01:01
11°C
Bakı
"ABŞ İranın kapitulyasiyasına nail olmağa çalışır, lakin iranlılarla güc dilində danışmaq olmaz".
Moderator.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsində yazıb.
"İranda hələ də ABŞ hökumətinin hərəkətlərinə qarşı dərin tarixi inamsızlıq mövcuddur, amerikalı rəsmilərin qeyri-konstruktiv və ziddiyyətli siqnalları isə acı mesaj verir: onlar İranın kapitulyasiyasına nail olmaq istəyirlər. İranlılar gücə tabe olmurlar", - deyə o vurğulayıb.
İran prezidenti qeyd edib ki, öhdəliklərə əməl olunması məzmunlu dialoqun əsasını təşkil edir.
