Abşeron rayonunda qadın sahibsiz itlərin hücumuna məruz qalıb.
Hadisə Xırdalan şəhərində baş verib.
Məlumata görə, bu gün səhər saatlarında şəhərin Ənnağı Bünyadov küçəsində bir neçə sahibsiz it qadına hücum edib. Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
***
1965-ci il təvəllüdlü şəxs (qadın) mayın 5-də saat 07:10 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, baldır nahiyəsinin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd edilib.