Bizi sosial şəbəkələrdən izləyin:
Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb.
Moderator.az xəbər verir ki, bununla bağlı Milli Məclisinin sədri Sahibə Qafarova 82 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2026-cı il iyunun 1-dən Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, növbədənkənar sessiya – Milli Məclisin yaz və payız sessiyaları arasındakı tətil dövründə xüsusi rejimdə fəaliyyətə çağırılmasıdır. Bu mexanizm dövlət əhəmiyyətli təxirəsalınmaz məsələlərin operativ həlli üçün istifadə olunur. Konstitusiyaya əsasən, növbədənkənar sessiya yalnız Prezidentin və ya Milli Məclisin 42 deputatının tələbi ilə çağırıla bilər.