“1983-cü ildə Kəlbəcərdə 6 bal zəlzələ olanda bir nəfər də evini tərk etməmişdi...”
4597
14 Apr 2020 | 19:25

“1983-cü ildə Kəlbəcərdə 6 bal zəlzələ olanda bir nəfər də evini tərk etməmişdi...”

Vəd etdiyimiz kimi, tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayevin 2019-cu ilin dekabrında işıq üzü görmüş “Parlament və sədarət” adı yeni kitabında Kəlbəcərin işğalıyla bağlı vacib məqamlara toxunulub.xa0 Moderator.az kitabdan bəzi epizodları nəzərinizə çatdırır:

xa0“1993-cü il aprelin 6-da Milli Məclis Kəlbəcərin işğalıyla əlaqədar iclas keçirdi, xeyli çıxışlar, təkliflər və hesabatlar dinlənildi. İclasa sədrliyi Tamerlan Qarayev edirdi. O, sözü deputat Cahangir Hüseynova verdi.xa0
C.Hüseynov dedi:

“Aprelin 6-da iclas keçiririk... Bizə çatan məlumata görə, Kəlbəcərin kütləvi şəkildə köçürülməsinə martın 28-dən başlanıb...Xalqa bu qədər etimadsızlıq etmək olmaz... Deyilənə görə, yüzlərlə ölən var...”

Yerdən replika verdilər ki, kəndlər xeyli əvvəl köçürülməyə başlanıb.

Deputat İsgəndər Həmidovun da çıxışı maraq doğurdu:
“Kəlbəcərin verilməsini araşdırmaq üçün deputat-istintaq komissiyası yaradılmalıdır... Kimin kiminlə davası varsa, Kəlbəcərin üstünə gəlməsin, getsin öz dədə-baba yurdlarının üstünə... Bu gün 2 min kəlbəcərlininxa0 taleyi məlum deyil. 42 meyit götürülüb ki, onlar da polislərdir. Müdafiə Nazirliyinin qüvvələri tərəfindən isə ölən, itən yaralanan yoxdur... Kəlbəcərin briqada komandiri Qənizadənin əmri ilə qoşunumuzxa0 geri çəkilib. Heç bir əməliyyat olmayıb... Ermənilərə heç bir müqavimət göstərilməyib... 5 tank, 9 “BMP” vəxa0 2 min əsgər olub.xa0 Əsgərlər də Murov dağına qədər qaçıblar... Erməni polkovnikindən Azərbaycanın məxfi xəritəsi götürülüb... Oradaxa0 bizim postlar tam göstərilib.xa0 Parlament- istintaq komissiyası yaradılsın, məndəki sənədləri onlara təhvil verim. Ermənilər tərəfindən rus zabitləri, tankistləri, artilleristləri olub...xa0 Kəlbəcərdə vuruşma olmayıb... Ermənistanla kəlbəcərlilər tək və üzbəüz qalıb... Deputat-istintaq komissiyası yaradılmalıdır və ətraflı rəy veriməlidir ki, qoşunu geri çəkmək əmrini kim verib...”xa0
Həmin iclasda 5 deputatdan ibarət istintaq komissiyası yaradılsa da, nəticəsixa0 məlum olmadı...xa0

128 kəndi olan Kəlbəcərin əhalisi boşaldıldıqdan sonra ermənilər cüzi belə, müqavimətə rast gəlmədən rayon ərazisinə daxil oldular və bu günədək orada məskunlaşıblar. Halbuki, 1983-cü il dekabrın 14-də Kəlbəcərdə 6 bal gücündə zəlzələ baş verəndə bir nəfər belə evini tərk etməmişdi...”

Maksim Musayev, “Parlament və sədarət”, Bakı, 2019. Səh. 83-84.

Təqdim etdi: Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər