Dünya liderlərindən Azərbaycanla Ermənistan arasındakı sülhə dəstək mesajları
Siyasət
256
15:54, Bu gün

Dünya liderlərindən Azərbaycanla Ermənistan arasındakı sülhə dəstək mesajları

İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı çərçivəsində bir sıra dünya liderləri Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dəstək mesajları veriblər.
 
Moderator.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, tədbir çərçivəsində Kanada, Ukrayna və Avropa İttifaqı Şurasının liderləri sülh prosesi barədə fikirlər səsləndiriblər.
 
Tədbirdə çıxış edən Kanadanın Baş naziri Mark Karni bildirib:
 
"Azərbaycan və Ermənistan arasında sülh yolunda əldə edilən irəliləyişi, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirakını (video bağlantı vasitəsilə - red.) alqışlayıram".
 
Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta isə bu fikirləri səsləndirib:
 
"Avropa Siyasi Birliyinin bu sammiti tarixi əhəmiyyət kəsb edir, çünki bu, Azərbaycan və Ermənistan arasındakı razılaşma sayəsində, mümkün olub. Bu razılaşma sayəsində həmçinin Ermənistan və Türkiyə arasındakı münasibətlər də yaxşılaşıb və regionu dəyişiklik yoluna çıxarıb", - deyə o bildirib.
 
Ermənistan və Azərbaycan arasındakı sülh razılaşmasından danışan Antoniu Koşta bildirib ki, bu razılaşma eskalasiya və müharibənin hökm sürdüyü bir dünyada bayram edilməli olan sülh hekayəsidir.
 
Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenski sammitdə çıxışında hər iki ölkəyə sülh arzulayıb:
 
"Biz Azərbaycan və Ermənistana davamlı, hərtərəfli və uzunmüddətli olacaq sülh arzulayırıq. Cənab baş nazir və Prezident İlham Əliyev, biz sizə sülh arzulayırıq. Bunu hər iki ölkəyə arzulayırıq".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər