Məzahir Pənahov yenidən MSK sədri seçilib - YENİLƏNİB
Siyasət
284
16:25, Bu gün

Məzahir Pənahov yenidən MSK sədri seçilib - YENİLƏNİB

Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib.

Moderator.az xəbər verir ki, onun namizədliyi bu gün keçirilən iclasda irəli sürülüb.

Təklif səsə qoyularaq qəbul olunub.

Xatırladaq ki, Məzahir Pənahov 2000-ci ildən etibarən MSK-nın sədri vəzifəsini icra edir

Rövzət Qasımov isə Mərkəzi Seçki Komissiyasının (MSK) yeni sədri müavini seçilib. Onun da namizədliyi bu gün keçirilən iclasda irəli sürülüb. Komissiyanın sədr müavinin seçilməsi barədə qərar səsverməyə qoyularaq, MSK üzvləri tərəfindən qəbul edilib.

Mikayıl Rəhimov və Arifə Muxtarova isə Mərkəzi Seçki Komissiyasının (MSK) yeni katibləri seçiliblər.

Onların da namizədliyi bu gün keçirilən iclasda irəli sürülüb və səsverməyə qoyularaq, qəbul edilib.

16:20

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.

Moderator.az xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılır.

İclas zamanı komissiyanın sədri, sədr müavini və katibi seçiləcək. İclasda Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edir.

Qeyd edək ki, əvvəlki tərkibdə MSK-nın sədri Məzahir Pənahov, sədrin müavini Rövzət Qasımov, katibləri isə Mikayıl Rəhimov və Arifə Muxtarova idi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər