Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3000 ağac əkilib
Moderator.az xəbər verir ki, 27 sentyabr Anım Günü münasibətilə Sumqayıt şəhərində möhtəşəm aksiya keçirilib. Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsini uca tutaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Bulvarında 27 sentyabr Anım Günü münasibətilə 3000 ağac əkilib. Aksiyada Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları, o cümlədən şəhər ziyalıları, ictimai fəllar aktiv iştirak edib.
Xatırladaq ki, bundan öncə də Sumqayıtda şəhidlərin xatirəsinə həsr edilən ekoloji mahiyyətli aksiyalar keçirilib, bir sıra maraqlı və irimiqyaslı layihələrə imza atılıb. Hansı ki, bu cür aksiyalar şəhidlərə olan sevgi və ehtiramı yaradıcı şəkildə ortaya qoymaq, xalqın öz qəhrəmanlarına olan məhəbbətini nümayiş etdirməklə yanaşı, təbiətinin daha da gözəlləşməsinə, ekoloji mühitin daha da yaxşılaşmasına böyük töhfə verib.
Seymur ƏLİYEV