"İnanmağım gəlmirdi ki, 30 ildən sonra Şuşaya qayıdacam" - Şəhid oğlu ilə MÜSAHİBƏ - VİDEO
Oxunub: 984
28 Sep 2021 | 10:45
 


O, sonuncu dəfə Şuşada 29 il əvvəl olmuşdu. 10 yaşındaykən erməni işğalı səbəbindən doğma şəhərindən köçkün düşmüşdü. Nəhayət uzun illər sonra müzəffər ordumuzun düşməndən azad etdiyi Şuşanı görmək ona da qismət oldu. Şəhərdə uşaqlıq xatirələrində qalan yollarla, xatirələrinin izi ilə yürüməyə başladı. İndi ona dar görünən, hər yeri böyürtkən kolu basmış küçələrlə gəzməyə başladı. Şəhid atasının, bacısının işlədiyi yerləri tapa bilsə də, yaşadıqları binanı, məktəb vaxtı həmişə böyük tənəffüslərdə qaçıb getdiyi xalası evini, həyətinə alma oğurluğuna getdiyi internat məktəbini, babasının ikimərtəbəli imarətini görə bilmədi...

 

Haqqında söhbət etdiyimiz şəxs şəhid oğlu, "Kaspi" qəzetinin əməkdaşı Bəxtiyar Məmmədlidir. Bu yaxınlarda göz açdığı şəhərdə olan həmkarımız səfər təəssüratını Redaktor.az-la bölüşüb.

 

- İllər sonra Şuşaya qayıtmaq necə hiss idi? 

- Şuşaya səfər edəcəyimizi eşidəndə çox təsirləndim. İnanmağım gəlmirdi ki, 30 ildən sonra Şuşaya qayıdacam. Biz müharibə vaxtı Şuşadan çıxmışdıq. Şükür ki, illər sonra doğma torpağımızı gedib görə bildik. Zəfər yolunun möhtəşəm görüntüsünü, Şuşanı görəndən sonra donmuşdum. Ata-baba yurduna, uşaqlıq xatirələrinin olduğu yerə geri qayıtmaq, yenidən görmək çox başqa bir hissdir. İnşallah, bərpa işləri başa çatdıqdan sonra Şuşaya geri qayıdıb dədə-babalarımızın ruhlarını sevindirəcəyik.

 

- Şuşada olarkən ilk diqqətini nə cəlb etdi?

- Diqqətimi ilk çəkən Daşaltıdan qalxanda yolun sol tərəfində dayanan Rusiya sülhmərmalıları oldu. Səmimi desəm bu görüntünü görmək heç də xoş deyildi. Bu yol bizim Laçına, Xankəndiyə, Ağdama gedib-gəldiyimiz yol idi. Diqqətimi çəkən ilk məqamlardan biri də Şorbulaq oldu. Ən təsiredici məqamlardan biri isə hər yerin xarabalığa çevrilməsi oldu. 30 il ərzində Ağdam, Füzuli, Cəbrayıl və digər işğal olunmuş ərazilər tamamilə dağıdılıb. Lakin Şuşanın bir hissəsi sağlam olsa da şəhər böyük bir xarabalığı xatırladır. Ermənilər Azərbaycanlılardan nəyin qisasını alırdı? Bunu başa düşmək çox çətindir. Şuşadakı xarabalıq təkcə daşın, divarın dağıdılması deyil. Ermənilər orada yaşayan insanların xatirələrini, izlərini silməyə çalışıb, vaxtilə orada yaşayan babalarımızın ruhunu təhqir edib. Bu həm də mənəvi terrordur.

- Bildiyim qədərilə Şuşaya vaxtilə bir neçə yol olub. Siz hansı yol ilə getdiniz?

- Vaxtilə Şuşaya bir neçə yol olub. Bunlardan Ağdam-Xankəndi yolu ən qısa yol idi. Bir də Laçın yolu var idi. Köhnə Şuşalılar bu yola "Akara yolu" deyirdi. Sovet dövründə Füzulidən Şuşaya yol çəkildi. Sadəcə olaraq bu yolun üzərində ermənilərin yaşadığı “Qırmızı bazar” qəsəbəsi var. Ora Rusiya sülhməramlılarının nəzarətində olan bir ərazidir. İndi Şuşaya çəkilən Zəfər yolunu Şuşa camaatı tanımırdı. Bu yolun çəkildiyi ərazini görəndə şəhidlərimizin, qazilərimizin bu əraziyə necə qalxdığını düşündüm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. O yolu getmək həqiqətən də böyük şücaət tələb edir. Qısa müddət ərzində dövlət başçımızın tapşırığı ilə möhtəşəm bir yol salınıb. İnsan həqiqətən də hiss edir ki, bu yol “Zəfər Yolu”dur. İnşallah 2024-cü ildə Şuşaya tunellərlə dördüncü yol da çəkiləcək.

 

- Ermənilər işğal zamanı bütün ərazilərimizi minalayıb. Bəs Şuşada vəziyyət necədir, təhlükəsizlik tədbirləri görülübmü?

- Müşahidələrimə əsasən deyə bilərəm ki, hələ də təhülkə var. Getdiyimiz yoldan kənara çıxmaq tövsiyə olunmur. Düzdür, Şuşanın özündə bu gün mina yoxdur. Amma bu o demək deyil ki, təhlükə yoxdur. Ehtiyat etmək lazımdır. 30 ildə ermənilər qəbristanlıqlarda belə mina basdırıb. Dərin basıdırılan minaları aşkar etmək daha çətindir. Ona görə də bu sahədə maarifləndirmə işinə ehtiyac var. Əsgər və polislərimiz öz sinələrini sipər çəkərək lazımi təhlükəsizlik tədbirlərini görür.

- Uşaqlıq illərinin xatirəsindəki Şuşa necə idi? Bu illər ərzində nələr dəyişib?

- Uşaqlıq illərimin Şuşası tamam başqadır. Mən Şuşadan 10 yaşında olanda çıxmışam. Səfər zamanı bizə sərbəst vaxt verilən kimi uşaqlıq xatirələrimdə qalan yollarla, xatirələrimin izi ilə  getməyə başladım. O vaxtki Azərbaycan kinoteatrına üz tutdum. Rəhmətlik atam orada işləyirdi.  Bu Bakıda yerləşən Azərbaycan kinoteatrının filialı idi. Oradan "Əmanət Bankı" olan “Sberkassa”nın yerləşdiyi yerə gəldim. Bacım orada işləyirdi. Bankın direktoru Əhməd müəllim yaddaşımda fərqli insan kimi qalıb. Bir az aralıda internat məktəbi var idi. Uşaq vaxtı onun həyətinə alma oğurluğuna gediridk. Amma bu məktəb indi yoxdur. Məşhur "Dördyol"a çıxıb tində yerləşən binaları xatırladım. O binalarda bizim evimiz var idi. İndi bu binalar yoxdur. Yolun sağında Qazança kilsəsi var idi. Bu kilsə hələ də qalmaqdadır. Məktəbdə oxuyanda böyük tənəffüsdə həmişə xalam gilə qaçırdım. Təəssüf ki, xalam gilin evi mayın 8-də Şuşanın işğal edildiyi gün top mərmiləri darmadağın edib.

 

- Bəs indi nələr dəyişib?

- Xatirələrimdə qalan Şuşa elə bil balacalaşıb, küçələr daralıb. Hər yeri böyürtkən kolu basıb. Tanıdığın yerləri indi tanımırsan. Dağıntılar o dərəcədədir ki, insanlar evlərini tapa, tanıya bilmir. Ermənilər xüsusilə azərbaycanlıların daha sıx yaşadığı aşağı məhəllələri, tarixi binaları, bəy evlərini tanınmaz hala gətirib. Evin köhnə daşını, divarını söküb nə etmək olar? Mən bu suala cavab tapa bilmədim. Bunun mahiyyətini mən dərk edə bilmirəm. Ermənilər Allahyar babamın evini bünövrəsinə qədər söküb, su quyusunu daşla doldurublar. Dayımgilin yaşadığı ikimərtəbəli hündür bina var idi. Halbuki indi o evdən quru bir divar qalıb. Bu çox dəhşətli mənzərə idi.

Biz Şuşada bina evində yaşamışıq. Həyət evləri aşağı hissədə idi. Orada olarkən söhbət əsnasında məlum oldu ki, yeni məhəllələr salınacaq və köhnə binalar ləğv olunacaq. Bizim evimizin yerində Zəfər məscidi tikiləcək. Yaşayış binaları, məktəblər, xəstəxanalar tikilib bərpa olduqdan sonra gedib Şuşada yaşayacağıq. Bu torpaqların neçə illərdi həsrətində olmuşuq. Şəxsən biz ailə olaraq bu şəhərin həsrətində olmuşuq. Şuşa bizə öz doğmalarımız qədər əzizdir. Mənim atam Birinci Qarabağ müharibəsində əsir düşüb, heç qəbri də yoxdur. Biz onu dəfn edə bilməmişik. Şuşa mənə həm də ona görə əzizdir. O, torpaqlara qayıdacağımız günü səbrsizliklə gözləyirik.

- Yəqin ki, səfərin ən çətin anı Şuşa ilə vidalaşmaq oldu. Sağollaşa bildinmi doğma şəhərinlə?

- Sağollaşmaq çox çətin oldu. Özlüyümdə fikirləşdim ki, imkan olsaydı heç qayıtmazdım. Amma buna məcburuq. Elə qaydalar var ki, hələlik onlara əməl etməliyik. Əvvəllər inciyirdim ki, məni Şuşaya niyə aparmırlar. Amma gedib görəndən sonra vəziyyəti başa düşdüm. Gələcəkdə hər birimiz o torpaqlara sərbəst şəkildə gedib gələcəyik. Biz Şuşadan qayıdanda həmkarım Hikmət Sabiroğlu ilə birlikdə idik. Şəhərdən çıxanda möhtəşəm görüntüyə baxanda onun gözləri doldu. O da  Şuşadan qayıtmaq istəmədiyini heç cür ifadə edə bilmirdi. Bircə onu deyə bildi ki, Pənahəli xan da şəhər tikməyə yer tapıb da. Bu hamımız üçün çox ağır idi. Şəhər gözdən itənə qədər baxa-baxa qaldıq. Hətta Bakıya qayıtdıqdan bir neçə gün sonra özümə gələ bildim.

 

 

 

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:49, Bu gün
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirildi - YENİLƏNİB + FOTO
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
13:02, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
12:05, Bu gün
Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul etdi - FOTO
12:00, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə iştirak etdi - YENİLƏNİR + FOTO/VİDEO
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
11:20, Bu gün
STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib - FOTO
11:14, Bu gün
BDU tələbəsi faciəvi şəkildə öldü
11:05, Bu gün
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
11:00, Bu gün
Prezident: “İmkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
10:52, Bu gün
BDU-da Karyera Festivalı davam edir
10:49, Bu gün
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
10:45, Bu gün
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
10:40, Bu gün
Çempionlar Liqasında yarımfinal həyəcanı: “Dortmund” - PSJ dueli
10:36, Bu gün
Qazaxda gənc qız 15 gündür itkin düşüb
10:34, Bu gün
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
10:32, Bu gün
Rövşən Rzayev vəfat etdi -FOTO
10:22, Bu gün
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
10:18, Bu gün
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO
10:05, Bu gün
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
09:55, Bu gün
Vəkillər Kollegiyası Gədəbəydə pulsuz hüquqi dəstək göstərəcək
09:29, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
09:21, Bu gün
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
09:12, Bu gün
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
09:08, Bu gün
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
08:59, Bu gün
Azərbaycanda bu qadağa qüvvəyə minir
08:59, Bu gün
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
08:50, Bu gün
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
07:47, Bu gün
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
07:46, Bu gün
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
07:25, Bu gün
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
07:13, Bu gün
İbtidai siniflər üçün yaz tətili başlayıb
07:00, Bu gün
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
06:55, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
06:37, Bu gün
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
06:16, Bu gün
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
GÜNLÜK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 15:40
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 15:40
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?