Eyyub Hüseynzadə dördüncü dəfə Özcan Denizi Bakıya gətirdi - FOTO
Şou-biznes
215
15:31, Bu gün

Eyyub Hüseynzadə dördüncü dəfə Özcan Denizi Bakıya gətirdi - FOTO

Tanınmış təşkilatçı Eyyub Hüseynzadə növbəti uğurlu layihəsini həyata keçirib. Onun təşkilatçılığı ilə məşhur türk müğənni və aktyor Özcan Deniz Bakıya səfər edib.
 
Moderator.az xəbər verir ki, bu, Eyyub Hüseynzadənin Özcan Deniz ilə sayca dördüncü əməkdaşlığıdır. Daha əvvəl də təşkilatçının dəvəti ilə Bakıda konsert proqramları ilə çıxış edən sənətçi bu dəfə də paytaxtda böyük maraqla qarşılanıb. Müğənninin səfəri musiqisevərlər arasında xüsusi diqqət çəkib və onun canlı ifalarını izləmək üçün minlərlə tamaşaçı toplanıb.
 
Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edən sənətçi gecə boyunca həm köhnə, həm də yeni repertuarından mahnılar təqdim edərək pərəstişkarlarına unudulmaz anlar yaşadıb. Konsert zamanı sənətçi tamaşaçılarla səmimi ünsiyyət qurub, Bakıdakı sevgi və dəstəyə görə minnətdarlığını ifadə edib.
 
Zalın tam dolu olması müğənniyə olan sevginin və marağın göstəricisi kimi dəyərləndirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər