20:03
11°C
Bakı
Türkiyə və Ermənistan tarixi Ani körpüsünün bərpasını müştərək şəkildə həyata keçirəcəklər.
Moderator.az xəbər verir ki, bu barədə Yerevanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz öz şəxsi "X" hesabında paylaşıb.
C.Yılmaz qeyd olunan məsələyə dair Ermənistan tərəfi ilə rəsmi razılaşmanın bağlandığını bildirib. Türkiyə mətbuatında yer alan məlumatlara əsasən, sənədə Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç və Ermənistanın Türkiyə ilə normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan imza atıblar.