“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
Ekskluziv
Oxunub: 3771
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
“İrəvanda aprelin 22-26-da azərbaycanlılara bazara çıxmağı qadağan etdilər... Şəhərin, eləcə də kəndlərin küçələrinə qara bayraqlar sancıldı...”
 
“Mən bilirdim ki,  həmin azərbaycanlını öldürənlər Avşar kəndinin erməniləridir və onları tanıyırdım da...”
 
Dünən – aprelin 24-də qondarma “erməni soyqırımı”nın 109-cu ilini qeyd edən, təəssüf ki, hələ də xeyli hissəsi qatı irqçi, terrorçu xislətli olan erməni toplumu  sovet dövründə, hələ azərbaycanlıların, Azərbaycan türklərinin “Ermənistan” adlanan Qərbi Azərbaycanda, İrəvanda, Zəngəzurda, Göyçədə, Basarkeçərdə yaşadığı illərdə də bu saxta tarixi qeyd edib. O cümlədən onun 50 illiyini... 1965-ci ildə...- Kremlin qılıncının dalı-qabağı kəsdiyi bir vaxtda...
 
Azərbaycanın müstəqilliyinin bərpası dönəmində aktiv fəaliyyət göstərmiş tanınmış ictimai-siyasi xadim, oxucularımıza maraqlı müsahibə, açıqlama və yazılarıyla tanış olan sabiq deputat, rəhmətlik Maksim Musayevin atası, sovet dövründə 10 il Ermənistan Ali Soveti sədrinin birinci müavini kimi çalışmış, hələ 1940-1950-ci illərdə  Qərbi Azərbaycanın soydaşlarımızla  ermənilərin yanaşı yaşadıqları bir sıra rayonlarda rəhbər vəzifələrdə, o cümlədən rayon partiya komitəsinin 1-ci kaibi işləmiş görkəmli sovet dövlət xadimi Talıb Musayev 2008-ci ildə nəşr edilən  “Ermənilər və faciələrimiz” kitabının “1965-ci ildə “erməni soyqırımı”nın 50 illiyinə ermənilər necə hazırlaşırdılar?” başlıqlı bölməsində  məhz həmin il Ermənistanda baş verənlər, azərbaycanlıların başına gətirilən faciəli olaylar barədə danışır.
Aktuallığını nəzərə alaraq  həmin epizodu Moderator.az oxucularının nəzərinə çatdırırıq:
 
“1962-ci ildə Vedi rayonunda İcraiyyə Komitəsinin sədri işləyirdim. Təxminən sentyabrda Ermənistan KP MK-nın sabiq ikinci katibi, həmin ildə maarif naziri işləyən Suren Mikaelyan rayona gəlmişdi. Katiblə və mənimlə söhbət aparıb partiya fəallarının geniş iclasını aparmalı olduğunu dedi.  Sonra mənə müraciət edib: “Musayev, sən burada ol, mən Baqratla - katiblə 15 dəqiqəyə məktəbə baş vurub gəlirik”, -dedi. 
 
Getdilər və doğrudan da, 20 dəqiqədən sonra qayıtdılar. S.Mikaelyan mənə dedi: “Musayev, Çanaxçı sovxozunun qışa hazırlıq vəziyyətini çox pisləyirlər. Mənə tapşırıblar ki, oranı yoxlayım, ora da uzaqdır. Sən Qarabağlarda işləyən zaman Çanaxçı sənin kəndlərindən biri olub.  Ona görə də səndən xahiş edirəm, get Çanaxçıya, qışa hazırlıq məsələsini yoxla, sabah qayıt. Sənin o yoxlaman əsasında mən MK-ya- Zarubyana məruzə edəcəm”...
 
Doğrudur, ona “baş üstə” deyərək maşına oturub getdim, ancaq öz daxilimdə başa düşmüşdüm ki, bu, qondarma şeydi. Güman elədim ki, yəqin, mənimlə bağlı məsələ var, onu yoxlayacaq, bəlkə də müzakirə edəcəklər. Bu və ya bu kimi fikirlərlə Çanaxçıya çatdım. Silos quyularına baxıb, hesabdara tapşırdım ki, bu qışa nə qədər yem tələb olunur və nə qədər yem var – bu barədə bir məlumat hazırlasın. Uzağı bir saat məşğul olandan sonra oturub direktorla söhbət etdik.  Bu vaxt mənim qabaqlar Qarabağlarda birgə işlədiyim iş yoldaşlarım da gəldi. Söhbət etdik və gecə də boş-bekar orada qaldım...
 
Səhər Vediyə qayıdanda öyrəndim ki, sən demə, 1965-ci ilin aprelində qondarma “erməni soyqırımı”nın 50 illiyinin keçirilməsi ilə bağlı hazırlıq işləri görülüb. Parlament fəallarının iclası da bağlı keçirilib...
 
Rayonda hesaba aldılar ki, 1915-ci il hadisələrini öz gözləri ilə görmüş neçə kişi-qadın var və onlarla söhbət apardılar...
 
1964-cü ilin əvvəlləri idi. İclasda Ermənistan KP MK-nın 1-ci katibi Zarubyan dedi ki, hələlik Moskvadan razılıq əldə edə bilməmişik. Və belə də bir söz işlətdi ki, “sizin çoxunuz bu barədə ancaq eşidibsiniz. Ancaq mən o vaxt uşaq olmuşam, atam-anam ölüb və qohumlarım məni gətirib Rusiyaya və orada yetimxanaya qoyublar. Rusca da təhsil almışam. Bilirsiniz ki, ermənicə də bilmirdim və elə indi də yaxşı danışmıram. Belə ki, bu məsələdən ötrü mən sizdən çox maraqlıyam. Çalışıram ki, soyqırımının 50 illiyini lazımınca keçirək.  Mən Mokvada çox rəhbər işçilərlə danışdım, ancaq heç kəs razılıq vermədi. Son dəfə xarici işlər naziri Qromıkonun yanında oldum – o bir növ razılıq verdi. Elə mənə də bu lazım idi. İndi hazırlıq işləri gedir. Yubileyi keçirəcəyik. Çox ciddi hazırlaşmaq lazımdır və hazırlaşırıq...”
Beləliklə, 1965-ci ildə bədnam “yubiley” hay-küylə keçirildi... Onda artıq mən kolxoz sədri işləyirdim. Vedi rayonunda azərbaycanlılarla ermənilərin qarışıq yaşadığı 20 kənd var idi. Bütün kolxozçulara tapşırıldı ki, aprelin 15-dən 30-a kimi azərbaycanlılarla ermənilər bir yerdə işləməsin... Aprelin 22-dən 27-nə kimi idarələrdə, kolxoz-sovxozlarda azərbaycanlılar işə çıxmasınlar. Bu günlərdə heç kəs şadlıq məclisləri keçirməsin, maqnitofon, radio işləməsin. İrəvandan başqa heç bir yerdən radio-televizor tutmasınlar... İrəvanda aprelin 22-26-da azərbaycanlılara bazara çıxmağı qadağan etdilər... Şəhərin, eləcə də kəndlərin küçələrinə qara bayraqlar sancıldı...
 
Mənim o vaxt işlədiyim Şidli kənd kolxozunda ermənilər yox kimi idilər; cəmi 4 nəfər traktorçu, iki zootexnik və  mal həkimi erməni idi. Onlara da dedim ki, aprelin axırına kimi işə çıxmasınlar... Əlbəttə, onlar başqa kəndlərdən idilər... 
 
...23-24  apreldə  ermənilər türk-azərbaycanlı adam axtarırdılar ki, öldürsünlər, özlərinə təsəlli versinlər və onun qanı ilə əllərini islatsınlar ki, əlləri müsəlman qanına batmış olsun... Belə murdar niyyət sahibi olan ermənilər, doğrudan da, Qaranlaq və Axta rayonlarında bir neçə azərbaycanlını qətlə yetirdilər...  Eyni faciə Vedi rayonunda da baş verdi. Rayonun Dəvəli kəndində Ararat sement zavodu var. Burada Naxçıvanın Sədərək kəndindən bir neçə adam işləyirdi, bir nəfər də gecə gözətçisi idi. Aprelin 24-də ermənilər həmin gözətçini öldürüb əllərini onun qanına sürtmüşdülər. Ertəsi gün – aprelin 25-də bu hadisəni eşidən Sədərək-Şərur rayonunun camaatı Naxçıvandan bir neçə rəhbər işçiləri də cəlb etdilər ki, Arazdəyən dəmiryol stansiyasına hücum etsinlər və Dəvəli kəndindəki sement zavodunu partlatsınlar. Bunu bilən Vedi, Qəmərli rayon rəhbərləri və İrəvandan bir neçə rəhbər işçilər gəldilər və soz verdilər ki, həmin cinayəti törədənləri tapmağa çalışacaqlar.  Və onların məhkəmələrinin Sədərəklə Dəvəli arasındakı Arazdəyən qəsəbəsində keçirilməsini təşkil edəcəklər. Bu zaman şübhəli adam kimi həbs olunmuş 3 nəfər dığanın adını çəkdilər. Əlbəttə, bu yaranmış böyük qalmaqalı yatırtmaq üşün bəhanə idi və bu, müvəqqəti də olsa, baş tutdu...  
 
Lakin mən bilirdim ki,  həmin azərbaycanlını öldürənlər Avşar kəndinin erməniləridir və onları tanıyırdım da...”
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
 
Oxşar xəbərlər
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:47
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
04 May 2024 | 11:50
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
04 May 2024 | 11:55
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
04 May 2024 | 11:59
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:14
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
04 May 2024 | 12:27
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
04 May 2024 | 12:08
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:47
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
04 May 2024 | 11:50
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
04 May 2024 | 11:55
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
04 May 2024 | 11:59
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:14
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
04 May 2024 | 12:27
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
04 May 2024 | 12:08
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO