Cənubi Qafqazda ermənilərdən ibarət bufer zona necə yarandı?

Tədqiqatçı Adgözəl Məmmədovun “Osmanlının çöküşünə Rusiyadan baxış” kitabından bir hissəni oxuculara təqdim edirik:
1711-ci il Prut müqaviləsi beynəlxalq aləmdə Osmanlı dövlətinin mövqeyinin möhkəmlənməsinə səbəb oldu. Lakin Rusiyanın cənuba doğru irəliləmə siyasəti Osmanlı imperiyasını hər an narahat edirdi. Rusiya Dərbəndi ələ kecirəndən sonra 1722-ci ilin oktyabrında Hacı Davud, Krım xanı ilə eyni hüquqi əsaslarla Osmanlı təbəəliyinə qəbul olundu. 1723-cü ilin yazında rusların Gürcüstana hərbi yürüşü başladı. Bakı işğal olundu, ruslar Gəncə, sonra isə İrəvan və Naxçıvan istiqamətində hücuma keçdilər. 1724-cü ilin mayında Xoy qalası tutuldu. Osmanlı imperiyası ilə Rusiya arasında müharibə artıq qaçılmaz idi. Lakin Fransanın diplomatik vasitəçiliyi ilə 1724-cü il iyunun 12-də tərəflər arasında İstanbulda müqavilə imzalandı.
Müqavilə preambula, 6 maddə və nəticədən ibarət idi. Preambulada müqavilənin rezident Neplyuyev və Böyük vəzir İbrahim Paşa arasında İranda yalançı Mahmudun peyda olması, İran vilayətlərinin bu və ya digər dövlətin sərhədlərinə aidiyyəti üzrə Rusiya və Osmanlı imperiyasına birləşdirilməsinə Rusiya sarayı ilə Sultan sarayının razılığı əsasında imzalanması göstərilir. Osmanlı tərəfi öz narahatlığını Mir Mahmudun Səfəvilərin paytaxtı İsfahanı tutub Şah Sultan Hüseyni həbs etməsi və imperiyanın sərhəd torpaqlarını tutmaq üçün onun qoşun göndərməsi, Rusiyanın isə Dərbənd və Bakını tutması baxımından əsaslandırırdı. Preambulada daha sonra qeyd edilir ki, (ədəbiyyat siyahısında – 1, səh.79 ) “Qəzvin və Təbriz diyarlarında özünü Şah Hüseynin oğlu Təhmasib adlandıran bir kimsə peyda olub ki, Çar həzrətləri onunla müqavilələrində Şirvandakı Bakı və Dərbənd sərhədlərinin, Xəzər boyundakı Gilan, Mazandaran və Astrabad vilayətlərinin Çarın hakimiyyətində olması qərarlaşdırılmışdı. Həmin Çar da qarşılıqlı olaraq Təhmasibə söz verib ki, onun öz taxtına çıxması üçün qoşunla kömək edəcək, Mir Mahmudu qovacaq, Osmanlı sarayına müraciət edəcək ki, bu işə öz təsirini göstərsin, əvəzində İran əyalətlərinin bir hissəsini Osmanlı dövlətinə versin. Bunun üçün də öz vəkilini İvan Neplyuyevi təyin etmişdir. Bundan başqa Fransa sarayından Osmanlı sarayında səfir olan Markiz de Bonak vəkil edilmişdir. Beləliklə, tərəflər arasında aşağıdakı maddələrdən ibarət qərar qəbul edilmişdir. I maddəyə görə, Hacı Davudun Osmanlı imperiyası himayəsinə keçməsi və onun hakim təyin olunduğu Şamaxı xanlığının sərhədləri təsdiq olunurdu. Rusiya, Türkiyə və Səfəvi dövlətlərinin sərhədlərinin birləşdiyi Kür və Araz çaylarının qovuşduğu bölgədə türklərə və ruslara sərhəddən üçsaatlıq məsafədən yaxın olmamaq və mütləq bir-birini xəbərdar etməklə hərbi istehkamlar və qarnizonlara malik olmaq hüququ verilirdi. Sərhədlərin hüdudlandırılması üçün tərəflər komissarlar ayırmalı, onlar Fransanın iştirakı ilə bu işi yerinə yetirməli idi. Qoyulmuş sərhəd nişanı Şirvan əyalətinin hansı hissəsinin Osmanlı sarayına aid olduğunu bildirməli idi. Həmin nişandan Xəzər dənizinə qədər olan torpaqlar çarın tabeliyində olmalı idi. Həmin nişandan bir saatlıq yolla, Kür və Arazın yaxınlaşdığı yerə qədər çəkilən xətt sərhəd kimi qəbul olunacaq, dənizə yaxın hissə çara, daxilə doğru hissə isə Osmanlı Sarayına tabe olacaq. Kür və Araz çaylarının yaxınlaşdığı yerdən cənub hissə Səfəvi dövlətinə aid olacaq. Bu üç sərhədin qovuşduğu yerdə Osmanlı Sarayı qala tikdirib qarnizon saxlaya bilərdi. Çarın da belə bir qala tikdirməsi mümkün idi. Ancaq bu qalalar sərhəddən üç saatlıq məsafədə tikilməli idi. II maddədə bildirilirdi ki, yuxarıda göstərildiyi kimi, Şirvan vilayətində Osmanlı imperiyasına keçən torpaqlar xüsusi xanlıq sayıldığından, Şamaxı xanın iqamətgahıdır. Şəhər hərbi cəhətdən möhkəmləndirilməməli, burada xanın tabeçilikdən imtina etməsi və əhali arasında qarışıqlıq halları istisna olmaqla türk qarnizonu yerləşdirilməməli idi. Bu cür hallarda da rus qoşunlarının komandanlığı xəbərdar edilməli, türk qarnizonunun Şamaxıya daxil olmasını zəruri edən şərtlər aradan qalxan kimi onlar son nəfərədək şəhəri tərk etməli idilər. III maddə Osmanlı imperiyasına keçən torpaqların, о cümlədən Azərbaycan torpraqlarının – Ordubad, Təbriz, Mərənd, Marağa, Urmiya, Xoy, Səlmas, İrəvan və b. adları sadalanır. Rusiya və Osmanlı imperiyaları arasında sədd çəkmək məqsədilə həmin dövlətlərin müqavilə ilə müəyyən olunan sərhədləri arasındakı ərazi Səfəvi dövlətinə verilirdi. IV maddə ilə Rusiya Təhmasiblə müqavilədə olduğundan III artikulda göstərilən ərazilərin Osmanlı imperiyasına güzəşt edilməsi üçün üzərinə öhdəlik götürürdü. V maddədə qeyd olunurdu ki, III artikulda göstərilən torpaqlar Osmanlı imperiyasına güzəşt edildikdən sonra Osmanlı imperiyası Təhmasibi Səfəvi şahı kimi tanımalı, Rusiya ilə birgə Səfəvi dövlətini və onun paytaxtı İsfahanı azad etməyə kömək etməlidir. Belə olan surətdə Mir Mahmud tərəfindən Osmanlı dövlətinə qarşı hər hansı bir düşmən hərəkəti olsa, onun üstünə qeyd-şərtsiz qoşun göndərilməli, ordu tamam sabitlik yaradılanadək işini görməli idi. VI maddəyə görə, Təhmasib Rusiyanın mediasiyası (vasitəçiliyi) ilə torpaqları Osmanlı imperiyasına güzəştə getməsəydi, Rusiya və Osmanlı imperiyaları paylarına düşən torpaqları hakimiyyəti altına almalı, sonra Təhmasibi devirib taxta müvafiq şəxsi gətirməli idi. Nəticədə müqaviləni imzalayan tərəflərə keçən torpaqların onların əbədi hakimiyyətində qalmasından, sülh və dostluğun möhkəmləndirilməsindən və s. bəhs olunurdu”.
Müqavilə III Sultan Əhməd (1703-1730) tərəfindən 1725-ci il yanvarın 13-də ratifikasiya olundu. Rusiya Xəzərsahili torpaqları əldə etdikdən sonra I Pyotr bu yerlərdə möhkəmlənmək üçün müxtəlif vasitələrə əl atırdı. Bu vasitələrdən biri də xristian əhalinin ərazidə yerləşdirilməsi idi. Burada I Pyotr erməniləri bu ərazilərə köçürülməsini qarşıya məqsəd kimi qoyur. Onun 1724-cü il 10 noyabr fərmanı buna bariz sübutdur. İlk əvvəl I Pyotrun Xəzərsahili torpaqları işğal edənə qədər rusların ermənilərlə əməkdaşlıqları simvolik səciyyə daşısa da, işğalın gedişi zamanı isə sıx əməkdaşlığa çevrildi. I Pyotra ermənilərin yaxınlaşmasında İsrail Ori (1658-1711), onun ölümündən sonra isə Minas Vardapet mühüm rol oynaydı. I Pyotrun 1724-cü il noyabrın 10-da erməni xalqına əlahəzrət fərmanı (Высочайшая грамота) və onunla bağlı digər sənədlər (Высочайшие указы) belə bir şəraitdə verilmişdi. Lakin I Pyotrun varisləri dövründə ermənilərin işğal edəcəkləri qədim türk yurdları İrəvan və Qarabağ xanlıqlarında yerləşdirilməsinə üstünlük veriləcəkdi. Bu da Türk dünyası ilə Osmanlı arasında bufer zonası kimi məqsədə xidmət edəcəkdi. İstanbul müqaviləsindən sonra I Pyotr işğal olunmuş Xəzərsahili torpaqlarda ermənilərin məskunlaşdırılmasına daha çox əhəmiyyət verirdi. I Pyotr sentyabrın 24-də İstanbul müqaviləsindən sonra ratifikasiyaların mübadiləsi üçün İstanbula ezam etdiyi Aleksandr Rumyantsevə öz əlilə yazdığı təlimatda gürcü və ermənilərin vəziyyəti və gücünü müəyyənləşdirməyi tapşırmışdı. 1724-cü il 10 noyabr tarixli reskriptdə isə I Pyotr bilavasitə ermənilərin işğal olunmuş torpaqlara köçürülməsindən bəhs edir (ədəbiyyat siyahısında -1, səh.94 ):
ERMƏNİ XALQI ADINA ALİ FƏRMAN
“1724 ci il noyabr ayının 10-cu gunu,onun imperator əla həzrətlərinin fərmanı ilə, xarici işlər dövlət Kolleqiyasından imperator Alihəzrətlərin iki fərmanı hər iki gucə malik olan erməni xalqına aşagı məzmununda, bu əla həzrətlərin dərkənarı ilə protokola yuxarıda qeyd olunan tarixə təsadüf edir.
Allahın mərhəməti ilə biz Birinci Pyotr, imperator və ümumrusiya hökmdarı və ilaxır .
Vicdanlı patriarx İsayaya, və düzgün yüzbaşılara Avana və Mirzəyə və qeyrətli yüzbaşılara və müdirlərə bütün erməni xalqına bizim imperator rəhmimiz və təbriklərimiz.
Bizim bu mərhəmətli fərmanı ilə sizə elan edirəm ki, siz bizə keşiş Antonio və Kehya Çelebi ilə qöndərdiyiniz xəbəri aldıq və onlar şifahi niyyətləriniz haqqında bizə bildirdlər. Bizim imperator proteksiyasına qəbul olunmaq üçün göstəriş verdim ki, sizin evlərinizlə və familiyalarinızla gələcəkdə təzə aldığımız fars əyalətlərində sizə rahat yaşamaq üçün bütün Xəzər dənizi boyu, torpaqlar versinlər, orada xristian dininə öz qanunuzla heç nədən çəkinmədən ibadət edə bilərsiniz. Biz xristianlıq naminə erməni xalqının mərhəmətlə hörmətini saxlayırıq, bundan ötrü öz tərəfimizdən bizim mudirlərə lazım olan fərmanlar göndərdik ki, onlar sizə fars əyalətlərində – Gilan, Mazandaranda, eləcə də Bakıda əlverişli yerlər ayırsınlar, sizləri nəinki ora gələn kimi qəbul etsinlər, hətta yaşamaq uçun əlverişli torpaqları nişan versinlər və sizə hərtərəfli mərhəmətli göstərsinlər. Sizi inandırmaq uçun bu imperator fərmanını göndəririk və hətta yuxarıda qeyd olunan adamları geri qaytardıq ki, onlar sizə bu fərmanı şifahi çatdırsınlar.
Kansler qraf Qolovkin, Andrey Osterman, Ober sekretar Yuryev Fyedor Protopopov.
Bu protokoldan fərmanlar ikitərəfli Aleksandriya kağız vərəqələrində, surəti erməni dilində tikilmişdir və imzasız ermənilərin əlinə verilmiş, böyuk dövlət mohürü vurumuşdur.
Qeyd: Bu fərman Aleksandriya kağızının bir vərəqində, poçt kağızın yarısından çox kəsilmiş və bağlayaraq qızıl möhurlə böyuk dövlət möhurüylə vurulmuşdur. İki fəman yazılmış və onlar keşiş Antoniona və Kehya Çelebiyə, digəri Semyon Popova və keşiş Pyotra verilmişdir.
İmperator ali həzrətləri bu məktubu imzalamağı lazım bilmədi. Eləcə kansler qol çəkmədi və imzasız verildi”.
Sonradan hakimiyyəti ələ almış Nadir Şah 1735-ci ildə bir güllə belə atmadan ruslarla Gəncə muqaviləsini bağladı. Dərbəndin 200 km-dən üzü cənuba tərəf bütün torpaqlar əfşarların ixtiyarına kecdi. Burada Osmanlı imperiyası ilə yeni müharibəyə hazırlaşan ruslar Nadir Şahın Osmanlıya yaxınlaşmasının qarşısını almaq üçün diplomatik manevrlər edirdilər və onu Osmanlıya qarşı yönəldirdilər. Gəncədə Osmanlı qarnizonu vardı. Bunu nəzərə alan ruslar Nadirin qüvvələrini onlara qarşı yönəltdi. İyunun 8-də baş verən döyüşdə Osmanlı döyüşçüləri məğlub oldu. Nadir bu qələbələrdən sonra döyüş istiqamətini Şirvan və Dağıstana yönəltdi. Noyabrın 21-də Nadirin qoşunları Dərbəndə yaxınlaşdı.
Nadir bu istiqamətdə də qələbə əldə etdikdən sonra 1736-cı ilin martında Muğana gəldi və Kür və Araz çayının qovuşduğu yerdə Cavad şəhərində (müəllifin böyüyüb-başa catdığı indiki Cavad kəndi – A.M.) özünü yeni Əfşarlar imperiyasının banisi elan edərək tacqoyma mərasimi keçirdi.
Bu hadisələrdən sonra Osmanlının zəiflədiyini görən Rusiya Osmanlıya qarşı (1735-1739-cu illər) müharibəyə başladı. İngiltərə Nadir Şahla Osmanlı dövləti arasında ziddiyyətlərin başa çatmasına, bu dövlətlərin Rusiyaya qarşı birliyinə nail olmağa çalışırdı. 1736-cı ilin sentyabrında Əfşarlar dövləti ilə Osmanlı dövləti arasında müqavilə imzalandı. Müqaviləyə görə, Cənubi Qafqazdakı torpaqlar Nadirə qaytarılırdı. 1733-cü il Bağdad sülhünün şərtləri tanınırdı. Lakin bu müqavilə Osmanlı dövləti tərəfindən ratifikasiya olunmadı.
Osmanlı imperiyasının cənubunda, Ərəbistanda isə yeni əmələ gəlmiş qüvvələr mərkəzi hakimiyyətin əleyhinə çıxış edir və bu torpaqlarda öz hakimiyyətlərini qurmaq istəyirdilər. Ümumiyyətlə, köçərilərin (bədəvi) oturaq əhaliyə çevrilməsi prosesi Ərəbistanda daima baş verirdi. Özü də bu zaman tayfa və oturaq əhali ilə qarşılıqlı münasibət formalarında, həyat tərzində və məişətində müxtəlif davranışlarda artıq bunları müşahidə etmək mümkün idi. Tayfa və birliklərin qüdrətli şeyxləri vahələrə və vahə qruplarına nəzarət etmək iqtidarında idilər. Lakin bu zaman elə də olurdu ki, tayfa rəhbərliyi bədəvi həyat tərzini qoruyub saxlayır və əksəriyyət etibarilə köçəri şeyx kimi qalırdılar.
Q. Filbi bildirirdi ki, artıq XVIII əsrin əvvəllərində Əd-Diriyə rejimi (vahə ərazisi – A.M.) nəinki Nəcddə, həmçinin bütün Ərəbistanda hökm-fərman olmaqda iddialı idi.1
Əslində, o dövrdə Əd-Diriyə daxili dayanıqsızlıq, qarışıqlıq və hakim zadəganlıq içində hakimiyyət uğrunda mübarizə dövründən çıxırdı. Bir-birinin ardınca qətllər və satqınlıqlar baş verməkdə idi. Bu vəziyyət, nəhayət, ikinci onillikdə səudlar sülaləsinin əsasını qoyan Səud ibn Məhəm-məd ibn Mikrin vahə əmiri seçilməsinədək davam etdi. Səudlar öz şəcərəsini Mərkəzi və Şimali Ərəbistanın ən çoxsaylı və qüdrətli tayfası – unazalara 2 bağlayırlar.
1725-ci ilin iyununda Səud ibn Məhəmməd ibn Mikrin öldü və onun vəfatından sonra vahəyə başçılıq uğrunda bir neçə rəqib qızğın şəkildə çalışmağa başladılar.3
Nəcdin digər bir hissəsində Ayaynın hakimləri qonşularla – Mənfuhə və Sədiklə, eləcə də ətrafdakı bədəvi tayfaları ilə müharibə aparmaqda idilər. Hərbi əməliyyatlar yerli əhəmiyyətli reydlərdən o yana getmirdi. 1725-26-cı ildə vəba epidemiyası Ayaynı boş qoydu.4 Ona dəymiş zərbə o qədər ağır oldu ki, bu şəhər uzun illər ərzində Mərkəzi Nəcddə üstünlük uğrunda mübarizədən imtina etdi.
Əd-Diriyədə hakimiyyətə gəlmiş Zeyd bundan istifadə etdi, növbəti il adamsızlaşmış vahəyə qarşı çıxışa başladı. Ayayn əmiri Məhəmməd ibn Müəmmər ona tabe olmağa hazır olduğunu bildirdi, amma diriyəliləri aldadaraq evinə çağırdı, Zeydi öldürdü. Məhəmməd ibn Səud bir qrup əsgərlə xilas ola bildi. Sonradan Əd-Diriyənin əmiri də elə o oldu.
O dövr Osmanlı imperiyasında rəsmi məzhəb dörd məktəbdən ən çeviki sayılan hənifəlik idi, baxmayaraq ki, digər ortodoksal təriqətlər də tanınırdı. Bütün bunlarla bərabər Osmanlı imperiyasında islamın bütün çalarları dinc yanaşı mövcudiyyətini sürürdü.
Burada dini sistemin tam şəkildə tərtibi XV-XVI əsrlərə aiddir. Osmanlı sultanı özünə xəlifə, yəni bütün müsəlmanların rəhbəri titulunu götürərək, bununla öz nüfuzunu möhkəmləndirdi.
Ruhanilər (üləmalar) imperiya əhalisinin ən nüfuzlu qruplarından biri idi. Ruhani ierarxiyasının başında İstanbul müftisi – vəzifəcə baş vəzir səviyyəsində olan şeyxülislam dururdu. Onun ardınca iki qazi-əsgər, sonra da digər ali ruhanilər gəlirdi. Osmanlının ruhani liderləri hüquqi və inzibati işlərə nəzarəti həyata keçirən yerli qazilərin və dindarların iman məsələlərini diqqətdə saxlayan, sənətkar və tacir birliklərinə göz qoyan mühtəsiblərin təsdiqi sistemi vasitəsilə nəzarətdə saxlamağa cəhd göstərirdi.

00:36, Bu gün
Moskva-Vladiqafqaz reysinin sərnişin qadını Ukrayna dilində kitab oxuduğuna görə saxlanılıb

00:20, Bu gün
"Bütün bayramlarımız bu gündən sonra gəlir, bütün bayramlarımız bu günün övladı sayılır"

00:15, Bu gün
Türkiyə Səfirliyi: "Müstəqil Azərbaycanın bayrağı ölkənin səmasında əbədiyyən dalğalanacaq"

00:00, Bu gün
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur

27 May 2023 | 23:45
Türkiyəli aktrisa Kann Festivalında ən yaxşı qadın oyunçu seçildi
27 May 2023 | 23:41
Hulusi Akar: “Azərbaycandakı qardaşlarımız üçün əlimizdən gələni edirik”

27 May 2023 | 23:40
Alla Puqaçovanın sonuncu ailə üzvü Rusiyanı tərk edib...

27 May 2023 | 23:32
Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu həbs edilib

27 May 2023 | 23:23
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

27 May 2023 | 23:14
Prezident Laçının Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub

27 May 2023 | 23:10
Şahbaz Şərif: “Pakistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək”

27 May 2023 | 23:04
Pakistanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

27 May 2023 | 23:01
Uraz jurnalistləri döyüb?

27 May 2023 | 22:55
Azərbaycanlı ifaçı Türkiyədə narkotikə görə saxlanıldı

27 May 2023 | 22:50
Makron: “Fransa və Azərbaycan iqtisadi, təhsil sahələrində möhkəm əlaqələr qurub”

27 May 2023 | 22:40
Makron Prezident İlham Əliyevi təbrik edib

27 May 2023 | 22:31
Azərbaycan Prezidenti “Laçın” şəhər yarımstansiyasının açılışını edib

27 May 2023 | 22:28
"Azadlıq virusu" heç də məhv edilməyib, yüzminlər azadlıq uğrunda və müharibə əleyhinə çıxmaqdan çəkinmir..."

27 May 2023 | 22:22
Dövlət başçısı Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub

27 May 2023 | 22:15
“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib

27 May 2023 | 22:12
İmişlidə yolu keçən məktəbli qız ölümdən döndü - FOTO/VİDEO

27 May 2023 | 22:05
Prezident İlham Əliyev Laçının Şəlvə kəndinin təməlini qoyub

27 May 2023 | 22:00
Laçının Qorçu qəsəbəsinin təməli qoyulub

27 May 2023 | 21:50
NATO və Rusiya arasında olan Azərbaycan: Düzgün balansı saxlamaq mümkün olacaqmı?

27 May 2023 | 21:43
Bakıda yol qaydalarını pozan sürücü saxlanıldı: Maşınından heroin çıxdı - FOTO/VİDEO

27 May 2023 | 21:40
İrəvanın mərkəzində qondarma “erməni soyqırımı”na aid sənədlər yandırıldı?..-VİDEO

27 May 2023 | 21:34
Sabirabadda ev yanıb
27 May 2023 | 21:30
Aqil Nağıyev: “Azərbaycanda ilk dəfə uşaqlara qarşı zorakılıq əleyhinə film çəkilib”

27 May 2023 | 21:21
Prezident İlham Əliyev Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib

27 May 2023 | 21:05
Prezident İlham Əliyev Müstəqillik Günü ilə bağlı paylaşım edib
00:36, Bu gün
Moskva-Vladiqafqaz reysinin sərnişin qadını Ukrayna dilində kitab oxuduğuna görə saxlanılıb
00:20, Bu gün
"Bütün bayramlarımız bu gündən sonra gəlir, bütün bayramlarımız bu günün övladı sayılır"
00:15, Bu gün
Türkiyə Səfirliyi: "Müstəqil Azərbaycanın bayrağı ölkənin səmasında əbədiyyən dalğalanacaq"
00:00, Bu gün
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
27 May 2023 | 23:45
Türkiyəli aktrisa Kann Festivalında ən yaxşı qadın oyunçu seçildi
27 May 2023 | 23:41
Hulusi Akar: “Azərbaycandakı qardaşlarımız üçün əlimizdən gələni edirik”
27 May 2023 | 23:40
Alla Puqaçovanın sonuncu ailə üzvü Rusiyanı tərk edib...
27 May 2023 | 23:32
Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu həbs edilib
27 May 2023 | 23:23
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
27 May 2023 | 23:14
Prezident Laçının Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub
27 May 2023 | 23:10
Şahbaz Şərif: “Pakistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək”
27 May 2023 | 23:04
Pakistanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
27 May 2023 | 23:01
Uraz jurnalistləri döyüb?
27 May 2023 | 22:55
Azərbaycanlı ifaçı Türkiyədə narkotikə görə saxlanıldı
27 May 2023 | 22:50
Makron: “Fransa və Azərbaycan iqtisadi, təhsil sahələrində möhkəm əlaqələr qurub”
27 May 2023 | 22:40
Makron Prezident İlham Əliyevi təbrik edib
27 May 2023 | 22:31
Azərbaycan Prezidenti “Laçın” şəhər yarımstansiyasının açılışını edib
27 May 2023 | 22:28
"Azadlıq virusu" heç də məhv edilməyib, yüzminlər azadlıq uğrunda və müharibə əleyhinə çıxmaqdan çəkinmir..."
27 May 2023 | 22:22
Dövlət başçısı Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub
27 May 2023 | 22:15
“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib
27 May 2023 | 22:12
İmişlidə yolu keçən məktəbli qız ölümdən döndü - FOTO/VİDEO
27 May 2023 | 22:05
Prezident İlham Əliyev Laçının Şəlvə kəndinin təməlini qoyub
27 May 2023 | 22:00
Laçının Qorçu qəsəbəsinin təməli qoyulub
27 May 2023 | 21:50
NATO və Rusiya arasında olan Azərbaycan: Düzgün balansı saxlamaq mümkün olacaqmı?
27 May 2023 | 21:43
Bakıda yol qaydalarını pozan sürücü saxlanıldı: Maşınından heroin çıxdı - FOTO/VİDEO
27 May 2023 | 21:40
İrəvanın mərkəzində qondarma “erməni soyqırımı”na aid sənədlər yandırıldı?..-VİDEO
27 May 2023 | 21:34
Sabirabadda ev yanıb
27 May 2023 | 21:30
Aqil Nağıyev: “Azərbaycanda ilk dəfə uşaqlara qarşı zorakılıq əleyhinə film çəkilib”
27 May 2023 | 21:21
Prezident İlham Əliyev Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib
27 May 2023 | 21:05
Prezident İlham Əliyev Müstəqillik Günü ilə bağlı paylaşım edib
27 May 2023 | 21:02
Alimlər otaq bitkiləri ilə onkologiya arasında əlaqəni aşkar edib... - MARAQLI
27 May 2023 | 20:47
İranla Əfqanıstan sərhədində atışma baş verib - VİDEO
27 May 2023 | 20:38
Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub
27 May 2023 | 20:34
İranın Güney Azərbaycanı parçalamaq siyasəti - VİDEO
27 May 2023 | 20:33
Azərbaycanda ilk şəxsi kitabxanalar bu dahilərə məxsus olub - ELM TARİXİ
27 May 2023 | 20:31
Azərbaycan Prezidenti Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub
27 May 2023 | 20:25
Prezident İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib
27 May 2023 | 20:20
Kan və Salihamidziç “Bavariya”dan qovuldular
27 May 2023 | 20:15
"Sizi dinləmək üçün hansı qulağa pıçıldamaq lazımdır?" - alimlərdən gözlənilməz kəşf...
27 May 2023 | 20:14
İnsan beyni haqqında yanlış bildiyimiz həqiqətlər - Bunları heç zaman eşitməmisiniz...
27 May 2023 | 20:13
İstanbulda Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib
27 May 2023 | 20:05
APL: Mövsümün son təyinatları açıqlanıb
27 May 2023 | 20:00
Bakıda toy karvanında qəza: 10-a yaxın maşın toqquşdu - FOTO/ VİDEO
27 May 2023 | 19:45
Qürur doğuran Moskva səfəri
27 May 2023 | 19:40
“Bavariya” ardıcıl 11-ci dəfə Bundesliqa çempionluğunu qazanıb
27 May 2023 | 19:35
“Qəbələ” tarixində 8-ci dəfə avrokuboklara vəsiqə qazanıb
27 May 2023 | 19:30
Prezident Toğanalı-Kəlbəcər-İstisu yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub
27 May 2023 | 19:25
Cəlilabad sakini qətlə yetirilib, saxlanılan var
27 May 2023 | 19:20
Bağ evlərinin qiyməti kəskin ARTDI
27 May 2023 | 19:15
Tarantino karyerasının sonu ilə bağlı sualı məşhur ifadə ilə cavablandırdı - FOTO
27 May 2023 | 19:10
“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yayıb
27 May 2023 | 19:05
Milorad Dodik Prezident İlham Əliyevi təbrik edib
27 May 2023 | 19:00
KİV: Ukraynalı hərbçilər "M1 Abrams" tanklarında təlimlərə başlayıb
27 May 2023 | 18:55
APL: “Səbail” və “Şamaxı” ilk “11-lik”ləri açıqlayıblar
27 May 2023 | 18:50
Prezident İlham Əliyev Laçın rayonuna səfər edib
27 May 2023 | 18:45
"Beşilliyi-üç günə!" : Putin yeniliyi ilə heyrət doğuracaq təşəbbüslə çıxış edib
27 May 2023 | 18:40
Gürcüstanda dəmiryolunda qəza zamanı bir azərbaycanlı ölüb, daha 3 nəfər xəsarət alıb
27 May 2023 | 18:40
“Sabah seçkilərin taleyini o 8 milyon seçicinin bir hissəsinin iştirakı da həll edə bilər...”
27 May 2023 | 18:35
Qanunsuz gətirilən külli miqdarda siqaret Naxçıvanda ələ keçdi
27 May 2023 | 18:30
Tərtərdə partlayış zamanı xəsarət alan şəxsin barmaqları amputasiya olunub
27 May 2023 | 18:25
“Qarabağ”ın futbolçusu: “Avropada bəzi komandalar bizdən qorxurlar”
27 May 2023 | 18:19
MİQ üzrə müsabiqənin elektron sənəd qəbulu davam edir
27 May 2023 | 18:16
“Yüksəliş” müsabiqəsinin qabiliyyət üzrə yoxlama imtahanı keçiriləcək
27 May 2023 | 18:10
Serbiyanın hakim partiyasının yeni sədri məlum olub - YENİLƏNİB
27 May 2023 | 18:01
İlham Əliyev Kəlbəcərdə “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını etdi - FOTO
27 May 2023 | 18:00
Ərdoğan: “Can Azərbaycan” sözünü boş-boşuna demirik, oradakılar canımızdır”
27 May 2023 | 17:59
Azərbaycanın daha bir para-atleti dünya çempionatına lisenziya qazanıb
27 May 2023 | 17:55
Ərdoğan müxalifət tərəfdarlarına səsləndi: "Bizim qələbəmiz bütün Türkiyənin zəfəri olacaq"
27 May 2023 | 17:50
Mərkəzi Gömrük Hospitalında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO
27 May 2023 | 17:45
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda yanğın baş verib - FOTO/VİDEO
27 May 2023 | 17:43
Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb - YENİLƏNİB
27 May 2023 | 17:41
Neftçalada qəzaya düşən Vətən müharibəsi qazisi səkkiz gün sonra ölüb - FOTO
27 May 2023 | 17:37
Sərhəddəki uğursuzluqdan sonra ermənilər “Artsrunu işə salıblar” - FOTO
27 May 2023 | 17:32
Ağır atletika üzrə Azərbaycan birincilikləri tarixində yeni rekordlar qeydə alınıb
27 May 2023 | 17:28
Leysan, külək, normadan artıq temperatur - FAKTİKİ HAVA
27 May 2023 | 17:23
Dövlət Gömrük Komitəsi hətəlik icmalını təqdim etdi - VİDEO
27 May 2023 | 17:20
Ekspert rəyi neçə nüsxədə tərtib edilir? - VİDEO
27 May 2023 | 17:17
Gömrük Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edilib - FOTO
27 May 2023 | 17:15
“Qarabağ”ın futbolçusu: “Avropada bəzi komandalar bizdən qorxurlar”
27 May 2023 | 17:13
“Cümhur İttifaqı”na daxil olan partiyanın sədri: “Mayın 29-dan Türkiyə əsrinin başlanğıcını qeyd edəcəyik”
27 May 2023 | 17:06
APL: “Qəbələ” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” oyununun heyətləri açıqlandı
27 May 2023 | 17:02
Bələdiyyə sədri: "Təkcə müsəlmanlar yox, qeyri-müsəlmanlar da Ərdoğana sahib çıxın deyirlər”
27 May 2023 | 16:57
Tərlan Əhmədovun klubdakı durumuna aydınlıq gəldi
27 May 2023 | 16:55
İsveçrədə yaşayan iranlılar Belçika səfirliyi qarşısında aksiya keçirdilər - VİDEO
27 May 2023 | 16:53
Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO
27 May 2023 | 16:49
Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub - FOTO
27 May 2023 | 16:45
"Ukrayna Silahlı Qüvvələri əks-hücuma hazırdır" - Danilov
27 May 2023 | 16:40
Bu il bir sıra fauna növlərinin azad edilmiş ərazilərə qaytarılması planlaşdırılır
27 May 2023 | 16:36
Albaniya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərdi
27 May 2023 | 16:32
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
27 May 2023 | 16:27
“ANAMA və BMT-nin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycandakı mina problemi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb” - RƏY
27 May 2023 | 16:23
“Leyla Bədirbəyli mənə deyirdi ki, Həmidə, gəncsən, birdəfəlik qulağında sırğa et ki...”
27 May 2023 | 16:18
Türkiyə Prezidenti: "Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq"
27 May 2023 | 16:14
“Azərsu”: “MTK-ların anbarı mütləq ildə azı bir dəfə yuyulmalıdır”
27 May 2023 | 16:09
Bakıda konstruktivizm nümunəsi olan bina bərpa ediləcək - FOTO
27 May 2023 | 16:05
Kəlbəcərdə “Qamışlı” Kiçik Su Elektrik Stansiyası istifadəyə verildi - FOTO
27 May 2023 | 16:00
Ərdoğan: "Şuşa Bəyannaməsi ölkələrimizin sülh və sabitliyinin ən böyük təminatı olacaq"
27 May 2023 | 15:57
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi
27 May 2023 | 15:54
Kəlbəcər rayonunun Zallar kəndinin təməli qoyuldu - FOTO
27 May 2023 | 15:51
İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoydu - FOTO
27 May 2023 | 08:35
Paşinyan sülh sazişi imzalanarsa, Qarabağdakı haykları gözləyən 3 variantdan danışdı...
27 May 2023 | 11:45
Azərbaycan Cümhuriyyəti: Söz və mətbuat azadlığı - Nəsiman Yaqublunun araşdırması
27 May 2023 | 09:36
“Nə qədər ki, ömrüm var, onun xanəndə kimi yetişməsinə dəstək olacağam...”
27 May 2023 | 09:39
"Ermənistan hakimiyyəti özü hayklara Laçın yolu ilə Ermənistana getməyi qadağan edir..."
27 May 2023 | 09:10
Sürücü tuneldə ayı ilə rastlaşdı - VİDEO
27 May 2023 | 09:06
“Tesla” dünyanın ən çox satılan avtomobili oldu
27 May 2023 | 09:03
Braziliyada məşhur aktyorun cəsədi tapıldı - FOTO
27 May 2023 | 09:15
Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə aşkarlanıb
27 May 2023 | 09:40
Ukrayna Baş Qərargahı Rusiya ordusunun son 3 gündəki itkilərini açıqlayıb
27 May 2023 | 11:01
Rusiya İran vasitəsilə xilas olmağa çalışır - “Kaspi”nin TƏHLİLİ
25 May 2023 | 14:50
Xruşovun üzünə qabaran general – Solovyov onun aqibətinin yaxşı olmayacağını deyib
21 May 2023 | 20:10
Əhməd Obalını və oğlu Dənizi ABŞ-da ölümcül döydülər - VİDEO
22 May 2023 | 17:53
“Yas mərasimində mənə baş sağlığı verəndə bəziləri bilmişdi ki, Sara xanım mənim anamdır”
25 May 2023 | 00:25
“Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin..?”
24 May 2023 | 06:50
Qanunsuz məskunlaşdığı Laçından köçmüş bu hayk indi də Kərkidən çıxmaq istəmir..-VİDEO
23 May 2023 | 12:18
“Türkiyədə seçkilərin II turundakı nəticələr, demək olar, həll olunub: təxminən 60-ın 40-a...”
21 May 2023 | 15:32
"Söhbət diametri 5-10 metr, hərarəti Selsi üzrə 1000 dərəcəyə çatan odlu kürədən gedir..."
25 May 2023 | 13:21
Kapitulyasiya aktını imzalayan Armeniya rəhbərləri və separatçı qalıqları yenidən ağa axtarışında...
21 May 2023 | 11:32
Lavrov gözünün içinədək yalan danışır...
22 May 2023 | 13:20
Mənim Alma-Materimin ağ günləri...
27 May 2023 | 08:35
Paşinyan sülh sazişi imzalanarsa, Qarabağdakı haykları gözləyən 3 variantdan danışdı...
27 May 2023 | 11:45
Azərbaycan Cümhuriyyəti: Söz və mətbuat azadlığı - Nəsiman Yaqublunun araşdırması
27 May 2023 | 09:36
“Nə qədər ki, ömrüm var, onun xanəndə kimi yetişməsinə dəstək olacağam...”
27 May 2023 | 09:39
"Ermənistan hakimiyyəti özü hayklara Laçın yolu ilə Ermənistana getməyi qadağan edir..."
27 May 2023 | 09:10
Sürücü tuneldə ayı ilə rastlaşdı - VİDEO
27 May 2023 | 09:06
“Tesla” dünyanın ən çox satılan avtomobili oldu
27 May 2023 | 09:03
Braziliyada məşhur aktyorun cəsədi tapıldı - FOTO
27 May 2023 | 09:15
Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə aşkarlanıb
27 May 2023 | 09:40
Ukrayna Baş Qərargahı Rusiya ordusunun son 3 gündəki itkilərini açıqlayıb
27 May 2023 | 11:01
Rusiya İran vasitəsilə xilas olmağa çalışır - “Kaspi”nin TƏHLİLİ