Hüquq müdafiəçisi Mehriban Əliyevanın amnistiya təklifini alqışladı
3768
17 May 2016 | 16:19

Hüquq müdafiəçisi Mehriban Əliyevanın amnistiya təklifini alqışladı

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Moderator.az-a açıqlamasında millət vəkili Mehriban Əliyevanın amnistiya təklifinə münasibət bildirib. N.Cəfəroğlu təklifi  alqışlamaqla yanaşı, indiki məqaəmda belə bir amnistiyaya ciddi ehtiyac olduğunu vurğulayıb:

“Bu təklifi alqışlayıram və hesab edirəm ki, indiki məqamda buna çox böyük ehtiyac var. Çünki həbsxanalar məhbuslarla doludur. Cəzasının qurtarmasına 3-4ay qalan məhbusların azad edilməsi məqsədəuyğun olar. Bu dəfəki amnistiyada isə cəzasının qurtarmasına bir il qalan məhbusların da azad edilməsi gözlənilir. Hesab edirəm ki, hər zaman olduğu kimi bu dəfə də amnistiya təşəbbüsü humanist bir addım kimi təqdir edilməlidir”.

 

Seymur Əliyev

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər