Bizi sosial şəbəkələrdən izləyin:
Kürdəmirdə ölümlə nəticələnən yanğın baş verib.
Moderator.az “Xəzərxəbər”ə istinadən xəbər verir ki, rayonun Yenikənd kəndində sahəsi 150 kv metr olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Yanğın zamanı evdə yatan Fikrət Eminov yanaraq dünyasını dəyişib.
Hadisə yerinə FHN-in Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası cəlb olunub, yanğın söndürülüb. Eyni zamanda əraziyə rayonun hüquq-mühafizə orqanı əməkdaşları da gəlib və mərhumun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, yanaraq ölən 57 yaşlı Fikrət Eminov bir müddət öncə Rusiyadan ata evinə qayıdıbmış. O evdə tək yaşayırmış.