Bizi sosial şəbəkələrdən izləyin:
“Moderator.az-dan başqa heç kim mənimlə maraqlanmayıb. Mənimlə maraqlanan təkcə sizsiniz və xəstə olma xəbərimi də yalnız siz bilirsiniz. Vaxtaşırı olaraq məni arayıb-axtarırsınız! Siz mənə hər dəfə olduğu kimi yenə də zəng etdiniz və bildirdim ki, xəstəxanadayam. Başqa heç kim xəstəliyim haqda nə bilir, nə də zəng edib maraqlanıb. Bilmirəm, bəlkə bu yazıdan sonra zəng edib səhhətimi soruşacaqlar?! Onu deyə bilmərəm!”
Bunu Moderator.az-a açıqlamasında ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən müğənni Elmira Əliyeva deyib. O daha sonra səhhətindən danışıb.
“Mən incəsənətimizə o boyda xeyir vermişəm, can qoymuşam, mahnılar lentə aldırmışam. Ömür-boyu sənətimlə məşğul olmuşam. Pis yola çəkmək istəyiblər, getməmişəm. Ona görə də nə məşhur oldum, nə də ki, evim-eşiyim, yaxşı güzəranım oldu. Həkimlər deyir ki, sağalacaqsan, amma sağalmıram, ayaqlarım şişib, tutulub. Artıq 15 gündür ki, xəstəxanadayam, gəzə bilmirəm. Qənirə Paşayevadan kömək istəyirəm, məni gəlib xəstəxanada ziyarət etsin, acınacaqlı vəziyyətimlə maraqlansın. Kömək etsə, o edəcək mənə. Bu gün varam, sabah yoxam. Həyatın işini bilmək olmaz” deyə müğənni bildirib.
Dəyərli oxucular! Özünüz də gördüyünüz kimi Elmira Əliyeva onunla nəinki bu gün, ümumiyyətlə adi günlərdə də Moderator.az-dan başqa heç bir saytın maraqlanmadığını bildirib. Bəzi üzdəniraq saytlarsa bizim özəl yazılarımızı istinadsız öz səhifələrində yayımlayaraq, bol oxucu kütləsi qazanırlar. Onlar peşəkar oğrular da deyil. Niyə? Çünki iz də itirə bilmirlər. Hətta cümlə, nöqtə, vergülə qədər bizim yazdığımız yazını təkrarən götürüb yayırlar. Nə deyirik, hər zaman bizə möhtac olun...