Madyar dövlət qurumlarının rəhbərlərinə ultimatum verib
Dünya
207
20 Apr 2026 | 23:35

Madyar dövlət qurumlarının rəhbərlərinə ultimatum verib

Macarıstanda hakimiyyətə gələn “Tisa” partiyasının lideri Peter Madyar əvvəlki hökumət dövründə vəzifəyə təyin olunmuş dövlət qurumlarının rəhbərlərinə istefa üçün son tarix müəyyən edib.

Moderator.az xəbər verir ki, Madyar bu barədə mətbuat konfransında danışıb.

O bildirib ki, bu şəxslər 31 may tarixinədək könüllü şəkildə vəzifələrini tərk etməlidirlər.

Madyar qeyd edib ki, həmin kadrlar Viktor Orbanın siyasi komandasıdır və onların vəzifədə qalması üçün mənəvi əsas yoxdur.

O əlavə edib ki, əgər bu tarixədək istefa verilməzsə, yeni hökumət qanuni mexanizmlərdən istifadə edərək onları vəzifədən uzaqlaşdıracaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər