Serbiyanın hakim partiyasının yeni sədri məlum olub - YENİLƏNİB
3439
27 May 2023 | 18:10

Serbiyanın hakim partiyasının yeni sədri məlum olub - YENİLƏNİB

Serbiya Baş nazirinin müavini, müdafiə naziri Milon Vuçeviç Serb Tərəqqi Partiyasının (STP) rəhbəri vəzifəsinə seçilib.

Bu barədə partiyanın iclasının qapalı hissəsi yekunlaşdıqdan sonra Vuçeviçin özü bildirib.

“Namizədliyimi irəli sürdüklərinə və STP-nin sədri seçdiklərinə görə bütün nümayəndələrə təşəkkür etmək istərdim. Söz xətrinə yox, həqiqətən ürəkdən STP-nin keçmiş sədri Aleksandr Vuçiçə (ölkə prezidenti – red.) 11 il partiyamıza parlaq rəhbərlik etdiyinə görə böyük təşəkkürümü bildirmək istəyirəm”, - o deyib

15:11

Serbiya Prezidenti Aleksandr Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verib.

Bu barədə xarici KİV məlumat yayıb.

Onun istefasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, A.Vuçiç 2012-ci il sentyabrın 29-da partiyanın sədri seçilib.

Link kopyalandı!
Son xəbərlər