Pentaqondan onlarla UNO videosunun yayımlanmasını tələb etdilər
Dünya
217
11:29, Bu gün

Pentaqondan onlarla UNO videosunun yayımlanmasını tələb etdilər

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Pentaqonu hərbi bazaların yaxınlığında ehtimal olunan yadplanetli fəaliyyəti və uçan naməlum obyektlər (UNO) barədə həqiqətləri ört-basdır etməkdə təqsirləndirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
 
Parlamentarinin sözlərinə görə, hərbi idarə aprelin 14-dək UNO-ların əks olunduğu 50-yə yaxın videonu ictimaiyyətə təqdim etməli idi. O vurğulayıb ki, ayın əvvəlində qurumun rəhbəri Pit Heqsetə sözügedən kadrların yayımlanması üçün birbaşa göstəriş verib. Lakin Pentaqon bu tələbə məhəl qoymayıb.
 
"Görünür, kimsə məktubu aidiyyəti orqana sadəcə olaraq çatdırmayıb", - deyə Luna qeyd edib.
 
O, ABŞ prezidentinin məxfi materialların dərc olunmasına icazə verdiyini, lakin hərbi idarənin buna heç bir reaksiya vermədiyini diqqətə çatdırıb.
 
Məqalədə bildirilir ki, Pentaqonun arxivindəki onlarla video UNO tədqiqatçıları və yadplanetlilərlə əlaqə nəzəriyyəsini dəstəkləyənlər üçün "müqəddəs Qraal" hesab olunur. Həmin kadrlarda Şərqi Çin və Əfqanıstan dənizlərinin, eləcə də Fars körfəzi akvatoriyalarının üzərində səmada çox sayda naməlum uçan obyektin qeydə alındığı hesab edilir.
 
Luna amerikalıların hərbi idarədən UNO-larla bağlı məlumatların məxfiliyinin ləğv edilməsini istədiklərini vurğulayıb. O, həmçinin əlavə edib ki, Pentaqonla Konqres arasında şəffaflığın olmaması səbəbindən ölkənin milli təhlükəsizliyi təhdid altındadır. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər