Elxan Süleymanov: "“Göyçay ensiklopediyası” tezliklə ictimaiyyətə təqdim ediləcək"
Oxunub: 4050
03 Mar 2023 | 11:13
Elxan Süleymanov:
Tanınmış ictimai xadim, sabiq millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanovun Moderator.az-a müsahibəsini təqdim edirik:
 
– Elxan müəllim, bildiyimiz kimi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Göyçay ensiklopediyası” layihəsi üzərində işləyir. Bu layihə haqqında danışaq. 
– İlk növbədə onu qeyd etmək istəyirəm ki, AVCİYA “Göyçay ensiklopediyası”nı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edəcək. Artıq bir neçə ildir ki, AVCİYA kollektivi qədim Göyçayla bağlı ensiklopedik tədqiqatlar aparır və 2023-cü ildə “Göyçay ensiklopediyası” fündamental əsərini hazırlayaraq ölkə icitmaiyyətinə təqdim etməyi planlaşdırır. AVCİYA artıq “Göyçay ensiklopediyası” silsiləsindən “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi Göyçay döyüşləri” (2017), “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” (2018)  və “Göyçay tarixi” (2022) kitablarını nəşr edərək, geniş ictimaiyyətin diqqətinə təqdim edib.
Artıq 1 ildən artıqdır ki, //goychay-encyclopedia.az saytı efirdədir. Hazırda efirdə olan elektron resursda 700-ə yaxın məqalə var. “Göyçay ensiklopediyası” saytında olan materiallar nəfis tərtibatda nəşr edəcəyimiz kitaba daxil ediləcək. Bildiyiniz kimi bizim kollektiv 2015-ci ildə 899 məqalədən, 6 böyük həcmli oçerkdən, 663 fotoşəkil və illüstrasiyadan və 20 xəritədən ibarət olan “Şamaxı ensiklopediyası”nı (“Şamaxı ensiklopediyası” kitabı və //shamakhi-encyclopedia.az saytı) hazırlayıb ölkə ictimaiyyətinə təqdim edib. Bu əsərlə bağlı AVCİYA-ya daxil olan məlumatlar bir daha sübut edir ki, “Şamaxı ensiklopediyası” dolğun və hərtərəfli əsərdir. Biz “Şamaxı ensiklopediyası”nı hazırlayarkən qazandığımız təcrübədən yararlanaraq “Göyçay ensiklopediyası” üzərində iş başlayanda ilk olaraq Azərbaycanın görkəmli ziyalılarından ibarət elmi redaksiya şurası formalaşdırmışıq.  
 
– Ensiklopediya yaratmaq əhəmiyyətli olduğu qədər də ciddi məsuliyyət tələb edir. Belə bir layihənin elmi redaksiya şurasına kimlər daxil edilib?
 
– Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, coğrafiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Şövqi Göyçaylı, Hacettepe (Türkiyə) Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Kamal Soltanov, Bilkənd (Türkiyə) Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Azər Kərimov, filologiya elmləri doktoru, professor, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, iqtisadiyyat elmləri doktoru Vurğun Süleymanov, İsveçin Umea Universitetində elmi işçi və mühazirəçi, dosent vəzifəsində çalışan Səadət xanım Kərimi, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli, Göyçay ziyalıları adından Əməkdar müəllim Pərviz Yəhyalı və digər tanınmış simalar “Göyçay ensiklopediyası”nın elmi redaksiya şurasının üzvləridir.
Bundan başqa, AVCİYA-nın əməkdaşları, ekspertləri – tarix elmləri doktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlı, siyasi elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Ramiz Sevdimalıyev, filologiya elmləri doktoru, professor Asif Hacılı, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (aliyevhetitage.org.) icraçı direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev də qeyd edilən ensiklopediyanın elmi redaksiya Şurasında yer alıblar.
 
– “Göyçay ensiklopediyası”na düşəcək şəxsiyyətlər hansı meyarlar əsasında seçiləcək?
 
– Ensiklopediyaya Göyçay doğumlu şəxslər haqqında məqalələr daxil ediləcək. Azərbaycan tarixinə düşmüş dövlət xadimləri, görkəmli şair və mütəfəkkirlər, tanınmış yazıçılar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, xarici ölkələrin elmlər akademiyasının həqiqi və müxbir üzvləri, Elmlər doktorları və professorlar, Göyçay tarixini tədqiq edən alimlər, Sovet İttifaqı Qəhrəmanları, Sosialist Əməyi Qəhrəmanları, Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif olunan şəxslər, Lenin, SSRİ və Azərbaycan dövlət mükafatları laureatları, Birinci və İkinci Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız, generallar, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş incəsənət xadimləri, dünya, Avropa və SSRİ çempionatlarının mükafatçısı olan idmançılar haqqında yazılar hazırlanacaq. Eyni zamanda Göyçayda doğulmayan, amma Göyçayı tədqiq etmiş alimlər haqqında da informasiyalar ensiklopediyaya daxil ediləcək. 
 
–  Şəxsiyyətlərlə yanaşı bölgənin tarixi, fiziki-coğrafi obyektləri, təbii sərvətləri haqqında məqalələr də ensiklopediyada yer alacaq?
 
–  Təbii ki, bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr, müvafiq xəritələr ensiklopediyada yer alacaq. Bundan başqa Göyçayın tarixi, ədəbi-mədəni mühiti, folkloru və mərasimləri,  etnoqrafiyası, maddi mədəniyyəti, toponimləri, din xadimləri və dini abidələri, bölgədə mövcud olan tarixi abidələr haqqında tanınmış tədqiqatçılar tərəfindən yazılmış oçerklər də ensiklopediyaya daxil ediləcək.
 
–  “Göyçay ensiklopediyası”sı ilə bağlı problemlərə diqqət çəkməyinizi istərdim. Ensiklopediyadakı qeyri-dəqiqlikləri minimuma endirmək mümkündürmü?
 
–  Qeyd etdiyim kimi bizim Ensiklopediyanın elmi redaksiya şurasında və yaradıcı heyətində tanınmış elm adamları və ziyalılar təmsil olunub. Ensiklopediya ilə bağlı əsas problem ondadır ki, informasiya mənbələri çox kasaddır. Göyçayla bağlı nəşr edilmiş kitablar bu bölgənin Azərbaycan tarixində, ədəbiyyatında, mədəniyyətində oynadığı rola proporsional deyil. Göyçay doğumlu say-seçmə insanlarımızın böyük bir hissəsi Bakıda yaşayır. Biz onları da “Göyçay ensiklopediyası” layihəsinə cəlb etmişik. “Göyçay ensiklopediyası”sı ilə bağlı 1905.az saytının redaksiyasında keçirdiyimiz görüşlərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, tədqiqatçı-jurnalist Əlisəfdər  Hüseynovla, şair-yazıçı Mahir Qarayevlə, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, “Göyçayın Qarabağ sevdalıları” kitabınn müəllifi Təranə Abdullayeva ilə, “Göyçay rayonunun toponimlərinin linqvistik təhlili” mövzusunda dissertasiya işi yazmış filologiya üzrə fəlsəfə doktoru İradə Kərimova ilə, Birinci Qarabağ müharibəsinin göyçaylı şəhidlərinə həsr edilmiş “Ruhların səsi” və “Göyçay-nəyi bilirik” kitablarının müəllifi, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Əkbər Əlioğlu ilə söhbətlərimizdə məhz bu məqamlara diqqət yetirmişik. Növbəti aylar ərzində də bizim göyçaylı ziyalılar və Göyçayı tədqiq edən alimlərlə silsilə görüşlərimiz olacaq. Xüsusilə vurğulamaq istəyirəm ki, bəzən açıq mənbələrdən götürülmüş məlumatlarda da qeyri-dəqiqlikləri aşkar etmək üçün bizim göyçaylı ziyalıların dəstəyinə ehtiyacımız var. 
 
– Rayon ziyalılarının, ictimaiyyət nümayəndələrinin sizin layihənizdə işini qənaətbəxş hesab edirsinizmi?
 
– Ensiklopediyanın hazırlanmasında Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi, icra nümayəndələri bizə yaxından kömək edir və işləmək üçün icra hakimiyyəti tərəfindən bizə hər cür münbit şərait yaradılmışdır. Göyçay Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, tarix üzrə fəlsəfə doktoru, “Göyçay” qəzetinin redaktoru Adil Məmmədov, yerli ziyalılardan Vüqar Abdullayev bilavasitə bölgədə ensiklopediyanın işinə öz töhfələrini verirlər. Amma arzu edərdim ki, ictimaiyyət nümayəndələri “Göyçay ensiklopediyası”nın işində daha yaxından iştirak etsinlər. Mən fürsətdən istifadə edərək bir daha oxucularımıza, ictimaiyyət nümayəndələrinə yaxın aylar ərzində işıq üzü görəcək “Göyçay ensiklopediyası”nın elektron poçt ünvanını xatırladıram: [email protected]
Oxşar xəbərlər
N.Tusi adına Klinika
01:03, Bu gün
Dilan-Engin cütlüyündən sonra onların da əmlakları müsadirə edildi - FOTO
01:01, Bu gün
Yelena Zelenskaya: “Həyat yoldaşımın növbəti müddətə prezident olmasını istəmirəm”
00:58, Bu gün
Şəkidə avtomobil dərəyə aşdı: Xəsarət alan var - YENİLƏNİB + FOTO
00:50, Bu gün
Ailəsi tərəfindən döyülən məktəbli qız sığınacağa yerləşdirildi - FOTO
00:21, Bu gün
Almaniyada uşaqlar arasında kəskin respirator xəstəliklər artıb
01 Dec 2023 | 23:57
Yaxın günlərdə 8 kənd qaytarılmasa ORDUMUZ hərəkətə keçəcək!" - Rauf Arifoğludan SENSASİON MƏLUMAT - VİDEO
01 Dec 2023 | 23:54
“Hizbullah” Livanla sərhəddə İsrail hərbi postunu atəşə tutub
01 Dec 2023 | 23:50
Bolqarıstan parlamenti ABŞ-dan silah alınması ilə bağlı müqaviləni ratifikasiya edib
01 Dec 2023 | 23:45
KİV: Qəzzada atəşkəs müddətini uzatmaq üçün aparılan danışıqlar nəticəsiz qalıb
01 Dec 2023 | 23:32
Həndbol üzrə Azərbaycan çempionatı: IV turun təqvimi müəyyənləşib
01 Dec 2023 | 23:23
Türkiyə Ordusu PKK-ya məxsus sığınacaqları məhv edib
01 Dec 2023 | 23:16
Moldova Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasına təkid edir
01 Dec 2023 | 23:14
Sumqayıtda xaos: Taksilər avtobusların hərəkətinə mane olurlar - VİDEO
01 Dec 2023 | 23:10
Çempionlar Liqasında həftənin oyunçusu seçildi
01 Dec 2023 | 23:04
Qadın futbolçulardan ibarət Azərbaycan millisi B Liqasına yüksəlib
01 Dec 2023 | 23:01
Rusiya MN: Ordunun şəxsi heyətinin sayı artırılır, səfərbərlik planlaşdırılmır
01 Dec 2023 | 22:53
Badamdar sakinlərinə ŞAD XƏBƏR: Yeni su xətti çəkilir - FOTO/VİDEO
01 Dec 2023 | 22:47
Polad Bülbüloğlu: "Ermənilərin Azərbaycandan getməsi ilə bağlı məsuliyyət İrəvan və separatçı rejimin üzərinə düşür"
01 Dec 2023 | 22:37
Türkiyə Qarabağ üçün günəş panelləri istehsal edib
01 Dec 2023 | 22:30
Azərbaycan güləşçiləri dünya çempionatında 5 medal qazanıblar
01 Dec 2023 | 22:23
Tovuzda yaşlı qadın dəm qazından ölüb
01 Dec 2023 | 22:22
İsveçrə Rusiyanın milyardlarla dollarlıq aktivlərini dondurub
01 Dec 2023 | 22:21
Vəkillər Kollegiyasında Misir Dövlət Şurasının və Dünya Bankının nümayəndə heyətləri ilə görüş keçirilib
01 Dec 2023 | 22:10
Türkiyə 2053-cü ilə qədər atmosferə zərərli maddələrin emissiyasını sıfıra endirməyi planlaşdırır
01 Dec 2023 | 22:09
"Tülkü toyuq hininə gözətçi təyin edilib..."
01 Dec 2023 | 22:05
Messini autist adlandırdılar
01 Dec 2023 | 22:00
Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanıldı - FOTO
01 Dec 2023 | 21:57
Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edilib
01 Dec 2023 | 21:55
Qərbi Azərbaycan Xronikası: “Qonşu bizə dedi ki, babanızın evinə ermənilər hücum ediblər” - VİDEO
01 Dec 2023 | 21:50
ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarını genişləndirib
01 Dec 2023 | 21:43
Yevlaxda 24 yaşlı qadın ata evində intihar edib
01 Dec 2023 | 21:39
“Bakıdakı bəzi nazirlik və müəssisələrin Xankəndiyə köçürülməsi mümkündür”
01 Dec 2023 | 21:34
Qəzzaya humanitar yardımın verilməsi dayandırılıb
01 Dec 2023 | 21:34
Zahidan şəhərinə təhlükəsizlik qüvvələri yeridildi - VİDEO
01 Dec 2023 | 21:25
“Namiq yanıma gəlməsin, istəmirəm” - Meyxanaçı
01 Dec 2023 | 21:22
Qubada polisin adından restoranlara qarşı dələduzluq edilib
01 Dec 2023 | 21:21
İspaniya iqlim fonduna 20 milyon avro ayıracaq
01 Dec 2023 | 21:20
Zambiyada mədən çöküb, 30-dan çox insan dağıntılar altında qalıb
01 Dec 2023 | 21:12
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir
01 Dec 2023 | 21:01
Rusiyanın Baykal-Amur Magistralı sutka ərzində iki dəfə partladılıb
01 Dec 2023 | 21:00
“Azəriqaz” İB-nin rəsmisi: “Azəristilik” ASC və  “Azəriqaz” İB arasında ciddi olaraq problem yoxdur”
01 Dec 2023 | 20:59
Ermənistan Azərbaycanla sülh prosesində imitasiya edir?
01 Dec 2023 | 20:53
O, hansı səbəbdən sağalmaz xəstəliyə tutuldu? – Məmməd Araz haqqında
01 Dec 2023 | 20:45
Nazir: "Azərbaycan və Rumıniya arasında enerji əməkdaşlığı ümum-Avropa miqyası qazanır"
01 Dec 2023 | 20:34
Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransında çıxış edib
01 Dec 2023 | 20:31
Ukrayna Avropa ilə sərhədində ciddi yoxlamalara başladı - VİDEO
01 Dec 2023 | 20:20
Vasile Soare: "Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 700 milyon dollar təşkil edib"
01 Dec 2023 | 20:13
Ermənistanda sabiq korpus komandiri külli miqdarda korrupsiya işində ittiham olunub
01 Dec 2023 | 20:11
Qusarda tapança satmaq istəyən şəxs saxlanılıb
01 Dec 2023 | 20:07
Tovuzda 69 yaşlı qadın dəm qazından boğularaq ölüb
01 Dec 2023 | 19:58
UFAZ-da Karyera sərgisi keçirildi - FOTOLAR
01 Dec 2023 | 19:50
Hiyləgər ABŞ və Cənubi Qafqaz planı - VİDEO
01 Dec 2023 | 19:46
Aynişanın vəziyyəti ağırlaşdı: "Danışa bilmirdim"
01 Dec 2023 | 19:45
Səfir: "Rumıniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təminatında maraqlıdır"
01 Dec 2023 | 19:41
Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir
01 Dec 2023 | 19:30
Bakıda Rumıniyanın Milli Günü qeyd olunur
01 Dec 2023 | 19:29
Putin müharibə başlanandan ilk dəfə olaraq xalqla birbaşa ünsiyyətdə olacaq
01 Dec 2023 | 19:27
Biləsuvarda əfsanəvi döyüşçü Natiq Qasımova həsr olunan “Oğul” filmi nümayiş edilib
01 Dec 2023 | 19:25
Şəkidə fermerlərə dəymiş ziyana görə ödəniləcək kompensasiya məbləği açıqlanıb
01 Dec 2023 | 19:20
Azərbaycanlı diplomatdan “Fair Observer”a cavab: “Azərbaycan ərazilərini işğal edən Ermənistan olub”
01 Dec 2023 | 19:17
Qəzzada döyüşlər bir neçə gün davam edəcək
01 Dec 2023 | 19:11
Azərbaycanın antikorrupsiya təcrübəsi beynəlxalq platformada...- FOTO/VİDEO
01 Dec 2023 | 19:10
İsrail ordusu Qəzza zolağında 200-dən çox hərbi obyekti məhv edib
01 Dec 2023 | 19:07
Bakıda ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb
01 Dec 2023 | 19:05
Mingəçevirdə "Audiovizual mediada ictimai maraqların qorunması" mövzusunda dəyirmi masa təşkil olunub
01 Dec 2023 | 19:00
“Kurtlar vadisi”nin Tataroğlusu vəfat etdi
01 Dec 2023 | 18:55
BDU-da “Fizikada müasir trendlər” mövzusunda 8-ci Beynəlxalq elmi konfrans başa çatıb
01 Dec 2023 | 18:55
Qubada avtomobil su kanalına düşüb - VİDEO
01 Dec 2023 | 18:50
"Anadolu" Agentliyinin Qəzzadakı operatoru hava zərbəsi nəticəsində ölüb
01 Dec 2023 | 18:50
“Cənab nazir, Rusiyanın Azərbaycandakı hərbi mövcudluğu qanunidirmi?..”
01 Dec 2023 | 18:45
Azərbaycanda sabiq bank sədri məhkəmə zalında həbs olunub
01 Dec 2023 | 18:42
Avropada sürətlə artan İİV epidemiyası müşahidə olunur
01 Dec 2023 | 18:35
Qanunsuz ağac kəsənlər və ətraf mühiti çirkləndirənlər məsuliyyətə cəlb olunub
01 Dec 2023 | 18:30
Madriddə helikopter qəzaya uğrayıb - VİDEO
01 Dec 2023 | 18:28
AzTV-nin əməkdaşının BDU tələbələri üçün təlimi  - FOTO
01 Dec 2023 | 18:20
“Sumqayıt” klubunun Müşahidə Şurasının iclası keçirilib, sədr dəyişib
01 Dec 2023 | 18:15
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda saxlanılaraq ölkəyə gətirilib
01 Dec 2023 | 18:10
Azaflı kəndində ünvanlanan 4 müraciətin bir səbəbi “Açıq mikrofon”da - FOTOLAR
01 Dec 2023 | 18:05
İsrail HƏMAS-ın Qəzza zolağında saxlamağa davam etdiyi girovlardan danışdı
01 Dec 2023 | 18:03
Venesuela Prezidenti dekabrda Rusiyaya səfər edəcək
01 Dec 2023 | 18:02
2024-cü ildə Rusiyada genişmiqyaslı hərbi təlimlər keçiriləcək
01 Dec 2023 | 18:00
İordaniya Kralı iqlim problemlərinin həllinə çağırıb
01 Dec 2023 | 17:58
Baş nazirdən dövlət qurumlarına Şuşa ilə bağlı TAPŞIRIQ
01 Dec 2023 | 17:55
BDU-nun Fizika fakültəsinin əməkdaşları Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun fəaliyyəti barədə məlumatlandırılıb - FOTO
01 Dec 2023 | 17:52
Müğənni Nəfəsin maşınından pul oğurlayana hökm oxundu
01 Dec 2023 | 17:50
Bakıda kasıb təbəqənin üz tutduğu bazarın aqibəti necə olacaq? - REPORTAJ + FOTO
01 Dec 2023 | 17:46
"Mən cəfəngiyyat teatrına məftunam, amma bu, axmaq lətifəyə bənzəyir..."
01 Dec 2023 | 17:41
İranda polis qüvvələri ilə silahlı qarşıdurma olub, ölənlər və yaralanan var - VİDEO
01 Dec 2023 | 17:37
Tıxaclarla necə mübarizə aparaq - Tbilisi nəqliyyatının uğur yolu - VİDEO
01 Dec 2023 | 17:33
Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb
01 Dec 2023 | 17:29
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik etdi
01 Dec 2023 | 17:25
Polad Bülbüloğlu: "Ermənilərin Azərbaycandan getməsi ilə bağlı məsuliyyət Ermənistanın üzərinə düşür" - FOTO
01 Dec 2023 | 17:20
COP28 Azərbaycanın "yaşıl enerji" strategiyasının nümayişi üçün yaxşı platformadır - RƏY + FOTO
01 Dec 2023 | 17:17
702-ci Bölmədə İran həyəcanı - ŞƏRH
01 Dec 2023 | 17:15
Azərbaycanın daha iki güləşçisi Bakıdakı dünya çempionatında medal qazanıb
01 Dec 2023 | 17:12
Azərbaycan ABŞ şirkəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək
01 Dec 2023 | 17:10
Azərbaycanda neçə nəfər qrip əleyhinə peyvənd vurdurub?
01 Dec 2023 | 17:05
“Gecələr yata bilmirdim, elə bilirdim ki, yatsam, oyananda Laçında olmayacağam” - FOTOREPORTAJ
01 Dec 2023 | 17:02
ABŞ-dəki məşqçilər azərbaycanlı basketbolçunun inkişafını yüksək qiymətləndirib
01 Dec 2023 | 17:00
"Rusiya öz mövqelərini möhkəmləndirir və təşəbbüsü ələ keçirməyə cəhd göstərir" - fon der Leyen
GÜNLÜK
01 Dec 2023 | 07:23
“Paşinyan İttifaq dövlətinə qoşulacaq...” -Karapetyantsdan gözlənilməz ehtimal...
01 Dec 2023 | 09:32
“O illərdə xoşbəxt yox, bədbəxt idim, sanki yaşamırdım”-FOTOLAR
01 Dec 2023 | 10:17
Vardanyan hansı məşhur simalarla işbirliyində olub? - İstintaqda ŞOK SİRLƏR açıldı - VİDEO
01 Dec 2023 | 09:39
“Bəxtiyar Vahabzadə yolda saxlayıb soruşdu ki, ansamblının adını niyə “Röya” qoymusan?”-FOTO+ÖZƏL
01 Dec 2023 | 12:12
Naxçıvan səhiyyəsində yenilik: Orqan transplantasiyası əməliyyatları aparılacaq
01 Dec 2023 | 09:44
“Şurtvatsların Qarabağdan kütləvi köçü ilk növbədə Rusiya üçün gözlənilməz oldu...”
01 Dec 2023 | 13:34
Xatirə İslama qarşı dələduzluq edilib - FOTO
01 Dec 2023 | 14:20
Qarabağın separatçı erməniləri “Daşnaksütyun”la birləşirlər: Paşinyan hökumətinə qarşı təhlükə - ŞƏRH + FOTO
01 Dec 2023 | 09:44
"Ürəyə hökm etmək olmaz": Nazarbayev "müsəlman adətilə" ikinci həyat yoldaşı olan məşuqəsindən danışıb
01 Dec 2023 | 09:30
“Laçının itkisiz azad olunması Azərbaycanın tarixi-diplomatik uğurudur”
HƏFTƏLİK
25 Nov 2023 | 08:22
Şahramanyan dedi ki, 23 saatlıq əməliyyatdan sonra...
25 Nov 2023 | 16:45
“Deyim ki, yox, sənə ev vermirəm?” – Anar sürücüsü və katibəsinə ev verdiyini təsdiqlədi
27 Nov 2023 | 12:50
“Kinostudiya rəhmətə gedib, mən də ölümümü gözləyirəm, üzdəniraqlar televiziyadan millətə dərs keçir”
28 Nov 2023 | 11:11
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
28 Nov 2023 | 22:32
Şəhidin evinə oğru girdi- “Şəhidin ildönümü üçün yığılan pulu oğurlayıblar” - ÖZƏL
26 Nov 2023 | 13:27
“Filarmoniyada rəhbər işlədiyim illərdə Elmira Rəhimova, Flora Kərimova və Şövkət xanımın etdiyi yaxşılıqları unutmaram”-FOTO+VİDEO
26 Nov 2023 | 12:23
Kəlbəcərdə möcuzəvi tikili: Dünyanın ən böyük tunellərindən birinin görüntüləri (VİDEO)
26 Nov 2023 | 19:39
"Nə zamansa biz rus qızları ilə evlənmişik, həyat yoldaşlarımız bizimlədir..."
30 Nov 2023 | 09:56
Erməni aktyor Azərbaycan ziyalılarıyla görüşə hazır olduğunu bəyan etdi... Amma vasitəçisiz...
26 Nov 2023 | 15:27
"Belə bir təxribata əl atarlarsa Zəngəzura qoşun yeridilməli və..." - Qüdrət Həsənquliyev
AYLIQ
01 Dec 2023 | 07:23
“Paşinyan İttifaq dövlətinə qoşulacaq...” -Karapetyantsdan gözlənilməz ehtimal...
01 Dec 2023 | 09:32
“O illərdə xoşbəxt yox, bədbəxt idim, sanki yaşamırdım”-FOTOLAR
01 Dec 2023 | 10:17
Vardanyan hansı məşhur simalarla işbirliyində olub? - İstintaqda ŞOK SİRLƏR açıldı - VİDEO
01 Dec 2023 | 09:39
“Bəxtiyar Vahabzadə yolda saxlayıb soruşdu ki, ansamblının adını niyə “Röya” qoymusan?”-FOTO+ÖZƏL
01 Dec 2023 | 12:12
Naxçıvan səhiyyəsində yenilik: Orqan transplantasiyası əməliyyatları aparılacaq
01 Dec 2023 | 09:44
“Şurtvatsların Qarabağdan kütləvi köçü ilk növbədə Rusiya üçün gözlənilməz oldu...”
01 Dec 2023 | 13:34
Xatirə İslama qarşı dələduzluq edilib - FOTO
01 Dec 2023 | 14:20
Qarabağın separatçı erməniləri “Daşnaksütyun”la birləşirlər: Paşinyan hökumətinə qarşı təhlükə - ŞƏRH + FOTO
01 Dec 2023 | 09:44
"Ürəyə hökm etmək olmaz": Nazarbayev "müsəlman adətilə" ikinci həyat yoldaşı olan məşuqəsindən danışıb
01 Dec 2023 | 09:30
“Laçının itkisiz azad olunması Azərbaycanın tarixi-diplomatik uğurudur”