Şirvanda evdən 15 000 manat oğurlandı
Kriminal
226
11:15, Bu gün

Şirvanda evdən 15 000 manat oğurlandı

Şirvanda evdən 15000 manat oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Emin Abbasov və Ağa Dəmirov saxlanılıblar. Onlar qeyd edilən mənzildən 15000 manat nağd pul vəsaiti oğurlayıblar.
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər