14 ildən sonra Premyer Liqanı tərk etdilər
İdman
151
22:20, Bu gün

14 ildən sonra Premyer Liqanı tərk etdilər

İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Moderator.az xəbər verir ki, Londonun "Vest Hem" klubu sonuncu - 38-ci tur çərçivəsində "Lids" ilə keçirilən matçdan sonra Premyer Liqa ilə vidalaşıb.

Matçda qalib tərəf "Vest Hem" olsa da (3:0), əsas rəqibləri "Tottenhem"in "Everton"u məğlub etməsi səbəbindən bu qələbə London təmsilçisini xilas etmək üçün kifayət etməyib.

Beləliklə, yekun nəticələrə əsasən, 18-ci pillədə qərarlaşan "Vest Hem" 14 illik fasilədən sonra Çempionşipə yuvarlanıb. "Tottenhem" isə 17-ci yeri tutaraq elitada qalmağı bacarıb. (qol.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər