İranın
247
08:09, Bu gün

İranın "badına" gedən ölkəni nələr gözləyir? - VİDEO

ABŞ Bağdada iranyönümlü silahlıları ləğv etməsi üçün pul göndərilməsini dayandırıb. Hətta Bağdadla təhlükəsizlik əməkdaşlığı proqramlarını dondurub.
 
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, "The Wall Street Journal"ın mənbələrə istinadən məlumatına görə, ABŞ Maliyyə Nazirliyi İraqın neft satışından əldə edilən gəlirlərindən təxminən 500 milyon dolların köçürülməsini də bloklayıb.
 
Bununla da ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının başlanmasından bəri artıq ikinci dəfədir ki, Bağdada pul göndərilməsi dayandırılır. Deməli, vəziyyət ciddiləşir.
 
İraqda nə düşünürlər? Məsələni necə həll edəcəklər? Həm İranın, həm də ABŞ-nin qəzəbinə tuş gəlmədən necə hərəkət edəcəklər? Çünki ölkənin neftinin pulu bloklanır. Əlavə edilir ki, razılaşmalı olduğumuz reallıqlar da var. Həmin bu reallıqlar İraq ərazisindəki İranın, ABŞ-nin dəstəklədiyi, silahlı qruplardır və ya xalqlardır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər