Əməkdar artistin ifasına hönkür-hönkür AĞLADI - VİDEO
138
15:05, Bu gün

Əməkdar artistin ifasına hönkür-hönkür AĞLADI - VİDEO

Müğənni Sahib İbrahimov "Günə Uğurla" verilişində duyğusal anlar yaşayıb.

Veriliş zamanı sənətçinin həmkarı, əməkdar artist Ehtiram Hüseynov tərəfindən səsləndirilən ifa studiyada emosional atmosfer yaradıb. Canlı yayımda səslənən musiqi parçası Sahib İbrahimovu kövrəldib və o, göz yaşlarını saxlaya bilməyib.

Kadrlar zamanı müğənninin ifa boyunca kövrəldiyi, daha sonra isə hisslərinə hakim ola bilməyərək hönkür-hönkür ağladığı görünür. Verilişin həmin anları sosial şəbəkələrdə də yayılaraq izləyicilər arasında geniş müzakirəyə səbəb olub.

İzləyicilər bu səhnəni sənətçilər arasında dostluq və musiqinin yaratdığı emosional bağın göstəricisi kimi qiymətləndiriblər. /Milli.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər