Mədəniyyət
3540
20 Aug 2021 | 17:52

"Qorxuram ki, aktyorlar buna dözə bilməyib, sənəti tərk etsinlər"

Bu gün brifingdə gözlənilən qərarlardan biri də teatrların fəaliyyətinin bərpası olsa da, bu barədə heç bir yenliyin olmayacağı söylənildi. Bu isə uzun müddətdir ki, teatrların fəaliyyətinin bərpa olunmasını gözləyən aktyorlarımızın narazılığına səbəb oldu.


Mövzu ilə bağlı əməkdar artist, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev təəssüratlarını Moderator.az-la bölüşdü:


“Minə dözən, min birə də dözər... 2 il teatrların fəaliyyətinin bərpa olunmaması aktyorlar üçün böyük zərbədir. Buradan aktyor həmkarlarıma səbrli olmağı arzu edirəm. Qorxuram ki, aktyorlar buna dözə bilməyib, sənəti tərk etsinlər. Aktyor formada olmalı, işləməli, tamaşa oynamalıdır. Əgər bu gün teatr yoxdursa, aktyor paslanmamağı üçün ev şəraitində belə bir işlə məşğul olmalıdır.  

Teatrların qapalı məkan olduğunu qeyd edib təklif edirlər ki, tamaşalar açıq havada nümayiş olunsun. Mən onun tərəfdarı deyiləm, çünki açıq havada olan tamaşanın heç bir effekti olmur. Pantomim tamaşalarda işıq effektinin xüsusi önəmi var. Açıq havada o tamaşaları nümayiş etdirdikdə effekti itir”. 

Əməkdar artist yoluxmalarn sayının çoxalmasını el şənliklərinin sayının artması ilə əlaqələndirdi: “Belə çıxır ki, pandemiyada ən çox arzulanan “mall”-lar və  toylar imiş, onlar açıldısa vəssalam? Belə olmaz, bu barədə düşünmək lazımdır”.

Link kopyalandı!
Son xəbərlər