Suriya Rusiyanın kimyəvi silahları təslim etmək təklifini qəbul edib. Moderator.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Valid əl-Muallim açıqlama verib. Onun sözlərinə görə, kimyəvi silahlara beynəlxalq nəzarət tətbiq etməklə bağlı Rusiya tərəfinin təklifini qəbul edən Suriyanın əsas məqsədi ABŞ-ın bu ölkəyə qarşı təzyiqlərini azaltmaqdır. XİN rəsmisi bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovla keçirilən görüşün ardından qarşı tərəfin kimyəvi silah məsələsində etdiyi təklifə Suriya axşam saatlarında müsbət cavab verib.
Obama şərt
qoydu
Əgər
Suriya prezidenti Bəşər Əsəd kimyəvi silahları təhvil versə, hərbi zərbə mütləq
dəqiqliklə qeyri-müəyyən zamana qədər təxirə salına bilər. Trend-in RBK-ya
istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama ABC
televiziyasına müsahibəsində deyib.
Obama
Fox News-a müsahibəsində isə deyib ki, ABŞ Suriya probleminin qeyri-hərbi yolla
həllini arzulayır: "Biz diplomatik yolla gedəcəyik. Mən səmimi olaraq,
deyirəm ki, bu problem siyasi vasitələrlə həll edilə bilərdi".
Məlumatda
deyilir ki, Obama, eyni zamanda, ABŞ-ın Suriyaya hərbi zərbələr endirməsi üçün
qətnamənin konqresdə təsdiqlənməsinə də çalışacağını dilə gətirib:
"Düşünürəm ki, biz bütün əyləcləri buraxmamalıyıq. Onlar başa
düşməlidirlər ki, biz sözləri havaya buraxmırıq".
Senat
səsverməni təxirə saldı
Məlumatda bildirilir ki, Çoxluq Lideri
Demokrat Harri Reyd bununla bağlı verdiyi açıqlamada “Səsvermə olmadan öncə
Prezident Obamanın öz iddiasını Senata və Amerika xalqına təqdim etmək fürsəti
olduğuna əmin olmaq istəyirəm” deyib. Senator əməliyyat planının 11 sentyabrda
Senatda səsvrməyə təqdim edilməsinin təxirə salınmasını belə izah edib:
“Beynəlxalq müstəvidə Suriyanın kimyəvi silahdan istifadə edib-etməməsi
məsələsi müzakirələrə səbəb olub. Belə bir vaxtda ABŞ-ın əməliyyatı nə qədər
tez yox, nə qədər mükəmməl həyata keçirəcəyi önəmlidir”.
CNN-nin
Senatda apardığı sorğunun nəticələrinə görə Suriyaya qarşı hərbi əməliyyata 20
senator dəstək versə də, 25 senator əleyhinə olduğunu qeyd edib. 55 Senator isə
qərarsız olduğunu bildirib. Hakimiyyət nümayəndələri 11 sentyabr səsverməsinin
təxirə salındığına baxmayaraq, bu həftə içində yekun qərar qəbul ediləcəyini
açıqlayıblar.
Suriyanın
vurulmasını dəstəkləyənlərin sayı 24-ə çatdı
ABŞ-ın
Suriyaya hərbi müdaxilə ilə bağlı çağırışına daha 14 dövlət qoşulub. Lent.az-ın
«RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Ağ ev açıqlama yayıb. Yeni
qoşulan dövlətlər bunlardır: Albaniya, Xorvatiya, Danimarka, Estoniya,
Almaniya, Honduras, Macarıstan, Latviya, Litva, Mərakeş, Qətər, Rumıniya və
Birləşmiş Ərəb Əmirliyi.
Xatırladaq
ki, ötən həftənin sonunda 11 dövlət Suriyada kimyəvi silah tətbiqinin
məsuliyyətini Bəşar Əsəd rejiminin daşıdığını bildirməklə yanaşı, bu ölkəyə
qarşı hərbi əməliyyatları başlayacağı halda ABŞ-ı dəstəkləyəcəklərini bəyan
etmişdi. 11 dövlətin təmsilçisi Suriyada kimyəvi silah tətbiqi ilə bağlı
bəyanat verərək, bildirib ki, BMT Təhlükəsizlik Şurası (TŞ) «iflic»
vəziyyətdədir və kimyəvi silahdan istifadənin qadağan edilməsi ilə bağlı beynəlxalq
ictimaiyyətin tədbirlər görməsi vacibdir.
«Biz
beynəlxalq ictimaiyyətin uzunmüddətli fəaliyyətinə, o cümlədən Suriyanın
kimyəvi silah anbarının törətdiyi təhlükəyə cavab olaraq, BMT-nin qətnaməsinə
sadiqik» - deyə, sənəddə vurğulanıb.
Bəyanatın
mətnini Avstraliya, Kanada, Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, Səudiyyə
Ərəbistanı, İspaniya, Türkiyə, Britaniya və ABŞ təmsilçiləri imzalamışdılar.
Beləliklə, ABŞ-ı dəstəkləyənlərin sayı 24 çatıb.
Britaniya
hərbi müdaxiləyə qarşı
«Suriyadakı
vəziyyət yalnız siyasi yolla nizamlanmalıdır». Lent.az-ın «RİA Novosti»-yə
istinadən məlumatına görə, bu açıqlamanı Böyük Britaniyanın baş naziri Devid
Kemeron verib.
O
bildirib ki, münaqişə edən tərəfləri danışıqlara cəlb etmək yönündə
fəaliyyətini davam etdirəcək: «Sankt-Peterburqda «Böyük-20»-liyin liderləri, o
cümlədən Vladimir Putinlə görüşdə biz bu məsələni müzakirə etmişik. Britaniya
Cenevrədəki ötən danışıqlara əsasən münaqişə edən tərəflərin dialoqa cəlb
edilməsi işinə başçılığını davam etdirəcək. Ona görə də biz hesab edirik ki,
sabit və demokratik Suriyadakı vəziyyətin tənzimlənməsi üçün yeganə vasitə
siyasi yoldur».
Bununla
yanaşı hökumət başçısı qeyd edib ki, müxalifətə hərbi olmayan yardımları davam
etdirəcək. Kemeron bildirib ki, Britaniya kimyəvi silahdan istifadə edənlərin
cəzalandırılmasına nail olmaq niyyətindədir. O, BMT müfəttişlərindən
araşdırmaları başa çatdırmasını istəyib.
«Əvvəl
hərbi müdaxilə, sonra sülh konfransı»
«ABŞ
yalnız hərbi zərbələrdən sonra Suriya üzrə Cenevrədə sülh konfransının keçirilməsinə
nail olmaq niyyətindədir». Lent.az-ın «BBC»-yəə istinadən məlumatına görə, bu
açıqlamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Süzan Rays
verib. Onun sözlərinə əsasən, ABŞ diplomatik səylərini «məhdud hərbi
zərbələrdən sonra» bərpa edəcək.
Dövlət
Departamentinin təmsilçisi Mari Harf isə bildirib ki, Birləşmiş Ştatlar
Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarətə verilməsinə çox şübhə ilə
yanaşır. Vaşinqtonda bunun vaxt uzatmaq üçün bəhanə olduğu qənaətindədirlər.
«Zərbə
endirin, Əsəd yalan danışır»
Suriya
Azadlıq Ordusunun komandanı Səlim İdris sentyabrın 9-da Qərb dövlətlərini Bəşar
Əsəd rejiminə bağlı ordunun mövqelərini vurmağa çağırıb. Lent.az-ın
«interfaks»-a istinadən məlumatına görə, o, «əl-Cəzirə» telekanalına müsahibəsində
belə bir çağırış edib.
«Biz
zərbə endirməyə çağırır, Əsəd rejiminin yalan danışdığını xəbərdarlıq
edirik»-deyə, S.İdris bildirib. O, Moskvanı Dəməşqlə sıx əlaqə saxladığı üçün
kəskin tənqid edib.
Əsəd:
“Peşmanam”
Suriya
prezidenti Bəşər Əsəd ölkədə vətəndaş müharibəsi başlayangündən bəri ilk dəfə
ABŞ telekanalına müsahibə verib. CBS kanalının müxbiri Çarli Roz prezident
Bəşər Əsəddən müsahibə aldığını bildirib.
CBS
kanalının xəbər bülleteninə qoşulan Roz Əsədə baş verən kimyəvi silah hücumu və
Suriyaya qarşı hərbi müdaxilə ilə bağlı suallar verdiyini bildirib. Roz Əsədin
1500-ə yaxın insanın ölümü ilə nəticələnən kimyəvi hücumla heç bir əlaqəsi
olmadığını, belə bir əmr vermədiyini iddia etdiyini deyib.
"Kimyəvi
hücumla bağlı peşmanlıq hissi keçirirsinizmi?" sualına Əsəd, "Bəli,
peşmanam" cavabını verib.
İran
əsgərləri Suriyada
Bu
arada, İran əsgərlərinin Suriyadakı qarşıdurmalarda aktiv iştirak etdiyini
göstərən görüntülər yayınlanıb. AzVision.azxarici mətbuata istinadən xəbər
verir ki, müxalif güclər tərəfindən ələ keçirilən kameradakı görüntüdə Tehranın
Bəşər Əsəd rejimini qorumaq məqsədilə daxili qarşıdurmalardakı iştirak etdiyi
görünür.
Əl
Cəzirə telekanalında yayımlanan görüntüdə əks olunur ki, İran əsgərləri Hələbdə
bir hərbi qərargahda taktika mövzusunda fikir mübadiləsi aparırlar və daha
sonra da xarabaya çevrilmiş şəhərdə avtomobillə gəzirlər. Eyni zamanda videoda
görünür ki, suriyalı əsgərlər iranlıların əmrlərinə riayət edirlər.
Türkiyədə
təhlükəsizlik toplantısı
Dünən
Türkiyənin paytaxtı Ankarada isə Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi
ilə ölkənin təhlükəsizlik məsələləri ilə bağlı görüş keçirilib. Trend
Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir ki, görüşdə Baş
nazirin müavini Bəşir Atalay, Baş Qərargahın rəhbəri Nejdət Özəl, XİN rəhbəri
Əhməd Davudoğlu, daxili işlər naziri Müəmmər Gülər, müdafiə naziri İsmət Yılmaz
və Türkiyə Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan iştirak edirlər.
İclas
zamanı Suriya böhranı daxil olmaqla regiondakı problemlərin müzakirə ediləcəyi
gözlənilir.
"Əsəd
rejimi qətllərdə sərhəd tanımadı"
Suriyada
kimyəvi silahın istifadəsindən əvvəl də 200 min insan öldürülüb. Trend-in
"Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
"Kaş
ki, bu gün göstərilən qərarlılıq 2 il öncə göstərilərdi. Əgər 2011-ci ildə
Hamada kütləvi qətllər olarkən qərarlar verilsəydi, hadisələr buraya qədər
gəlib çıxmazdı", - deyə Davudoğlu bildirib.
Davudoğlu
vurğulayıb ki, Bəşər Əsəd və onun komandası qətllərdə sərhəd tanımadı.