Etiraf edilməlidir ki, son illər paytaxtda və regionlarda korrupsiya yemli olsa belə park və abadlıq işlərinə geniş yer ayrılmaqda, bu işə külli miqdarda dövlət vəsaiti yönəldilməkdədir. Ancaq çox təəssüf ki, bu işlər tələm-tələsik və bir çox halarda keyfiyyətsiz aparıldığından üstündən qıda müddət keçməmiş yenidən təmir olunmaq zərurəti ortaya çıxır.
Xatırladaq ki, bir müddət öncə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev hökuməti ciddi tənqid edərək bildirmişdi ki, bu qədər abadlıq-quruculuq işlərinin görülməsiylə öyünməyin, bir neçə ildən sonra onların təmirinə külli miqdarda vəsait tələb olunanda onu hardan tapacaqsınız?
Moderator.az Qüdrət Həsənquliyevin dediklərinin əyani sübutunu təqdim edir. Şəkildə gördüyünüz mənzərə Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasına bitişik Musabəyov parkı kimi tanınan ərazidir. Xatırladaq ki, cəmisi iki il bundan qabaq həmin parkın yenidən qurulmasına xeyli vəsait ayrılmışdı və ərazi gerçəkdən də yüksək zövqlə təmir olunmuşdu. Ancaq deyəsən, keyfiyyətsiz görülən iş, yaxud ərazinin relyefinin düzgün öyrənilməməsi görülən bütün işlərin üstündən xətt çəkəcək. Moderator.az həyəcan təbili çalaraq rayonun icra bşçısı, hörmətli İbrahim Mehdiyevin diqqətinə çatdırmaq istəyir ki, qısa zamanda tədbir görülməsə, park üstündəki bayraq meydanıyla birgə sürüşərək təhlükəli vəziyyət yarada bilər. Biz hesab edirik ki, hörmətli başçının bundan xəbəri yoxdur və əraziyə baxış keçirilsə, təxirəsalınmaz tədbirlər görülməsi üçün göstəriş verər, milyonlarla vəsait hesabıma ərsəyə gələn bu parkın dağılımasına imkan verməzdi. Mövzunu diqqətdə saxlayacağıq.
-FOTO" src="//old.moderator.az/fotobaza/original/492.jpg">
-FOTO" src="//old.moderator.az/fotobaza/original/493.jpg">
-FOTO" src="//old.moderator.az/fotobaza/original/494.jpg">