İlham Əliyev:
Siyasət
196
13:00, Bu gün

İlham Əliyev: "Azərbaycan Ermənistana 12 min ton neft məhsulları göndərib"

"Azərbaycan artıq Ermənistana 12 min ton neft məhsulları ixrac edib".
 
Moderator.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.
 
"Biz Ermənistana neft məhsullarımızı, benzin və dizel yanacağını tədarük etməyə başladıq və bununla da ticarət münasibətlərinin əsasını qoyduq. İndiyədək Ermənistana 12 min ton neft məhsulları ixrac etmişik", - İ.Əliyev bildirib. Prezidentin sözlərinə görə, Azərbaycan həmçinin öz ərazisi vasitəsilə 28 min ton yükün Ermənistana tranzitini təmin edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər