Dəmir məntiqdən “Dəmir yumruğ”a...
Oxunub: 1033
27 Sep 2021 | 19:16
Dəmir məntiqdən “Dəmir yumruğ”a...
MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik.
 
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibə verib. Əlbəttə, Prezident nüfuzlu xarici media orqanlarına dəfələrlə müsahibə verib və hər birinin öz mövzusu, öz ismarıcları olub. Bu dəfəki müsahibəni özəl qılan hansı səbəblər vardır? Məncə, ilk növbədə, müsahibənin 27 sentyabr – 44 günlük müharibənin başlanmasının birinci ildönümü ərəfəsində verilməsi, müsahibədə məhz həmin müharibədən, müharibədəki şanlı qələbəmizdən danışılması çox önəmlidir. Çünki müsahibə özünəxas auditoriyası olan rusdilli hərbi analitik nəşrə verilib, üstəlik, bir sıra detallar ilk dəfə açıqlanıb. Başqa bir fərqləndirəcəyimiz məqam, Prezidentə verilən suallarla bağlıdır – açıq görünür ki, nüfuzli hərbi-siyasi analitik olan Baş redaktor Azərbaycana, Ermənistana, ümumən regionada baş verən hadisələrə yaxşı bələddir. Burada bir mühüm istiqamət də, istər ötən il müharibənin gedişində, istər, müharibədən sonra Azərbaycan Prezidentinin xarici və yerli media orqanlarına verdiyi müsahibələrin, beynəlxalq tədbirlərdəki çıxışlarının, keçirdiyi görüşlərin, “tvit”lərinin Azərbaycan həqiqətlərini beynəlxalq miqyasda hansı dərəcə və keyfiyyətdə tirajlamasına şahid olmağımızdır.
Rusiyanın “Nasionalnaya oborona” jurnalına bu dediklərimiz fonunda müsahibə verən cənab Prezident 44 günlük Vətən Müharibəsi ilə bağlı çoxsaylı sualları cavablandırarkən, sülhquruculuğu prosesi və regionun gələcəyi ilə bağlı fikirlərini də bölüşdü.
“Nasionalnaya oborona” vasitəsi ilə böyük rusdilli auditoriyaya Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olması, bununla bağlı əməliyyat planlarının hazırlanması barədə önəmli ismarıclar paylaşılmış oldu. Bəllidir ki, 44 günlük müharibə Ermənistanla Azərbaycan arasında getsə də, Ermənistana daşınan silah-sursat əsasən (və kütləvi şəkildə) Rusiyadan göndərilirdi. Belə daşınmalar mühari­bədən öncəki aylarda, müharibənin gedişində, hətta müharibədən sonra da davam edib. Üstəlik, 10 noyabrda imzalanan və 44 günlük müharibəyə son verən Üçtərəfli Bəyanat məhz Rusiyanın iştirakı ilə imzalanıb. 2021-ci ilin yanvarında imzalanan ikinci Üçtərəfli Bəyanatı da bura əlavə etsək, habelə Rusiya hərbçilərinin hazırda Qarabağın dağlıq hissəsində mövcudluğu, Rusiyanın Ermənistan üzərindəki çox böyük təsirləri, belə bir müsahibənin məhz rusdilli mühitdə tirajlanmasının dəyərini daha aydın təsəvvür etməyə imkan yaradır. Əlbəttə, dövlət başçısının bu mühüm müsahibəsi başqa dillərdə də tirajlanır; Ermənistanın, Ermənistanı müdafiə etməyə həvəslilərin Azərbaycanın dövlət başçısının qəti mövqeyi ilə geniş şəkildə tanış olması mühüm hadisədir. Bu müsahibənin başqa bir dəyəri ondadır ki, Ermənistanda ikibaşlı “əvəzçıxma” çaxnaşmaları səngiməyib. Bir dəstə daxili siyasi meydanda əvəzçızma həvəsindədir; başqa bir “əvəzçıxma” cəhdi isə Qarabağda itirilmiş imkanlarla bağlı olub, uğursuz dövlətin müxtəlif siyasi-hərbi kəsimlərini əhatə edir. Daxili əvəzçıxma səyləri öz işləridir, lakin hər iki əvəzçıxma meyli güclənərsə, bundan ziyan çəkən, itirən erməni cəmiyyəti, uğursuz erməni dövləti özü olacaq. Qalibiyyət Azərbaycana yeni imkanlar qazandırıb, bu hər kəsə bəlli bir həqiqətdir. Biz qısa müddət ərzində mümkünsüzü mümkün etmiş, tarixi Zəfər qazanmış və sürətli təmir-bərpa, qruculuq prosesinə başlamışıq. Ermənilərsə hələ də Hadrutda, Cəbrayılda, Füzulidə meyit axtarır, hələ də öz daxillərində günahkar axtarırlar. Ermənistan keçilməz “Ohonyan xətti”nin necə sürətli keçildiyini görə-görə, (Ohonyanın özünün canını Şuşadan necə götürüb aradan çıxdığını bilə-bilə), bu məğlub vaxtında bizim qarşımızı kəsə, bizdən əvəz çıxa bilərmi? Sınıq-salxaq günə salınmış Ermənistan ordusunun qalib Azərbaycan Ordusuna üstün gəlməyə nə mənəvi-psixoloji durumu, nə silah-sursatı, nə də kadr ehtiyatı imkan verir. Çox qısa müddətdə 10 min fərari ortalığa çıxaran bir ölkə, əvəz çıxmaq haqqında deyil, öz səhvlərindən nəticə çıxarmaq haqqında düşünməlidir.
Əgər Ermənistanın ötən il sentyabrın 27-də pik nöqtəyə çatan ardıcıl hərbi təxribatları, yeni müharibə və işğal planları onların ağır itkiləriinə, məğlubiyyətinə səbəb oldusa, növbəti belə təxribatlar hələ cəhd mərhələsindəykən öz cavabını alacaq! Ermənistan hərbi-siyasi rəhbərliyi unutmamalıdır ki, müharibənin ilk günündən Azərbaycan Ordusunun torpaqları işğaldan azad etməyə başlaması, bir addım belə geri çəkilməməsi, 44 gün hücumda olaraq Zəfər qazanması öz nəticələri ilə bugünümüzdə itirak edir, gələcəyimizdə iştirak edəcək və bizə həmişə ruh verəcək. “Dəmir yumruq” yerindədir!
44 günlük müharibədə Azərbaycanın qələbəsini şərtləndirən səbəblər cənab Prezidentin müsahibəsində çox dəqiq göstərilib. Ən ümumi şəkildə ifadə etsək, qələbəmizi şərtləndirən səbəbləri belə sıralaya bilərik:
 
-Azərbaycanda təkmil siyasi idarəetmənin mövcud olması; Prezidentin uzaqgörən siyasəti və bunun nəticəsində Azərbaycanın daxili və xarici siyasətdə böyük uğurlar əldə etməsi;
 
-Azərbaycanda güclü iqtisadi imkanların təmin edilməsi, iqtisadi imkanlardan səmərli istifadə, Prezidentin həyata keçirdiyi iqtisadi siyasətin uğurlarının ordu quruculuğuna şamil edilməsi;
 
-Azərbaycanın etibarlı, məsuliyyətli hakimiyyətə malik olması;
 
-Güclü, çağdaş – qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək qüdrətinə malik nizami ordunun yaradılması;
 
-Azərbaycanda vətəncanlı gənclər nəslinin yetişdirilməsi;
 
-Azərbaycan dövlətinin qısa zamanda, çevik şəkildə bütün resursları səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı;
 
-Azərbaycanda xalq-dövlət birliyinin, milli həmrəyliyin mövcud olması.
 
Yeri gəlmişkən, bu geniş müsahibəsini təhlil edən ekspertlərin, Ali Baş Komandan İlham Əliyevin özünün 44 günlük müharibə dövründəki fəaliyyəti ilə bağlı gəldiyi qənaətləri də burada ifadə etmək istərdim:
 
İlham Əliyevin lider özəllikləri, cəmiyyəti vahid amal uğrunda səfərbər etmək bacarığı, prinsipial, qətiyyətli və dünya səviyyəli siyasətçi, mahir strateq olması;
İlham Əliyevin Ali Baş Komandan olaraq hərbi əməliyyatlara şəxsən başçılıq etməsi, bütün məsələləri anban – ən xırda detallaradək nəzarətdə saxlaması, əməliyyat planlarına zəruri, operativ dəyişiklər etməsi və bunun müsbət nəticələr verməsi;
Prezidentin müharibə dövründəki çıxışları, xalqa müraciətləri, Qələbə “tvit”ləri, təmkinli davranışı, xalqı və ordunu Zəfərə ruhlandırmaq, inandırmaq bacarığı;
Azərbaycanın düşmənin heç bir təxribatına getməməsi, humanitar hüququn tələblərinə əməl etməsi – bir sözlə, müharibədə qızıl ləyaəqt göstərməsi;
Müharibənin və coğrafi mühitin çətinliklərinə, düşmənin işğal zonasında 30 ilə yaxın möhkəmlənməsinə, hakim yüksəkliklərə nəzarət etməsinə baxmayaraq, məhz düşmənin daha çox itki verməsi, əks-hücum edən tərəf kimi bizimsə daha az itkilər verməyimiz...
Bilirsiz, bu yazdıqlarımız yazmalı olduqlarımızın hamısı deyil; bununla belə, bu qısa qeydlər özü də, qazanılmış Zəfərin və Ali Baş Komandanın titanik səylərinin miqyasını təsəvvür etməyə imkan verir.  Məhz bu sadaladıqlarımız sayəsində, müharibənin ilk günündən etibarən düşmənin “keçilməz müdafiə xətti” – güclü istehkamları darmadağın edilə bildi. Ermənistanın qurduğu güclü istehkamları darmadağın etmək hər dövlətin gücü, hər ordunun qüdrəti daxilində deyildi. Bunu Azərbaycan dövləti, qəhrəman Ordumuz bacardı! “Təmas xətti” yarıldıqdan sonrakı günlərdə, Ermənistan üçün ciddi sarsıntı olan Hadrut əməliyyatı və Hadrutun azad edilməsi “Dəmir Yumruq” əməliyyatının ən həlledici mərhələsi sayılır. Hadruta qədər  ilk rayon mərkəzi - Cəbrayıl şəhərinin, sonrakı günlərdə Füzuli şəhərinin azad edilməsi də düşmən ordusunun çözülməsi, pərən-pərən düşməsi üçün mühüm mərhələlər idi. Ardıcıllıqla Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin çox güclü müdafiə xətlərinin də sıradan çıxarılması, Zəngilana yolun açılması isə qarşı dövrdə Azərbaycan Ordusunun irəliləməsi üçün əlverişli ortam yaratmış oldu. Qubadlının azad olunması və Laçın rayonunun güneyinə çıxış, Laçın dəhlizinə nəzarətin təmin edilməsi “Dəmir Yumruğ”un şanlı tarixcəsində özünəməxsus yerə, rola malikdir.
Şuşa əməliyyatı isə müharibənin tacı olub, dünya hərb literaturanıda öz yerini almışdır. Şuşa əməliyyatı əsl hərbi ustalıq, qəhrəmanlıq örnəyi, düşmənin son müqavimətinin sındırılması və onun təslim olması aktı idi!
“Dəmir Yumruq” öz yerində, (yuxarıda da vurğuladığımız kimi) bir də informasiya cəbhəsi vardı. – Azərbaycan informasiya sahəsində də üstünlük qazandı və bu üstünlüyün qazanılmasında şəxsən Prezident İlham Əliyevin özünün çox müstəsna rolu oldu. Prezidenin hələ müharibədən öncəki dövrdə müxtəlif yüksək beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa etməsi, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırması unudulmamalıdır. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla debatlarda Azərbaycanın mövqeyini dəmir məntiqlə çatdırması “Dəmir Yumruğ”a gələn yol idi... Prezident Əliyev debatlarda çağdaş diplomatiyanın ən bariz örnəyini təqdim edərkən, erməni baş nazir bunun qarşılığında özünü itirir, olduqca zəif qalır, ciddi siyasi yanlışlıqlara yol verir və siyasi-diplomatik cəhətdən iflas edirdi.
 
Azərbaycan Prezidenti 44 gün içində müharibəni işıqlandırmaqda maraqlı olan nüfuzlu dünya media orqanları vasitəsilə tarixi həqiqətlərimizi təkzibedilməz süburtlarla, danılmaz faktlar əsasında dünya ictimaiyyətinə çatdırdı. Dünyanın aparıcı media orqanlarına 30-a yaxın müsahibəsində İlham Əliyev əsl diplomatiya, natiqlik, dəmir məntiq nümayiş etdirdi; bu müsahibələr Azərbaycan Prezidentinin dünya mediasına, özəlliklə qərəzli, “prokurorvari suallarla silahlanmış” media orqanlarına “master klass”ı kimi yadda qaldı. Prezident İlham Əliyevin məşhur müsahibələri Ermənistanın onilliklərlə beynəlxalq ictimaiyyəti zəhərləyən təbliğatını darmadağın etdi, müharibənin tarixi, gedişatı haqqında həqiqətləri çatdırdı – kimin işğalçı, kimin isə işğala məruz qalan tərəf olduğunu sübutlarla, faktlarla göstərdi. İllər öncə Ümummilli lider Heydər Əliyevin xarici səfərlərdə bir ustad müəllim kimi xəritə önünə keçərək, çubuqla “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin coğrafiyasını necə izah etdiyini xatırlayıram. İlham Əliyev informasiya savaşında, təbliğatda, diplomatiyada Heydər Əliyev məktəbinin ənənələrini ən uğurlu şəkildə davam və inkişaf etdirdi.
 
Erməni təbliğatının Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırması – “ermənilərin Azərbaycanda yaşaya bilməsi mümkün deyil” ideyasının təlqin edilməsi də Prezidentin güclü arqumentləri ilə ifşa olundu. ABŞ-ın, Almaniyanın, Fransanın (ümumən Qərbin) bir çox mediası və təşkilatının erməni lobbisinin təsiri altında olması bəlliydi. Onların Azərbaycana qarşı ədalətsiz və qərəzli kampaniyanın fəal iştirakçılarına çevrilməsi fonunda Prezident Əliyevin müsahibələri qalıcı təsirlər yaratdı.
“Nasionalnaya oborona”ya verilən geniş müsahibənin də həqiqətlərimizin tirajlanmasına, etibarlı mənbə rolu daşıyacağına, öz təsirləri ilə gələcəkdə də seçiləcəyinə şübhə yoxdur.
DÖVLƏTİMİZ VAR OLSUN!
 
Oxşar xəbərlər
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Mağazalardan 200-ə yaxın kəsici-deşici alət götürüldü
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:49, Bu gün
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirildi - YENİLƏNİB + FOTO
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
13:02, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
12:05, Bu gün
Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul etdi - FOTO
12:00, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə iştirak etdi - YENİLƏNİR + FOTO/VİDEO
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
11:20, Bu gün
STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib - FOTO
11:14, Bu gün
BDU tələbəsi faciəvi şəkildə öldü
11:05, Bu gün
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
11:00, Bu gün
Prezident: “İmkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
10:52, Bu gün
BDU-da Karyera Festivalı davam edir
10:49, Bu gün
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
10:45, Bu gün
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
10:40, Bu gün
Çempionlar Liqasında yarımfinal həyəcanı: “Dortmund” - PSJ dueli
10:36, Bu gün
Qazaxda gənc qız 15 gündür itkin düşüb
10:34, Bu gün
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
10:32, Bu gün
Rövşən Rzayev vəfat etdi -FOTO
10:22, Bu gün
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
10:18, Bu gün
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO
10:05, Bu gün
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
09:55, Bu gün
Vəkillər Kollegiyası Gədəbəydə pulsuz hüquqi dəstək göstərəcək
09:29, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
09:21, Bu gün
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
09:12, Bu gün
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
09:08, Bu gün
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
08:59, Bu gün
Azərbaycanda bu qadağa qüvvəyə minir
08:59, Bu gün
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
08:50, Bu gün
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
07:47, Bu gün
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
07:46, Bu gün
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
07:25, Bu gün
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
07:13, Bu gün
İbtidai siniflər üçün yaz tətili başlayıb
07:00, Bu gün
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
06:55, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
06:37, Bu gün
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
06:16, Bu gün
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
GÜNLÜK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:10
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:10
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT!