İran NATO-da parçalanma yaradır? - Avropanın Hörmüz boğazı ilə bağlı planı - VİDEO
273
08:22, Bu gün

İran NATO-da parçalanma yaradır? - Avropanın Hörmüz boğazı ilə bağlı planı - VİDEO

"The Wall Street Journal" qəzetinin məlumatına görə, Avropa ölkələri NATO-nun ABŞ-nin iştirakı olmadan fəaliyyət göstərməsi üçün xüsusi planlar üzərində işləyir.
 
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bəhs edilir.
 
İddia edilir ki, avropalı rəsmilər "Avropa NATO-su" yaratmaq imkanlarını nəzərdən keçirirlər. Məsələnin digər mühüm tərəfi isə Avropanın ABŞ-dən asılı olmadan Hörmüz boğazına nəzarət etmək planı hazırlamasıdır.
 
Nəşr Avropa planının üç əsas məqsədini vurğulayır: boğazdan keçən logistika yollarının bərpası, minatəmizləmə əməliyyatlarının aparılması və kommersiya gəmiləri üçün hərbi müşayiətin təmin edilməsi.
 
Hətta qeyd olunur ki, əvvəllər Yaxın Şərqdə hərbi iştiraka şübhə ilə yanaşan Almaniya da Böyük Britaniya və Fransanın irəli sürdüyü proqrama qoşulacaq. İndi bu məsələlərin cəmi odur ki, istənilən halda Avropa Amerika Birləşmiş Ştatları olmadan hərəkət etmək istəyir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər