Azərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət
206
17:00, Bu gün

Azərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı şəhərində Azərbaycan və Finlandiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Finlandiya nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Avro-Atlantik departamentinin baş direktoru Sari Rautio rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb.

Daha sonra, iqtisadi, humanitar və təhsil sahələrində, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Həmçinin regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər