Facebook sosial şəbəkəsi isə bunların arasında ətrafına daha çox istifadəçi toplaya bilib. Facebook öz-özlüyündə elə bir ideologiya həyata keçirir ki, insanların bir-birləri ilə dostlaşması və məlumat paylaşılması üçün ən ideal bir məkana çevrilib
Bu gün “Elektron Hökumət” Portalının facebook səhifəsi (" www.facebook.com/egov.az) dövlət qurumları və müəssisələri arasında 100 000 izləyici səddini keçən ilk dövlət müəssisəsinin səhifəsidir.
İzləyicilər səhifə vasitəsilə Elektron Hökumət quruculuğunda həyata keçirilən işlər barədə məlumatlarla tanış ola bilər, həmçinin elektron xidmətlərlə bağlı yaranan sualların operativ cavablandırılması üçün səhifənin inzibatçılarına ünvanlaya bilərlər.
Qeyd edək ki, “Elektron hökumət” Portalı- dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. Vətəndaşlara dövlət tərəfindən göstərilən xidmətlər burada elektron mühitdə təqdim edilir.