Belçika Ermənistan və Azərbaycan arasında sülhün tezliklə imzalanacağına ümid edir
Siyasət
198
20 Apr 2026 | 23:57

Belçika Ermənistan və Azərbaycan arasında sülhün tezliklə imzalanacağına ümid edir

Belçika Baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevost Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.

Moderator.az-ın məlumatına görə, bu barədə o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığından sonra "X" səhifəsində bildirib.

"Ermənistan və Azərbaycanın sülh prosesində davamlı iştirakını alqışlayıram və sülh müqaviləsinin tezliklə imzalanmasına ümid edirəm".

Tərəflər həmçinin Belçika və Ermənistan arasında ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını, eləcə də Aİ ilə Ermənistan arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, onlar regiondakı mövcud inkişaflar barədə fikir mübadiləsi aparıblar.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər