Azərbaycanla Ruanda arasında çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO
Siyasət
294
14:00, Bu gün

Azərbaycanla Ruanda arasında çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivier Jean Patrick Nduhungirehe ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən görüş zamanı iki ölkə arasında ikitərəfli, həmçinin çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Coğrafi məsafəyə baxmayaraq, ölkələr arasında əməkdaşlığın inkişafının gündəmdə olduğu qeyd edilib və bu istiqamətdə siyasi məsləhətləşmə mexanizminin prosesə müsbət töhfə verdiyinə dair inam ifadə olunub.

Azərbaycanla Ruanda arasında çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər