Bu gün biz Şərq ilə Qərbin kəsişməsində, Xəzər dənizinin sahilində bir araya gəlmişik. Ümumdünya Şəhərsalma Forumu çərçivəsində qlobal və çoxtərəfli tərəfdaşlığı gücləndirmək üçün toplanmışıq. Bura bəşəriyyət üçün şəhərsalmanın gələcəyini quracağımız strateji bir məkandır.
Moderator.az xəbər verir ki, bunu Mexiko şəhərinin hökumət başçısı Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən assambleyaların birgə açılış sessiyasında deyib.
O bildirib ki, bizim yerli hökumətlər tərəfindən təşviq edilən açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var. Bu fəaliyyətlər şəhərlərin sosial-iqtisadi inkişafını və ekoloji transformasiyasını təmin etməlidir.
Klara Bruqada qeyd edib ki, hazırda əsas mesajımız yerli hökumətlərin və bələdiyyələrin rəhbərliyi ilə qlobal bir hərəkət başlatmaq və problemlərə yerli perspektivdən yanaşmaqdır. Böyük şəhərlərin və yerli icmaların maraqlarını maksimum təmsil edərək, praqmatik və təxirəsalınmaz məsələləri, o cümlədən maliyyələşmə problemlərini birlikdə həll etməliyik.