ABŞ-ın dəniz piyadaları son günlər vəhşi qağayıların kütləvi hücumlarına məruz qalmaqdadır.
Moderator.az ABŞ mediasına istinadən xəbər verir ki, qağayılar yalnız orduya məxsus günəş panelləri, həmçinin digər hərbi təchizat qurğularına zərər verməklə yanaşı, hərbçilərə də hücumlar etməkdədir. Mütəxəssislər bildirib ki, qağayıların hücumlarına səbəb onların balalama dönəmində olması, məhz bu səbəbdən də aqressivləşməsidir.
Maraqlıdır ki, qağayı hücumlarından əziyyət çəkən dəniz piyadaları problemdən qurtulmaq üçün yenə də quşlara müraciət edib. Belə ki, qağayı hücumlarına məruz qalan gəmilərə təlim görmüş şahinlər cəlb edilib. Mütəxəssislər bildirir ki, qağayıların hərbçilərdən uzaqlaşması üçün şahinlərin onları ovlamasına gərək yoxdur. Bunun üçün qağayıların sadəcə şahinləri görməsi, yaxud onların səsini eşitməsi kifayətdir.
Ordunun qağayı hücumlarından ciddi zərər görməsi və problemin həlli üçün şahin dəstələrinin köəyə çağırılması ABŞ hərb tarixində ilk hadisə hesab edilir.
Seymur ƏLİYEV