Əli Əsədov:
Siyasət
255
12:39, Bu gün

Əli Əsədov: "Azərbaycan Xəzərin dayazlaşmasına qarşı birgə mübarizəyə çağırır"

"Xəzər dənizinin sürətlə dayazlaşması fonunda Azərbaycan Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsinə çağırır".
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada keçirilən RES2026 regional ekoloji sammitində çıxışı zamanı bəyan edib.
 
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin düşməsi region üçün ən kəskin problemlərdən biri olaraq qalır:
 
"Bakı Xəzəryanı ölkələr arasında bu çağırışa effektiv müqavimət göstərmək üçün əməkdaşlığın gücləndirilməsini ardıcıl olaraq dəstəkləyir".
 
Ə.Əsədov xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə artıq Qazaxıstan, Rusiya və Türkmənistanla Xəzərin dayazlaşmasının səbəblərinin öyrənilməsi və müvafiq cavab tədbirlərinin hazırlanması üçün ikitərəfli işçi qrupları yaradılıb:
 
"Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi əhəmiyyətli təsir göstərir. Azərbaycanda iqlim dəyişikliklərinin dənizin ekosisteminə mənfi təsirinin minimuma endirilməsi üçün ardıcıl tədbirlər görülür".
 
Baş nazir əlavə edib ki, ölkə bu vəzifələrin həllinə sistemli yanaşır, iqtisadi inkişafı ekoloji məqsədlərlə uzlaşdıraraq, "yaşıl" enerjiyə keçidə və bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir.
 
Ə.Əsədovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonalarının" yaradılmasına da xüsusi diqqət yetirilir, burada hidroenergetika sahəsində layihələr fəal şəkildə həyata keçirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər