Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi - FOTO
Siyasət
183
17:35, Bu gün

Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi - FOTO

Mayın 6-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclası açan komitə sədri diqqətə çatdırıb ki, bir neçə gün sonra müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunacaq.

İclasda Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Siyavuş Novruzov gündəliyə “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsinin daxil edildiyini bildirib. Qeyd olunub ki, layihədə Quba rayonunun inzibati ərazisinə daxil olan Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının yerli sakinlərin müraciətləri və Toponimiya Komissiyasının rəyi nəzərə alınmaqla müvafiq olaraq “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif edilir.

Sənədin müzakirəsində deputatlar Vasif Qafarov, Əlibala Məhərrəmzadə, Elman Məmmədov,   Elşən Musayev, Aydın Mirzəzadə, həmçinin Quba bələdiyyəsinin sədri Allahverdi Xudaverdiyev, Timiryazev və Alekseyevka bələdiyyəsinin sədri Elçin Manafov çıxış edərək fikirlərini bildiriblər.

Müzakirənin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

İclasda  deputatlar Kamran Bayramov, Arzuxan Əli-zadə, Xanlar Fətiyev, Quba rayonunun Vladimirovka, Ağbil və Aşağı Atuc bələdiyyəsinin sədri Varlıq Şıxbalayev və digər şəxslər  iştirak ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər