ABŞ-İran böhranında yeni mərhələ: Moskva oyuna daxil olur - VİDEO
319
08:10, Bu gün

ABŞ-İran böhranında yeni mərhələ: Moskva oyuna daxil olur - VİDEO

Vaşinqton-Tehran gərginliyinin fonunda İranın xarici işlər naziri Abbas Əraqçı Pakistan və Omana kritik səfərlər həyata keçirib. Hazırda isə diplomat Rusiyadadır.
 
Naziri ölkə Prezidenti Vladimir Putin qəbul edib. Görüşdə Yaxın Şərqdəki münaqişənin nizamlanması məsələlərinin müzakirəsi planlaşdırılır.
 
Siyasi şərhçi Məhəmməd Əsədullazadə mövzunu Baku TV-yə belə şərh edib: "Xüsusilə, Rusiya səfərində əsas məqsəd Amerika Birləşmiş Ştatları və İranın bir-birinə son təkliflər paketini müzakirə etməkdir. İranın müəyyən təklifləri var ki, bunları Rusiya ilə də müzakirə edir. Nəzərə alaq ki, Rusiya və Amerika Birləşmiş Ştatları da məhz İran məsələsi ilə bağlı müəyyən danışıqlar aparırlar".

Xatırladaq ki, İran ABŞ-yə müharibənin dayandırılması üçün üç təklif irəli sürüb. İddialara görə, bu təkliflər Hörmüzdə Amerika blokadasının ləğvini, Livana qarşı hərbi əməliyyatlara yenidən başlanmayacağına dair zəmanətlərin alınmasını, nüvə proqramı məsələsinin yalnız son mərhələdə və yalnız əvvəlki iki mərhələdə razılaşma əldə olunarsa, danışıqlar gündəliyinə daxil edilməsini irəli sürüb.

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər