Azərbaycan Cümhuriyyətinin Dövlət Nəzarətçisi - Nəsiman Yaqublunun araşdırması
Araşdırma
Oxunub: 3869
24 May 2021 | 10:04
Azərbaycan Cümhuriyyətinin Dövlət Nəzarətçisi - Nəsiman Yaqublunun araşdırması
Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Nəzarətçisi,
Poçt-Teleqraf naziri Camo bəy Hacınski
 
Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Camo bəy Süleyman oğlu Hacınski 1888-ci ilin iyunun 14-də Azərbaycanın Quba rayonunda anadan olub. O, görkəmli siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlamentin katibi olmuş Mehdi bəy Hacınskinin (1879-1941) kiçik qardaşıdır. 
C.Hacınski gənc yaşlarından Bakıya köçmüş, burada gimnaziyada təhsil almışdır. Onun 1907-ci ildə “Kaspi” qəzetində müxbir olaraq  çalışması haqqında da məlumatlar var.
C.Hacınski sovet dövründə həbsdə olarkən istintaqa ifadələrində hələ 1905-ci ildən Eser Partiyasının (Sosialist İnqilabçılar Partiyası) üzvü olduğunu bildirir. 
C.Hacınski Peterburq Universitetinin hüquq fakultəsinə daxil olmuş və 1914-cü ildə oranı bitirmişdir.
C.Hacınski 1915-ci ilin dekabrından 1917-ci ilin aprelinə qədər Batum vilayətində və Dənizkənarı rayonda Birinci Dünya müharibəsi dövründə zərər çəkənlərə kömək göstərmək üzrə müsəlman qaçqın komitəsinin müvəkkili vəzifəsində işləmişdir.
1917-ci ilin aprelində o, Rusiyada baş verən Fevral-burjua inqilabından sonra yaranmış Müvəqqəti Hökumətin Zaqafqaziya Komitəsinin müvəkkili kimi, həmin ilin iyul ayınadək bu vəzifəni icra etmişdir. 
C.Hacınski həbs edilərkən Fevral-burjua inqilabından sonrakı fəaliyyəti haqqında istintaqa bu məlumatları vermişdir: “Fevral inqilabının əvvəlində, təqribən 1917-ci ilin mayında, yaxud iyununda o zaman Tiflisdə olan və Müvəqqəti Hökumətin Xüsusi Zaqafqaziya Komitəsində və fəhlə-kəndli deputatların diyar mərkəzində işləyən bir qrup şəxs Müəssislər Məclisinə öz siyahımızı təqdim etmək məqsədi ilə qeyri-partiya sosialist qrupu yaratmaq fikrinə düşdük. Bu qrup Müsəlman sosialist bloku adı altında yaradıldı, seçkidə müstəqil siyahı ilə iştirak etdi və Müəssislər Məclisinə iki deputat keçirdi. Bu qrupun tərkibinə Əhməd Pepinov, İbrahim Heydərov, Aslan Səfikürdski, Rza Qaraşarlı, A.Qantəmirov, Məmməd Məhərrəmov, Bağır Rzayev və bir neçə nəfər daxil idi. Zaqafqaziya Seymi təşkil ediləndə bizim qrupdan 7 nəfər Seymin tərkibinə daxil olub, Müsəlman sosialist bloku adı altında fraksiya yaratdılar. Seymin buraxıldığı 26 may 1918-ci ilin dekabrında Azərbaycan Parlamentini çağırmaq qərara alındı və keçmiş Zaqafqaziya Seyminin bütün müsəlman üzvləri Bakıya dəvət edildi. Bakıya gəlib Azərbaycan Parlamentinin tərkibinə daxil olan Seymin keçmiş iki bloku − Müsəlman sosialist bloku və Hümmət sosialist firqəsi adı altında birləşdilər və Parlamentin buraxılmasına qədər bir yerdə işlədilər. Firqənin tərkibinə S.Ağamalıoğlu, Ə.Pepinov, B.Rzayev, C.Hacınski, Ə.Qarayev, İ.Abdinov, A.Səfikürdski, İ.İsmayılzadə, Q.Camalbəyov, R.Qaraşarlı və b. daxil idilər. Təqribən 1919-cu ilin payızında sosial-demokrat platformasında dayanan firqə üzvləri Azərbaycan SDFP-ni yaratdılar. Bu partiyaya mən, A.Səfikürdski, R.Qaraşarlı və İ.İsmayılzadə daxil olmadıq. Bizim başlıca fikir ayrılığımız məhz həmin vaxt müzakirə olunması gözlənilən aqrar məsələyə görə idi. Azərbaycan Müəssislər Məclisinə seçkilər yaxınlaşırdı. Seçkilər zamanı işsiz qalmamaq üçün 4 nəfərdən ibarət həmin qrup 1919-cu ilin noyabr, yaxud dekabrında Azərbaycan Sİ (Xalqçı) partiyasını yaratdılar. Pul vəsaiti və işçilər olmadığı üçün biz partiyanın işini genişləndirə bilmədik”.
1918-ci ilin fevralında C.Hacınski Zaqafqaziya Seyminin üzvü, fevralın 28-də isə Seym tərəfindən təsdiq olunmuş Müsəlman fraksiyasının tərkibindəki Müsəlman sosialist blokuna daxil idi.
1918-ci ilin Mayın 28-də Tiflisdə keçmiş Qafqaz canişininin sarayında Milli Şuranın sədr müavini H.Ağayevin sədrliyi ilə keçirilən ilk iclasda müzakirə edilən 3 məsələdən biri də “Seymin buraxılması və Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanda vəziyyət” idi.
Üçüncü məsələ ilə bağlı məruzə edən X.Xasməmmədov Azərbaycanın müstəqil cümhuriyyət elan etməsinin vacibliyini bildirdikdən sonra N.Yusifbəyli, Ə.Şeyxülislamov, M.H.Seyidov və digərləri də bu fikri dəstəkləyən çıxışlar etdilər. Geniş müzakirədən sonra 24 nəfərlik Milli Şuraüzvündən 22-si (S.M.Qəniyev və C.Axundov bitərəf qalmaqla) səs verməklə Xalq Cümhuriyyətinin elanı barədə qərar qəbul edilir. Azərbaycanın İstiqlal Bəyannaməsinin qəbuluna səs verib imza atanlardan biri də Cəmo bəy Hacınski idi.
Azərbaycan Milli Şurasının tapşırığı ilə F.X.Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin birinci müvəqqəti Hökumətini təşkil edir və C.Hacınski Dövlət nəzarətçisi vəzifəsini yerinə yetirir.
O, Azərbaycan Cümhuriyyəti dövründə rabitə sisteminin inkişaf etdirilməsində mühüm xidmətlər göstərmişdir. Görkəmli iqtisadçı Məmmədhəsən Baharlı (1896-1943) bununla bağlı 1921-ci ildə məqalə də yazmışdır. 
C.Hacınski N.Yusifbəylinin yaratdığı dördüncü (14.031919 − 24.12.1919) və beşinci (24.12.1919 − 01.04.1920) Hökumət kabinələrində Poçt-Teleqraf Naziri vəzifəsini icra etmişdir. O, həm də 1918-ci ilin dekabrın 7-dən fəaliyyətə başlayan Azərbaycan Parlamentinin üzvü seçilmişdir. 
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk olaraq 1918-ci ilin iyulun 3-də Poçt və Teleqraf  Nazirliyinin əsası qoyuldu. 1918-ci ilin sentyabrından başlayaraq poçt-teleqraf xidmətinin, poçt daşınmalarının, dağıdılmış teleqraf xətlərinin bərpasına başlanılır.
1919-cu ilin martın 14-dən 1920-ci ilin aprelin 1-nə qədər isə Azərbaycanın Poçt və Teleqraf  Naziri vəzifəsini C.Hacınski yerinə yetirmişdi. Əsası A.Səfikürdski tərəfindən qoyulan Poçt və Teleqraf sisteminin inkişafında C.Hacınskinin də böyük xidmətləri var.
C.Hacınskinin Azərbaycan Parlamentində fəaliyyətinə az rast gəlmək mümkündür. Onun Parlamentdə müzakirə edilən məsələlərdə iştirakı faktı 1918-ci ilin dekabrın 15-nə aiddir. Həmin gün Parlamentin üçüncü iclası keçirilir. İclas H.Ağayevin sədrliyi, Ə.Cövdətin (Pepinovun) katibıiyi ilə açılır. İclasda yeddiyə qədər məsələ müzakirəyə çıxarılıb: 1) Daxil olan kağızlar; 2) Etibarnamə komissiyasının məruzəsi; 3) Tərtibat və təzminat komissiyasının məruzəsi; 4) Heyəti-rüsayə Baş katib seçilməsi; 5) Büdcə komissiyası intixabı; 6) Fəhlə komissiyası intixabı; 7) Məclisi-müəssisan dəvəti üçün intixab qanunu verəcək komissiya seçkisi.
Parlamentdə müzakirə rdilən 3-cü məsələ Tərtibat və Ləvazimat Komissiyasının sədri Abbasqulu Kazımzadə tərəfindən təqdim edilir. A.Kazımzadə Parlamentin birillik büdcəsinin üzvlər tərəfindən qəbul olunmasını xahiş edir. Sonra müzakirələr başlanır. 
Müzakirələrdə ilk olaraq M.Ə.Rəsulzadə, Ə.Şeyxülislamov, A.Səfikürdski çıxış edir.
Bu müzakirədə çıxış edən C. Hacınski deyir: “Mən özüm Tərtibat və Ləvazimat Komissiyasını üzvüyəm. Bu məvacib müzakirə edildikdə Parlament üzvlərini də nəzərə aldıq. Komissiya qərar verdi ki, nəinki qulluqçular və bəlkə üzvlər də lazım olan bir para şeyləri ucuz ələ gətirsin”.
Sonra C.Məlikyeganov çıxış edir, M.Ə.Rəsulzadə, A.Kazımzadə, Ə.Cövdət müdaxilələr edir. Növbəti dəfə C.Hacınski müzakirəyə qoşulur: “Üçüncü üsul fraksiyanın cərgəsində mən də varam, onlardan komissiyaya nümayəndə olaraq sədr də, katib də iştirak etmişdir. Mən sədr olduğuma görə təbiidir ki, etiraz edənlərə deyil, qulluqçular mənə müraciət edəcəklər. Ona görə də mən burada smetanın təsdiqini təklif edirəm. Beləliklə, smeta geri qaytarılmaz”.
Sonra çıxış edən A.Kazımzadə Parlament üzvlərinə maaş verilməsinin vacibliyini vurğulayır. Şəfi bəy Rüstəmbəyli bəzi Parlament üzvlərinin Hökumət qulluğundan da maaş aldıqlarını və iki yerdən məvacibin düzgün olmadığını bildirir.
M.Ə.Rəsulzadə bu məsələnin qanun şəklində Məclisdə qəbulunu uyğun hesab edir və fikrini belə yekunlaşdırır: “Dövlət xidmətində olanların maaşları başqa yerlərdə Parlament maaşından çox olar isə buradan almamalıdırlar”.
M.Ə.Rəsulzadədən sonra Ə.Cövdət bəy təklifin müzakirəyə qoyulmasını bildirdikdə, C. Hacınskinin münasibəti belə olur: “Mən elə zənn edirəm. O nakaz (təklif) ki, hazır olacaqdır, o, iki ay çəkəcəkdir. Belə bir təklif Seymdə hazırlanmadı. Təklif edirəm, bu məsələni əsasən qəbul edək, o üzvlər ki, başqa xidmətdədirlər, qulluqlarından əl çəkməlidirlər; nazir və nazir müavinlərindən başqa”.
Müzakirənin sonunda M.Ə.Rəsulzadənin “Dövlət xidmətində olanlar başqa yerlərdə Parlament maaşından çox olarsa, burdan almamalı, əks surətdə təfavütünü almalıdır” təklifi qəbul edilir.
1920-ci ilin 27 aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra C.Hacınski Ədliyyə Komissarlığında inzibati-maliyyə şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Lakin sonrakı illərdə onun sovet rejimində rahat yaşaması qeyri-mümkün olmuşdur. Bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş Dövlət müfəttişi və nazirinə inamlı yanaşmırdılar. Odur ki, 1922-ci ilin 27 aprelində C.Hacınskini əsassız ittihamlarla həbs edib, üç il məhbəsdə saxladılar. Üçillik həbs cəzasından sonra onu üç il müddətinə də Arxangelsk vilayətində olan Solovki adasına sürgünə göndərdilər.
C.Hacınski Sovet hakimiyyətinə qarşı əksinqilabi fəaliyyətdə günahlandırılırdı. O, həm də Azərbaycanda Eser (Sosialist İnqilabçılar) Partiyasının Zaqafqaziya təşkilatının liderlərindən olmuş şəxs kimi də ittiham edilirdi. 
C.Hacınskini ilk dəfə olaraq 1922-ci ilin mayın 29-da istintaqa başladılar. Az.SSR Fövqəladə Komissiyasının müvəkkili Valik ilk olaraq ona SİP (yəni Sosialist İnqilabçılar Partiyası) haqqında sual verir, A.Səfikürdskinin mənzilində keçirilən yığıncaqla maraqlanır .
C.Hacınski həqiqətən elə bir toplantının olduğunu, orada konkret iş barəsində danışılmadığını bildirir.
İstintaq prosesində müstəntiq istədiyi cavabları əldə etməsə də, C.Hacınskiyə 3 il azadlıqdan məhrum edilməklə cəza kəsilir.
C.Hacınskinin də daxil olduğu 12 nəfərlik dustaq qrupunu 1923-cü ilin aprelin 11-də Moskvaya Butırsk həbsxanasına göndərirlər. Həbsxanada onlara qarşı çox sərt rejim yaradılır... 
Aclıq edənlər arasında Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri də var idi : C.Hacınski və A.Səfikürdski.
C.Hacınskinin həbs müddəti (o, Çelyabinskdəki həbsxanada saxlanılırdı) 1925-ci ilin aprelin 11-də başa çatsa da, ona (eləcə də A.Səfikürdskiyə) Zaqafqaziyada, Şimali Qafqazda, sərhədyanı ərazilərdə, Moskva və Leninqrad quberniyalarında yaşamaq qadağan edilmişdi. Bu səbəbdən o, əlavə üç il də Azərbaycandan kənarda − Arxangelsk vilayətində Solovki həbsxanasında saxlanılır.
C.Hacınski həbsxana həyatını başa vurduqdan sonra, 1928-ci ilin iyulunda azad edilərək Bakıya qayıtmışdır. Həmin aydan etibarən Respublika Kənd Təsərrüfatı Kooperasiyası İttifaqında (Göybirliyi) plan şöbəsinin katibi və sonra müdiri olmuşdur.
C.Hacınskinin 1938-ci ildə həbsxanada verdiyi ifadələrdən məlum olur ki,  o, 1930-1931-ci illərdə Tiflisdə Zaqafqaziya Kənd Təsərrüfatı idarəsində də çalışıb.
C.Hacınski 1933-cü ilin noyabrın 1-dən Azərittifaq sistemində işləyib və 1934-cü ilin noyabrın 6-da Sənaye Kooperasiyasında baş məsləhətçi vəzifəsində çalışıb. Həmin vəzifə 1937-ci ilin yanvarın 7-də ləğv olunduğundan, C.Hacınski işdən çıxarılmışdır.
1937-ci ilin oktyabr ayında C.Hacınskini yenidən həbs edirlər. Bu dəfə o, Azərbaycan SSR Cinayət Məcəlləsinin 72, 73-cü maddələri əsasında məsuliyyətə cəlb olunmuşdu. 
Həbs zamanı aparılan qeydlərdən məlum olur ki, o, Bakıda Krasnaya küçəsi, bina 23-də olan mənzildə yaşayır, həyat yoldaşı Mariya Lvovna Hacınskidir, oğlu Camal 11 yaşında, qızı Nelli isə iki aylıqdır.
Bu dəfəki istintaqı isə Martirosov familiyalı müstəntiq aparırı. Müstəntiqin sualları belə idi: “1) Siz nə vaxtdan SİP-in (Sosialist İnqilabçılar Partiyası) üzvüsünüz?; 2) SİP-də Siz hansı məsul vəzifəni yerinə yetirmisiniz?; 3) “Sovet hakimiyyəti qurulduqdan sonra Siz hansı əksinqilabi iş aparmısınız?; 4) SİP-in Sizə məlum olan adlarını deyin; 5)Müstəntiqə məlumdur ki, Siz həbs edilənə qədər əksinqilabi eser mövqeyində qalmısınız və əksinqilabi iş aparmısınız. Məsləhət görürük, özünüz düzgün ifadə verəsiniz; 6) Siz Bakıda 1919-cu ildə əksinqilabi Müsavat Hökumətində hansı vəzifəni tutmusunuz?” .
C.Hacınski eser təşkilatının üzvü olmaqda təqsirləndirilir. İstintaqda səsləndirilir ki, eser təşkilatının başlıca məqsədi silahlı üsyan yolu ilə sovet hakimiyyətini devirmək, ziyankarlıq, təxribat aksiyaları və partiya, hökumət rəhbərlərinə qarşı terror törətməkdir.
C.Hacınski cəzasını çəkmək üçün Kirov vilayətinin Vyatka 3-cü həbs düşərgəsinə göndərilir və 1942-ci ildə orada həlak olur.
Sovet rejimi Hacınskilər ailəsinin sakit yaşamasına imkan vermədi. Onun qardaşı Əhməd Hacınski də 1928-ci ildə RSFSR CM-nin 58-1, 58-2, 58-10 maddələri ilə ittiham olunmuş və 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 
1955-ci ilin aprelində C.Hacınskinin dəniz zabiti olub, Hərbi Dəniz Qüvvələrində səkkiz il xidmət etmiş oğlu Camal bəy atasına bəraət verilməsi üçün Dövlət Təhlükəsizliyi Komitəsinin sədri polkovnik Quskova müraciət etdi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Oxşar xəbərlər
10:29, Bu gün
Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun yaranmasında mühüm rol oynayıb”
10:19, Bu gün
Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
10:11, Bu gün
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
10:09, Bu gün
Avro və rubl bu qədər BAHALAŞDI, dollar isə... 
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
GÜNLÜK
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 10:36
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
06 May 2024 | 11:11
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
06 May 2024 | 10:45
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 10:36
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
06 May 2024 | 11:11
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
06 May 2024 | 10:45
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ