Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı sammitində iştirak edir
1706
09 Nov 2023 | 10:32

Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı sammitində iştirak edir

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 16-cı sammitində iştirak edir.

Tədbirə, həmçinin İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçıları da qatılıblar.

Qeyd edək ki, tədbirin keçirilməsi barədə razılıq İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin XİN başçıları Şurasının oktyabrın 10-da Şuşa şəhərində keçirilmiş 27-ci iclasında əldə olunub.

Link kopyalandı!
Son xəbərlər