Fransanın daxili işlər naziri Jerar Darmanin Azərbaycana qarşı gülünc ittihamla çıxış edib. Ölkəmizin Yeni Kaledoniya xalqının azadlıq mübarizəsinə verdiyi siyasi-mənəvi dəstəyi separatizmə dəstək kimi xarakterizə edən fransız nazir, Azərbaycanın ünvanına xeyli sayda absurd iddialar səsləndirib.
Fransanın Azərbaycana yönəlik böhtan siyasətinin bri neçə ildir davam etdiyi və ənənəyə çevrildiyini nəzərə alsaq, Jerar Darmaninin ittihamlarının heç də təsadüf olmadığını şübhəszidir.
Maraqlıdır ki, rəsmi Parisin anti-Azərbaycan siyasəti, habelə, ədalət, demokratiya, insan haqları və beynəlxalq hüquqa olan münasibəti ilə Ermənistanın bu dəyərlərə olan münasibəti arasında tam bir oxşarlıq mövcuddur. Bu oxşarlığın nə qədər heyrətamiz olduğunu anlamaq üçün bəzi nüanslara nəzər salmaq kifayətdir.
Birincisi, Ermənistan kimi Fransanın da tarixi digər xalqlara qarşı törədilən soyqırım və qətliyamlarla zəngindir. Ancaq buna baxmayaraq, dünyada heç bir ölkə bu iki dövlət qədər digər xalqları soyqırımı və qətliyamda ittiham etmir.
İkincisi, həm Fransa, həm də Ermənistanın tarixində separatizmə dəstəklə bağlı minlərlə fakt mövcuddur. Separatizmə dəstək bütün tarixi dövrlərdə hər iki dövlətin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Buna baxmayaraq, hər iki dövlət separatizm qurbanı olan xalqları separatizmdə ittiham edərək tarixdə misli-bərabəri olmayan həyasızlıq nümunəsi ortaya qoyub.
Üçüncüsü, Ermənistan kimi Fransa da tarixdəki ən böyük cinayətlərini ədalət, demokratiya, insan haqları və bəşəri dəyərlərin qorunması adı altında törədiblər. Hər iki dövlət bütün dünyanı inandırmağa çalışıb ki, axıtdıqları qanlar zərurətdən qayanqlanır və “daha böyük amallara” xidmət edir.
Bu siyahını onlarla digər oxşar faktlarla uzatmaq mümkündür. Hansı ki, bütün bu faktlar Fransa və Ermənistanın “əkiz bacı” sindromunadan əziyyət çəkdiyini, eyni tarixi, eyni xisləti, eyni düşüncə tərzini bölüşdüyünü göstərir. Fransa və Ermənistan arasındakı məlum paralellikdə Parisin üstünlüyü kimi dəyərləndirilə biləcək yeganə amil Ermənistandan fərqli olaraq, Fransanın Onore de Balzak, Viktor Hüqo kimi nəhənglərin timsalında zəngin mədəniyyətə sahib olmasıdır. Ancaq görünən odur ki, hazırda siyasi Parisin Fransanın min illər ərzində formalaşdırdığı böyük mədəniyyəti özünəməxsius amansızlıqla dəfn etməkdə, gözdən salmaqdadır. Və çətin ki, bu gedişlə mədəni Fransa siyasi Fransaya nə vaxtsa minnətdar olsun...
Seymur ƏLİYEV