Avropa təsisatlarının Azərbaycana qarşı qərəzli mövqeyi tənqid edildi
Siyasət
79
11:04, Bu gün

Avropa təsisatlarının Azərbaycana qarşı qərəzli mövqeyi tənqid edildi

Azərbaycana qarşı qərəzli kampaniyalara qarşı bütün Türk dünyası vahid platformadan çıxış etməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri professor Aygün Attar bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda bildirib.
 
Müasir dünyada beynəlxalq hüququn xaotik şəkildə transformasiyaya məruz qaldığını və insan haqları adı altında fəaliyyət göstərən qurumların ikili standartlar nümayiş etdirdiyini deyən A. Attar Avropa təsisatlarının Azərbaycana qarşı qərəzli mövqeyini tənqid edib:
 
"Mən məcburi köçkün qoyulmuş bir ailənin övladı olaraq bunu söyləyirəm. Əgər beynəlxalq hüquq həqiqətən təcəlli etsəydi, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə bir dənə də olsun ədalətli qərar çıxarmayan Avropa bu gün ölkəmizə qarşı 14 qərəzli qərar qəbul etməzdi. Bu qərəzli kampaniyalara qarşı təkcə biz yox, bütün Türk coğrafiyası birlikdə hərəkət etməlidir”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər