"Gəlin qaynıyla yatır, bunu görən qayınata gəlinə tamah salır..."
Ədəbiyyat
Oxunub: 32308
19 Jun 2016 | 11:19
Bir müddətdir ki, tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış "Çöl Qala" povestinin Moderator.az saytı tərəfindən hissə-hissə təqdimatına başlamışıq. 

Təqdim etmək bizim, mühakimə yürütməksə dəyərli oxucularımızın missiyası. Bəri başdan bu povesti oxuduğunuza görə peşman olmayacağınıza, əksinə, xeyli duyğusal anlar, mənəvi rahatlıq qazanacağınıza zəmanət veririk... 

Qeyd edək ki, kitabı şəhərin kitab mağazalarından da ala bilərsiniz...

Əvvəlini bu linkdən oxuya bilərsiniz--- moderator.az/news/140607.html



Uzadarsan məni qumluğa. Nəfəsini boynumda, boğazımda duyaram, bədənini bədənimdə. Sonra sən yerdə qumu sayarsan, mənsə göydə ulduzları. Topladığımız qum, ulduz kisələrinə öpüşlərimizlə möhür vurarıq...



VI Bölüm. “Qum dəryasının kapitanları”
(Davamı)

Qadının yaşadığı dəhşətdi. Ən doğma iki adamı ona xəyanət edib. Bu, tək xəyanət deyil. O, təhqir olunub. Bilmirəm hansı daha ağırdı - xəyanət, ya təhqir?! Halına acıyıram. Açığı, əvvəl onunla görüşmək, söhbət eləmək istəyirdim. Etiraf edim ki, bir qadın kimi kişi ağlımdan keçən anlar da az olmayıb. Amma bu açıqlamasından sonra bütün bu duyğularım tamam başqa hisslərlə əvəz olundu. Onunla təmas üçün güclü iradə, böyük sevgi, heç olmasa onun daşıdığı ağırlıqda kədərin olmalıdır.
Sözün düzünü desəm, məni Qadından çox Rəssam maraqlandırır. Hər dəfə onun yazdıqlarını oxuyanda yazışdığı Qadın yox, arvadı gəlir gözümün qabağına. Xanımın qarşısında özümü müqəssir hesab edirəm, elə bil günah işlədən onun əri yox, mənəm. Bu sirri ona deməsəm, günah etmiş olaram. Amma necə deyim? Deyə bilərəmmi? Desəm, ondan da betər günaha batmarammı?
Gic-gic suallarla beynimi yormaq istəmirəm. Onlar sadəcə yazışıblar. Ortada xəyanət adına bir şey yoxdu. Bir də ki, “xəyanət”, “günah” nədi axı? Bu yazışmalarından sonra, onların yaşadığı bu duyğuların qabağında bu sözlər yenə öz əzəli anlamını saxlayırdımı? Bilmirəm!
Görüşdən sonra vəziyyət necə olacaq, hadisələr hara səmt alacaq? Real görüş onları pəjmürdə edəcək, ya daha da yaxınlaşdıracaq? İndi onların həyatını özlərindən xəbərsiz izləyən biri kimi bu suallar hər anıma hakim kəsilib.
İçimdə həm də belə bir şübhə oyanıb ”“ onlar həqiqətənmi görüşmək istəyirlər, yoxsa belə söyləmələri özünüaldatmadı, əslində görüşdən qaçırlar?


Rəssam: Rio-de-Janeyroya cümə gecəsi çatdım. Məni “Avenida Atlantica” hotelinə yerləşdirdilər. Sabah sərginin açılışıdı. İki gündü haldan düşənədək gəzirəm. Elə yekə şəhərdi ki, özünü səhrada qum dənəsi sanırsan. Bunu gücsüz insanlar anlamında demirəm. Küçələrdə rastlaşdığın adamlara zəif, gücsüz, umudsuz demək olmur. Burda hamının üzündə qəribə bir arxayınlıq var, gözləri həyat eşqiylə doludu. Mən bu gözlərdə kədər görmədim. Amma kədərsiz adam olurmu?! Görünür, buranın adamları kədərlərini qəlbin arxa otaqlarında gizlətməyi bacarırlar. 
Şəhərin kasıb məhəllələrində yaşayanların da üzü gülür. Xoşbəxtlik varlı olmaqda deyil, bir kəlmə xoş sözün, bir loxma çörəyin, bir udum azad nəfəs almağın bəxtiyarlığını yaşamaqdadı. 
Favela deyilən gecəqonduları gəzmək maraqlı olsa da, çox təhlükəlidi. Buralar cəhənnəmin dibidi. Favelaların öz qanunları var. Bura dövlət qanunları ilə yox, kriminal avtoritetlərin əmrləriylə idarə olunur. İç-içə, üst-üstə tikilən daxmalar ələ keçən hər cür materialdan tikilib. Cinayətkarlıq, narkomaniya, antisanitariya, fahişəlik buranın adi halıdı. Deyirlər buralar polis üçün alınmaz qaladı, dəfələrlə açıq davadan məğlub dönüblər. Amma Sənə deyim ki, burda rəsmə gələsi onlarla insan sifəti gördüm. Favelalar insan üzlərindən ibarət çələngə bənzəyir. Silsilə insan portreti yaratmaq olar. Qapısı ağzında çömbəltmə oturub siqar çəkən qarının qırış üzü, pəncərəyə yayxanan yeniyetmə mulat fahişənin bərk, hamar ombasının mis rəngi, boynumdakı fotoaparata müştəri gözüylə baxan on iki-on üç yaşlı oğlanın bic nəzərləri, körpəsini əmizdirən zənci qadının döşündən axan südün uşağın qara üzündəki bəyaz izi... neçə-neçə belə mənzərə.
Böyük təzaddı ”“ bir tərəfdə dünyanın ən gözəl şəhərlərindən biri, o biri yanda Tanrının da üz döndərdiyi səfalət favelaları. Qaldığım hoteldən cəmi beş yüz metr aralıdakı faveladan balaca uşaqların alıcı quş kimi qəfil hücumları qarşısında heç kim duruş gətirə bilməz. Biri çantasını, o biri üstündəki qiymətli əşyasını itirəcək ”“ bir göz qırpımında qapıb qaçacaqlar. Bu favelaların fonunda İsa Məsihin möhtəşəm, dünyanın ən hündür heykəli belə aciz görünür. Qolları yana açılı İsa Məsih buradakı səfil insanları şəhərin varlı, bəxtəvər sakinləriylə birgəmi qoynuna almaq istəyir? Yoxsa gördüklərinə təəccüb edir? İnsanlara sevgi payını bərabərmi bölüb? Bilmirəm! Hər halda çox sarkastik mənzərədi. 
Günəş də belədi ”“ işığını, istisini hamıya eyni dərəcədə vermir.
Danışırlar ki, ildə dörd-beş kərə heykəli ildırım vurur. Çarmıxda əzab çəkən İsanın heykəli də əzab içindədi. Bu nədi? Tanrının insanlara min illərdi göndərdiyi xəbərdarlığın davamıdımı? Bunda mistik siqnallar axtaranlar da az deyil...
İndi çıxmalıyam, imkan olduqca yazacam. Hələlik.
***
Bu gün Kapakabana çimərliyinə getdik. Bazar günləri hotelimizlə çimərlik arasındakı yolu bağlayırlar. Bu günlərdə şəhər əhalisi də çimərliyə axışır. Dörd kilometr sahil boyu uzanan çimərlik pəncərəmdən daha izdihamlı görünür. İnsanlar qarışqa yuvasını xatırladır, adama elə gəlir ki, sahildə insan qum dənələrindən çoxdu. Yaman yanmışam, kürəyim qıpqırmızı qızarıb, göynəyir, çox güman, dərisi soyulacaq. 
***
Buranın məşhur karnavalı pasxadan qırx gün əvvəl başlayır. Şəhərin kasıb şimal rayonlarındakı samba rəqs məktəbləri hər il yeni tamaşalarla karnavalda iştirak edir. Böyük şənlik olur. “Karnaval” sözü “əlvida, ət” demək olsa da, yaxşı qızardılmış əti hər restoran, kafedə verirlər. Dünyanın ən böyük stadionu “Marakana” da burdadı. Gələn bazar günü futbol olacaq. Gürcü dostum əl çəkmir, deyir bileti dəyiş, qal, futbola gedək. “Rio-de-Janeyroya gələsən, “Marakana”da futbola baxmayasan, günah olar!” Düz deyir, razıyam onunla. Amma ona necə deyim ki, buranın heç bir gözəlliyi Sənlə keçirəcəyim anı əvəz edə bilməz.
Mənə yazdığın son sözləri elə bil dilinlə demisən, qulağımda səslənir: “Qayıt gəl! Qayıdanda mütləq görüşəcəyik. Son kərə söz verirəm! Sənə sözüm olacaq, YALNIZ SƏNƏ! Mənə çox lazımsan!!! İmza: sənə əl açan qaraçı qız!” 
Mən də qayıdanda rəsmini Sənə göstərəcəm. Hələ bitməyən rəsmini. Çoxları belə zənn edəcək. Əvvəl fikirləşirdim ki, rəsmin tamamlanmayıb. Bütün rəsm qaydaları da onu deyir, amma Sən axı bilirsən, mən qaydaları pozmağı sevirəm... 
Burada, təzadlarla dolu bu şəhərdə dünyanın yarımçıq yaradıldığını daha aydın dərk edirəm. Tanrı sirlərini bizə tam açmır, insanı həyata tamarzı qoymaq üçün verdiyini yarımçıq verir. Dünyanın bütün xoşbəxtlikləri də beləcə, tam deyil. Bəlkə belə yaxşıdı. Bəlkə də yox! Bilmirəm! Yaradanın düsturunda səhvmi axtaracam?! Amma onu bilirəm ki, insan yaradılmışların ən cavanı, ən sirlisidi. Nə yaşı var ki! Vur-tut iki yüz min il ola-olmaya. Milyonlarla il ömrü olan bitki, heyvan aləmi,... milyard illər öncə yaranmış dağlar, dənizlər insan yanında burnu yerə dəyən qoca qarıdı. Hələ Big Bang -dan törəyən milyon-milyon ulduzlu qalaktikanı demirəm. İnsanın sirri açılmayıb, onun ömrü hələ qabaqdadı. Tanrının ən böyük möcüzəsi olan insan özünü dərk edəndə sirri faş olacaq.
Portretini görəndə isə onu yarımçıq sanma, tamamlanıb! O, çox mükəmməl çəkilib. Ona mənim gözümlə baxarsan! İndiyədək çəkdiyim ən yaxşı rəsmimi Sənə göstərməyə tələsirəm!
***
Bu axşam sahildəki kafedə əyləşib gəzişən adamlara tamaşa edirdim. Adama elə gəlir buranın insanları qayğısızdılar. Sanki yerimirlər, havada uçurlar, qar dənələri kimi. Bu səs-küyün içində bir hüzur var. Bunu duyman üçün gərək sənin qəlbində dinclik olsun. Mənsə heç vaxt özümü havada uçan qar dənəsi kimi yüngül hiss edə bilmirəm. Bu yüngüllüyü yaşamaq üçün mühitin olmalıdı, sakit, mehin belə əsmədiyi havada olmalısan. Bizim isə dörd tərəfimiz burulğandı elə bil. Yaşamaq, ayaqda qalmaq üçün çiynin götürməyən yükü çəkməlisən. Məndən nələr gözləyirdilər! Gözlədiklərini verməyəndə də olurdum dəyərsiz bir varlıq. Rəssamlar birliyinə sədrliyimi mənsiz həll eləmək istəyirdilər, elə bilirdilər ki, sevinəcəm. Hələ məni deputat da seçdirirdilər az qala. Deyirdim, istəmirəm. Belədə də məni axmaq hesab eləyirdilər. Anlamırdılar ki, mənim bu şeylərə marağım, həvəsim yoxdu. Dövlət mükafatları, xarici səfərlər, bəzi sərgilərimin təşkili haqda qərarlardan da sonra xəbər tuturdum. O qədər mənasız, zəhləm gedən adamlara veriblər ki rəsmlərimi, icazəm olmadan, onları itirməyimə heyfsilənirəm. Filan nazirin arvadına, filan deputata, nə bilim kimə, kimə... Özümü bu mühitdə bədəndə yad cisim kimi hiss eləmişəm. Məni heç vaxt onun atasının ad-sanı, var-dövləti, hakimiyyətdəki statusu maraqlandırmayıb. Bütün bu illər boyu xanımımı onlardan fərqli bilmişəm. Amma sonra yavaş-yavaş hər şey dəyişdi. Ölkədə, cəmiyyətdə qlamur həyata kor bir canatma dalğası başladı. Elə bil adamlar zombiləşdilər. Qarabağ deyənlərin səsi quyu dibinə düşdü. Ölkə atəşfəşanlıqlar diyarına çevrildi. İnsanlar da dəyişdi. Bir gün anladım ki, sən demə, o da bu mühitdə rahat yaşaya bilirmiş. Bax onda onun genetik kodunun açıldığını anladım. Məni dəhşətə gətirən odu ki, bu kodun açarlarından biri də mən oldum. Onun bu snob elitanın nümayəndəsi olmasında mən də yardımçı bir alətə çevrildim. 
Onu indi də sevirəm. Məni onun əsirinə çevirən tək gözəlliyi yox, azad düçüncəsi, sadəqəlbliyi olub. Ruhuyla məni elə ilk gündən tilsimləyib. Bizi birləşdirən çox dəyərlər var. Amma bəzən düşünürəm o dəyərlər yenə qalıbmı?
Sonra da Sən gəldin”¦ Amma Sən kimsən? Ümumiyyətlə, “Sən” dediyim adam varmı, mövcuddurmu? Bəzən deyirəm, görüşək, sonra da fikirləşirəm, mən xəyallamı danışıram, xəyallamı görüşmək istəyirəm. Axı Sən yoxsan! Olmayanla necə görüşə bilərəm! Varsansa, Səni Tanrı yox, mən yaratmışam! ...Fikir vermə, məni viski danışdırır...
Qadın: Cəmiyyət haqda yazdıqların tələbə vaxtı institutda bizə göstərilən bir filmi yadıma saldı. Dərsdə italyan rejissoru Ettore Skolanın “İyrənc, kirli, acıqlı adamlar” filminə baxıb müzakirə edirdik. Tapıb linkini ataram baxarsan. Roma ətrafında indi orada gördüyün favelaya bənzər bir məhəllədə taxta-tuxtadan, dəmir-dümürdən düzəldilən evdə ata, ana, oğul, qız, nəvələr və bir sürü başqa qohum-əqrəbadan ibarət ailə bir dam altında yaşayır. Gəlin qaynıyla yatır, bunu görən qayınata gəlinə tamah salır, onu şantaj edir, ailə üzvləri pulunu onlardan gizlədən atanı zəhərləyir. Oğru, fahişə, xəyanətkar, “mavi”, cahil adamların hər cür mənəviyyatdan, əxlaqdan uzaq bir mühitindən bəhs edir. Filmdə yadımda qalan belə bir iyrənc yerdə ailə başçısının çarpayısı üstündə divara yazılan şüar idi: “Sevgi və sədaqət”. İndiki mətbuatda oxuduqlarımız, yolda-küçədə görüb eşitdiklərimiz adamı dəhşətə gətirir, elə bil o filmdəki mühitə düşürsən.
...Amma əzizim, indi elə istərdim ki, yanında olam. Nolardı, məni də aparaydın o ala-bəzək şəhərə. Ağappaq qumlarla örtərdim üstünü çimərlikdə, qumlu dodaqlarımla öpərdim yanmış kürəyindən. Sonra da qoşulardıq faveladan gələn uşaqlara. Jorj Amadunun “Qum dəryasının kapitanları”nı xatırlayırsanmı? Gündəlik yeyəcəklərini oğurluqla, dilənməklə qazanan bu uşaqların azadlıq eşqi dünyaya ağalıq edən böyüklərdə belə yoxdu. O uşaqlar səni əhatə eləyən o snob elitadan qat-qat insanpərvərdir. Çünki həyat əsl simasını onların yaşantılarında göstərir. 
Onlara qoşulub şəhərin küçələrini, çimərlik qumluqlarını azad küləklər kimi dolaşarıq. Sən bandamızın başçısı Pedro olarsan, mən də Dora. Gecələr alarsan məni qucağına, apararsan sahilin ləpədöyəninə. Uzadarsan məni qumluğa. Nəfəsini boynumda, boğazımda duyaram, bədənini bədənimdə. Sonra sən yerdə qumu sayarsan, mənsə göydə ulduzları. Topladığımız qum, ulduz kisələrinə öpüşlərimizlə möhür vurarıq. Lap utandım yazdığımdan... Sonra bizi polis aparar. Sən həbsxanadan qaçarsan, gəlib məni də yetimxanadan çıxararsan. Burdan sonrasını özümüz yazarıq. Kitabdakı kimi ölmək istəmirəm. Məni ölməyə qoymazsan, yaxşımı? Qaçıb dünyanın o başına gedərik, öz dünyamıza köçərik, bizdən başqa heç kimin olmadığı bir dünyaya. Orada sənə pıçıldayacaqlarım var.
Amma yox, biz səninlə Eliziuma gedəcəyik. Bizim dildə Yeliseydi, deyəsən. Özü də antik yunan mifoloqlar yaradan seçilmiş ruhların mükafatlandırıldığı, kədərdən və qayğıdan uzaq, həmişəbahar bir dünyaya yox, öz Yeliseyimizə. Sakini yalnız özümüz olan dünyaya. Orda daha sənin yazdığın “Allah düsturu”ndan, Big Bang-dan danışmayacağıq. Qoy dinlə elm qırsın bir-birini dünya necə yaranıb deyə. Bizə nə?! O dünya da, bu dünya da onlarındır. Bizsə elmin, ya dinin qurduğu dünyada yox, sevginin yaratdığı dünyada yaşayacağıq.
Rəsmini isə həvəslə gözləyirəm. Bildiyim odur ki, məni yox, öz təsəvvüründəkini çəkmisən. Sənin təsəvvüründəki “özümü” görmək istəyirəm. Tez gəl! Bilirəm, adamlar getməkdən çox qayıtmaq barədə düşünürlər. Amma futbola bax, dostun düz deyir, “Marakana”da futbola baxmaq tarix yaşamaq kimidi. İki gün gec gəlməyinə səbrim çatar. Qal futbola. Hələlik. Öpürəm!
Rəssam: Mənimsə Yeliseyim Şuşadı. Yelisey kimi həmişə yazdı, yaydı orda. Qəribədi, Şuşa yadımda qar-qışı ilə yox, yayı ilə qalıb. Vətən həsrəti insanın tanıdığı ən ağır nisgildi. Birdən elə qapılıram bu duyğuya ki. Yurduna istədiyi vaxt gedə bilənlər bəlkə də duymazlar məni... Xəyalımdan kino lenti kimi keçir oralar. Döşəmə küçələr, əyri döngələr, enən, qalxan yollar, reşotkalı pəncərələr, şüşəbəndlər, balkonlar, zəhmli qədim evlər, dəmir toxmaqlı ağırtaxta darvazalar, məhləbaşı bulaqlar. Adamın siniri sıyrılır, elə bilirsən nəfəsin boğazında düyünlənir. Heç hava da düyün düşərmi!? Olur, inan mənə! Ürəyində qanın köpüklənib daşdığını, damarların qanı axıtmağa gücü çatmayanda çıxartdığı uğultunu eşitmisənmi? Bəs beyin qırışlarının xırçıltısını necə?! Sonra elə bil boşluğa düşürsən. Komanın vegetativ halı olur ey, bax, elə bir halı deyirəm. Gedə bilmədiyin vətən xəyal şüşəsindən görünən mənzərə kimidi. Görürsən, amma keçib gedə bilmirsən, eləcə ...Nəysə, səhər-səhər gör fikrimi haralara apardın! Səni öz Yeliseyimə aparacam. İndisə çıxmalıyam.
***
Bu gün yolumu qəsdən faveladan saldım. Taksi sürücüsü məni könülsüz apardı ora. Adamlara, illah da uşaqlara baxırdım. Dediyin kitabdakı o uşaqları axtarırdım elə bil. Çoxdan oxumuşam, amma Pedro da yadımdadı, Dora da, hələ desən Axsaq da. Bir yanda onu səfalət girdabından çıxarıb oğul əvəzi qəbul edən varlı ailə, o biri yanda ən ağır günündə ona qucaq açan oğru küçə uşaqlarının səfil ailəsi. Vicdanı əleyhinə qərar vermək sınağı insanın üzləşdiyi ən çətin imtahandı. Elədiyi əmələ görə çəkdiyi vicdan əzabı balaca Axsağı dünyanın ən əzəmətli adamına çevirmişdi gözümdə. Vicdan əzabı işgəncələrin ən ağrılısıdı. Yazıçı qüdrəti budu elə, həyatın dibindəki səfalət sakinlərini belə oxucusuna sevdirə bilir. Hüqo səfillərini sevdirən kimi...
 Düz deyirsən, burda Sənlə birlikdə olmaq cənnətdə mələklərin qoynuna girmək kimi olardı. Bizim sevgimizə Dora paxıllıq edər, Pedro da köks ötürərdi. Qumluqların sahibi özümüz olardıq.
***
Bileti dəyişmək uzun məsələ oldu. Gərək əlavə iki gün də qalaydım. İstəmədim! Dəyməz! Sabah geri dönürəm. Birisi gün səhər Bakıdayam. Axşamı görüşürük. Parisdən zəng vuracam. Öpdüm!
Qadın: Gəl, əzizim! Xilaskarım kimi gəl! Qapımı aç, çıxar məni bayıra, azad elə! Özümdən azad elə! ... Kaş elə indi, bu gecə, bu an yanımda olaydın. Sənə qısılmaq, sənin olmaq, qadının olmaq istəyirəm! 

Ardı var...
Oxşar xəbərlər
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
GÜNLÜK
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 13:30
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
17 May 2024 | 13:03
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
17 May 2024 | 12:54
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
17 May 2024 | 13:23
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
17 May 2024 | 13:06
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
17 May 2024 | 12:58
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 13:30
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
17 May 2024 | 13:03
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
17 May 2024 | 12:54
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
17 May 2024 | 13:23
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
17 May 2024 | 13:06
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
17 May 2024 | 12:58
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI