Şou-biznes
227
10:58, Bu gün

"Müəllim indi bunu etsə, məsuliyyətə cəlb olunar"

"Cavanlar dəyişiblər, bir söz deyən kimi inciyirlər. Küsürlər, qapını çırpırlar. Məktəbə, teatra gəlmisinizsə, müəllim sizə söz deyirsə, bu sizin yaxşılığınız üçündür. Burada inciməli bir şey yoxdur".
 
Bu sözləri Əməkdar artist Ədalət Şükürov “Gün ortası” verilişində deyib. O, daha sonra müəllimlərin əvvəlki dövrlərdə şagirdlərə yanaşmasından da bəhs edib:
 
"Yada salaq ki, bizim müəllimlərimiz necə olub. Deyirdilər ki, uzaqdan müəllim gəlir, biz də özümüzü yığışdırırdıq. Daha sonra dərsdə elə şeylər edirdi ki, müəllim bunu indi tətbiq etsə, məsuliyyətə cəlb olunarlar. Xətkeşlə əlimizin üstündən vururdular. Məktəbi bitirəndən sonra isə gəlib deyirdik ki, çox sağ olun, bizi az vurmusunuz". (axsam.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər