetmə rıçağı problemlərin demokratik müzakirəsidir”.                                                        

Yeni dövrün tələbinə cavab vermək üçün elm və təhsil yeniləşməlidir. Mənim qənaətimə görə təhsildə reforma aparmaq olmaz. Burda yeni dövrün tələblərinə uyğun modernləşdirmə aparmaq olar. Çünki təhsilin yaşı Misir piramidalarının yaşından çoxdur. Akademiyada isə modernləşdirmə heç nə verməz. Burda hökmən reforma lazımdır. Çünki bizim akademiyamızın yaşı 1945- ci ildən hesablanır. Ə. Zevayla görə üc sahədə (təhsil, idarəetmə və hüquqi bazada) reformaya ehtiyac var. Təhsil və hüquqi baza ilə bağlı yuxarıda söhbət getdi.
İdarəetmənin hikməti böyükdür. Amerkalı alim Gary Hamel idarəetməni son yüz ilin beş ən vacib kəşflərdən (social) biri sayır. Yaxşı idarə edə bilsən elmi xeyir verər,  pis idarə edərsənsə ancaq pul yeyər. O yerdə ki, elmin uğuru yoxdur, demək orda idarəetmə düz qurulmayıb. 

Bu günkü elm qurumu olan  Elmlər Akademiyası Sovet dövrü üçün çox optimal özünü idarəedən bir təşkilat idi. Akademiyanın yaşadığı tarixdən bir misal çəkmək istəyirəm. 

Kamran Bağırov və  İbrahim İbrahimov

1987-ci ilin Elmlər Akademiyasının illik yığıncağında Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov da iştirak edir. Yığıncaqda əvvəllər respublikanın rəhbəri olmuş akademik İmam Mustafayevin şəxsi işi qaldırılır. Birinci cərgədə İmam Mustafayev, Mirzə İbrahimov və digər nəhənglər otururlar. K. Bağırov çıxışında İmam Mustafayev haqqında kəskin danışır. Bu məqamda akademik İbrahim İbrahimov çəliyini yerə vura-vura ayağa qalxıb tribunaya tərəf gəlir və üzünü Kamran Bağırova tutaraq deyir:
- “Siz özünüzə hesabat verirsinizmi ki, hardasınız. Elmlər Akademiyası özünü idarəedən bir təşkilatdır. İmam Mustafayev kimi şəxsiyyətlər bu millətə lazımlıdır”, - deyib tribunadan düşür. Akademiyanın belə vaxtları da olub. Akademiyada hakimiyyət 80-ların əlinə keçdikcə vəziyyət dəyişdi. 
Bu gün bu strukturun həm formaca, həm də məzmunca islahata getməsinə ehtiyac var. Bu səbəbdən də  elmi mərkəzlər yavaş-yavaş ali məktəblərə tərəf səmtləşirlər. MDB məkanının bir çox dövlətlərdə Təhsil Nazirliyi,  ELM və Təhsil Nazirliyinə çevrilib.  
R.Taqorun bir fikrində deyilir ki, “qurumuş çay öz keçmişinə məftun olmamalıdır”. Amma biz bu günkü durumu yaddan çıxarıb, elmimizin keçmişi ilə qürurlanırıq. 
Bu gün dünya elm səhnəsində yerimizi, koordinatlarıızı düzgün müəyyənləşdirməliyik ki, biz hardayıq?  Bunun üçün ilk növbədə səhvlərimizi araşdırmalıyıq və qəbul etməliyik. Səhvi qəbul etmək problemin həllinin yarısıdır. Yerimizi müəyyənləşdirdikdən sonra dünya elm mərkəzinə tərəf baxmalıyıq.    
Birinci növbədə  reformaya ehtiyac olan sahə Akademiya üzvlüyinə seçimdir. Çünki mövcud qaydalarla ən qüdrətli alimin Akademiya üzv seçilməsi müşkül işdir. Obyektiv seçim aparmaq qeyri - mümkündür. Şəxsi maraqlar imkan vermir. Burda subyektiv maraqlar  aparıcıdır. Yerliçilik, dostbazlıq, qohumbazlıq, “hörmətə-hörmət” və bunun kimi ictimai mənafeyə zidd  olan feodal təfəkkür buna imkan vermir. 
Məhz bu cür sağalmaz xəstəliklərə düçar Akademiyalar dünyada çox azdır. Ancaq çıxış yolu da var. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ” Elm müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir”- kəlamı  Akademiya üçün böyük dəstəkdir, ümid işığıdır. İnanıram ki, AMEA-nın indiki prezidenti akad. Akif Əlizadə bu dəstəkdən istifadə edərək bu elm qurumunda ciddi islahat apara bilər. Elə etmək olıar ki, Azərbaycanı idmançılar kimi elm adamları da dünyada şöhrətləndirə bilər. Akademiyanı elə vəziyyətə gətirmək lazımdır ki, Əli Əmiraslanov, Emin Tağıyev, Eylaz Babayev, Oqtay Hüseynov kimi alimlər də AMEA üzv seçilə bilsinlər. Bu addımlar Akademiyanın sanbalını çox artıra bilər.
Akademiyaya seçim elə aparılır ki, nəticədə 20% -lərin yox, 80%-lərin sayı artır. Akademiyanın tədricən korlanması sadə sxem əsasında reallaşırdı. Hər seçki zamanı “hörmətə-hörmət” prinsipi işə düşür, nəticədə akademiya seçkidən seçkiyə şişir və elitarlığını itirir. Beləliklə, say qalxdıqca keyfiyyət düşür.
Bu vəziyyəti filosof Füridin Köcərli  belə dilə gətirir: “Mən görməmişəm ki, seçkilər zamanı kimsə 100 % səs alsın. Hesablama komissiyasının sədri papkaları götürüb zaldan çıxır. Zala qayıdandan sonra elan edir ki, Filankəsov Flankəs seçildi”. 
Akademiyaya seçkilərdə  həmişə əyintilər olub. Akademiya seçkilərində həmişə “zəri qoşalıyıb” nərd oynayıblar. Zəri qoşalayıb nə nərd oynamağın, nə də Akademiyaya seçki aparmağın əhəmiyyəti yoxdur. 
Müasir dövlətin və şəxsiyyətin taleyində elmin oynadığı rolu düzgün qiymətləndirənlər bu faktoru diqqət mərkəzində saxlayırlar və belə oyunlara getmirlər. 

                                      Alimin cəmiyyətdə yeri

Alimləri eşidin, onlar bu dünyanın işığı, axirətin nurudur. 
Hz. Məhəmməd

Qərb cəmiyyət həyatı bütövlükdə elm müstəvisi üzərində oturub. Mənim qənaətimə görə tərəqqi iqtisadiyyatın zamana görə birinci tərtib törəməsidir. Yəni zaman artdıqca iqtisadiyyat artırsa deməli tərəqqi var. Sabit tərəqqi də gerilikdir. Zaman keçdikcə tərəqqi də tərəqqi etməlidir, yəni onun sürəti olmalıdır. Tərəqqini sürətləndirən faktor texnologiyadır. Texnologiya iqtisadiyyatın zamana görə ikinci tərtib törəməsidir. Texnologiya termini geniş istifadə edilsə də, müşahidələr göstərir ki, bu termin düzgün başa düşülmür. Bu anlayışa qısa belə tərif vermək olar: texnologiya - təbiət qanunlarının (fizika, kimya, biologiya və dig.)  süni obyektlərin hazırlanmasına təşkilidir. 
Tərəqqinin təcili  və ya texnologiyanın inkişaf sürəti elmi təyin edir. Elm tərəqqinin təcilidir. Elm iqtisadiyyatın zamana görə üçncü tərtib törəməsindən asılıdır. Elmi fərdlər inkişaf etdirirlər. Deməli, inkişafın mərkəzində alim durur. Demək elmin inkişafı etməsi üçün əsas şərt iqtisadiyyatın xətti yox, qeyri xətti inkişafıdır. Bunu isə ancaq alimlər edə bilər. 
"Qurani Kərim"də bildirilir ki,  axırıncı Pyğəmbərdən sonra insanlığın qarşısında çıxan sualların cavablarını alimlər verəcək və zəmanənin alimləri öz dövrlərinin Peyğəmbərləri kimi dəyərləndiriləcəkdir.

Alim əməyi qiymətləndirilməsi
   
Ardı var...
Oxşar xəbərlər
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
GÜNLÜK
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 14:31
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
17 May 2024 | 14:08
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 13:41
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
17 May 2024 | 14:28
Milli Məclisdən Lüksemburqa ETİRAZ 
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 14:31
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
17 May 2024 | 14:08
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 13:41
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
17 May 2024 | 14:28
Milli Məclisdən Lüksemburqa ETİRAZ 
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL