\"Əgər “F-16”-lar Azərbaycandadırsa, bu, üstünlüyü təmin etmək üçün yetərlidir\" -VİDEO
Oxunub: 4143
05 Dec 2020 | 00:00
\
Dağlıq Qarabağla bağlı danışıqlar vəziyyətin tam hüquqlu həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməlidir.

ATƏT-in fəaliyyətdə olan sədri, Baş nazir, Albaniyanın Avropa və Xarici İşlər Naziri Edi Rama belə deyib. ATƏT-in Xarici İşlər nazirlərinin 27-ci iclasında çıxış edən Edi Ramapa hərbi əməliyyatların dayanmasından razı qaldığını deyərək öhdəlikləri yerinə yetirməyin vaxtının çatdığını bildirib.

“ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar prosesini bərpa etmək təşəbbüslərinə tam dəstəyimi bildirirəm. Substantiv danışıqlar davam etməlidir”, - deyə Rama qeyd edib. Ancaq münaqişənin həllinin yekun mərhələyə daxil olduğu və Ermənistanın öz qoşunlarını işğal etdiyi əırazilərdən çıxartmasından sonra Minsk qrupu artıq öz funksiyasını itirmiş bir formata çevrilib.

Çünki ərazilərin azad edilməsi və kapitulyasiya sazişi Minsk Qrupunun heç bir iştirakı olmadan baş verib. Məsələnin diplomatik müstəvidə tənzimlənməsi isə Rusiya-Türkiyə formatı çərçivəsində həyata keçirilir. Eyni zamanda, Fransa Milli Assambleyasının Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyini tanıması barədə növbəti qərarı Minsk Qrupuna etimadsızlığı artırır.

Ona görə də yaranmış vəziyyət Azərbaycanın adıçəkilən qurumun vasitəçiliyindən imtina etməsi üçün ciddi siyasi və hüquqi arqumentlər yaradır.

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının öz aktuallığını itirdiyini deyib:

“Münaqişə Azərbaycanın ərazisində baş verdiyinə görə nizamlanma prosesinə vasitəçilik etmək üçün vaxtilə ATƏT-ə müraciət etmişik. Ancaq indi kiminsə köməyinə ehtiyac yoxdur. Danışıqlarda hansısa məsələlər qalıbsa, onun formatı Rusiya və Türkiyənin timsalında artıq mövcuddur. Bu da kifayətdir. Hesab edirəm ki, Minsk qrupunun gələcək fəaliyyəti Azərbaycandan asılı olan məsələdir. Əgər bu, bizə lazım deyilsə, Azərbaycan ATƏT-ə nota göndərərək təşəkkür edə bilər və bəyan edər ki, artıq bu vasitəçi formata ehtiyac yoxdur”.

Tofiq Zülfüqarov qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb. Məsələnin siyasi müstəvidə həlli isə Rusiya-Türkiyə formatında baş verəcək:

“Bu prosesin məqsədi beynəlxalq müşahidəçilərin yerləşdiyi ərazilərdə Azərbaycan Respublikasının suverenliyini təmin etməkdir. Bu prosesin bərpası da Azərbaycan-Türkiyə-Rusiya format çərçivəsində olacaq”.

“Həmin prosesi həyata keçirməyin mexanizmi necə olacaq?” sualına cavabında sabiq diplomat qeyd edib, bu, Bakıda aparılacaq üçtərəfli danışıqlar səviyyəsində müəyyənləşəcək.

Fransa Milli Assambleyasının qərarına münasibət bildirən sabiq nazirin fikrincə, rəsmi Paris Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə yarada bilməz:

“Məsələyə real vəziyyətdən baxmaq lazımdır. Azərbaycan həm Ermənistanla, həm də İranla sərhəddə nəzarəti təmin edə bilib. Bu baxımdan, vəziyyət tam dəyişib. Belə olan halda hansısa ölkənin tövsiyə xarakterli qərarı heç nəyi dəyişmir. Azərbaycan da analoji qaydada Korsikanı müstəqil dövlət kimi tanıdığına dair bəyanat verə bilər. Yəni onun həyata keçirilməsi mexanizmi yoxdur. Artıq Qərbdə, Şərqdə kimin nə deyəcəyini gözləmək stereotipləri aradan qalxıb. Azərbaycan əsgəri bir çox ərazilərdə dövlətimizin suverenliyini təmin edib. Kiçik bir ərazi qalıb ki, orada da işləri həyata keçirmək üçün əsas kömək Rusiya və Türkiyədən olacaq. Amma buna Fransanın qoşula biləcəyini düşünmürəm”.

Tofiq Zülfüqarovun sözlərinə görə, hazırda Xankəndidə fəaliyyətini davam etdirən cinayətkar rejimin də mövcudluğuna tezliklə son qoyulacaq:

“Araik Arutunyanın zərbə almasından cəmi bir ay keçib. Azərbaycan bu məsələləri yoluna qoyacaq. Onların əlində real geopolitik vasitələr yoxdur. Hərbi üstünlük Azərbaycanın tərəfindədir. Türkiyə ölkəmizə lazım olan dəstəyi verir. Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Gəncədədir. Məsələyə təsir edən amillər bunlardır. Əlbəttə, ermənilər istərdilər ki, başqa qüvvələri də cəlb etməklə böyük bir proses yaratsınlar, danışıqlar aparılsın. Amma buna nail ola bilməyəcəklər. Rusiyanın missiyası isə Ermənistanın bəzi ərazilərdə qalmış hərbi qüvvələrini oradan çıxartmaq və yerli qanunsuz silahlı birləşmələri tərki-silah etməkdir. Həmin silahlar da Azərbaycana təhvil verilməlidir. Azərbaycan Dağlıq Qarabağda və Laçın dəhlizində hələlik təhlükəsizliyin təmini sülhməramlı qüvvələrə həvalə edib. Araik Arutunyan kimiləri də orada olmasın. Müşahidəçi missiyanın fəaliyyəti də dronlarla ərazidəki silahlı dəstələri müəyyənləşdirib tərk-silah etmək olacaq. Bu baxımdan, vəziyyət ümidvericidir. Azərbaycanın zəfər qazanmasında Türkiyənin dəstəyi, paralel olaraq Ermənistan-Rusiya əlaqələrinin böhranlı vəziyyətə düşməsi, onun fonunda isə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etməsi mühüm rol oynadı. Biz belə faydalı siyasi trendləri inkişaf etdirməliyik. Türkiyə və Rusiya arasında əldə olunmuş razılaşmaları əsas götürməliyik. Hesab edirəm ki, əgər “F-16”-lar Azərbaycandadırsa, bu, üstünlüyü təmin etmək üçün yetərlidir. Türk əsgərinin də Azərbaycan əsgəri ilə yanaşı əli silahlı dayanmasına, yeni təmas xəttinin yaranmasına ehtiyac yoxdur. Azərbaycan ordusu lazım olan ərazilərə nəzarət edir. Türkiyənin baş verən hadisələrdə iştirakı Rusiya Federasiyası ilə razılaşmanın nəticəsi oldu ki, bu da yüksək səviyyədə qarşılıqlı əlaqənin göstəricisi və qələbəmizin əsas amillərindən biridir.

Ermənilərdən başqa, bu əməkdaşlığın əleyhdarları həmçinin bir sıra Qərb ölkələridir ki, onlar Türkiyə və Rusiyanın mövqelərindəki mövcud fikir ayrılıqlarını qəsdən şişirdərək bu əməkdaşlığı pozacaqlarına ümid edirlər. Bununla da türk hərbçilərinin təmas xəttində yerləşdirilməsi hər cür təxribatların törədilməsinə şərait yaradır. Ümumiyyətlə, Türkiyə hərbçilərinin Azərbaycan hərbçiləri ilə birlikdə münaqişənin Rusiya və Ermənistan iştirakçıları ilə üzbəüz yerləşdirilməsi fikri psixoloji baxımından qarşıdurma hissi yaradır və məhz bu konfiqurasiyaya uyğun olaraq soyuqluğun yaranmasına şərait yaradır. Bu isə bizim maraqlara cavab vermir”.
Oxşar xəbərlər
17:15, Bu gün
"Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO
17:10, Bu gün
Dövlət qurumunun iki idarəsi birləşir
17:03, Bu gün
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqladı
16:57, Bu gün
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad etdi - FOTO/VİDEO
16:50, Bu gün
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
16:44, Bu gün
Regiona düzən verən Bakı-Ankara tandemi: Kənar təsirlər necə dəf edilir? – ŞƏRH + FOTO
16:37, Bu gün
“Abzas Media” işi çərçivəsində saxlanılan üç nəfər barədə QƏRAR VERİLDİ
16:32, Bu gün
İrəvanda gərginlik artdı, şəhərə əlavə polis qüvvələri yeridildi - YENİLƏNİB + VİDEO
16:28, Bu gün
Çinli idmançı Bakıda dünya rekordunu yenilədi - VİDEO
16:22, Bu gün
“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər SAXLANILDI - VİDEO
16:19, Bu gün
Abidənin yerində anbar tikilməsinə rəsmi qurumdan AÇIQLAMA - VİDEO
16:16, Bu gün
Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK: Çox sayda maşının eyni vaxtda təkəri partladı - VİDEO
16:12, Bu gün
Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb? - TƏFƏRRÜAT
16:07, Bu gün
Təhlükə mənbəyinə çevrilən körpü - REPORTAJ
16:05, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ - FOTO
16:01, Bu gün
Zelenski Zalujnını bu ölkəyə səfir təyin etdi - YENİLƏNİB
15:58, Bu gün
Buzovna sakinləri zibil konteynerlərindən təngə gəliblər - VİDEO
15:54, Bu gün
Gədəbəydə “Yaşıl marafon" keçirilib
15:50, Bu gün
"Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir" - Rumen Radev
15:48, Bu gün
Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edildi
15:40, Bu gün
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”
15:34, Bu gün
Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi: Ön təkəri partladı - FOTO/VİDEO
15:29, Bu gün
Sülh sazişi burada imzalanacaq: Almatıda isə... - Detallar AÇIQLANDI
15:22, Bu gün
İrəvana daxil olmuş keşiş Baqratın revanşist yürüşündə cəmi 1450 nəfər iştirak edir...-FOTO
15:22, Bu gün
Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”
15:15, Bu gün
Prezidentin təltif etdiyi mədəniyyət və incəsənət xadimləri DANIŞDILAR - FOTO
15:12, Bu gün
“Yaşadığım evi ondan hədiyyə almışam” – VİDEO
15:10, Bu gün
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
15:05, Bu gün
Sabahkı Almata görüşündə Zəngəzur razılaşması olacaq?
15:00, Bu gün
“Bavariya” 12 ildən sonra ilk dəfə kuboksuz qaldı
14:55, Bu gün
ARB-nin aparıcısı övladını itirdi
14:50, Bu gün
1941-ci ildə müharibənin başlanması radio ilə elan olunur: NADİR KADRLAR - VİDEO
14:48, Bu gün
Azərbaycanda qaya uçqunu olub - FOTO
14:45, Bu gün
Slovakiya-Azərbaycan əlaqələri... -  Balanslı və müstəqil siyasətin bariz nümunəsi
14:42, Bu gün
İranda Kann festivalının iştirakçısı olan rejissor azadlıqdan məhrum edilib
14:39, Bu gün
"50-55 yaşı var efirə çıxıb ərə getməkdən danışır" - VİDEO
14:37, Bu gün
“Baxışı ilə “şeytanların içindəyəm” deyirdi” - VİDEO
14:35, Bu gün
Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək
14:30, Bu gün
Siyavuş Novruzovun jurnalistlərə ev təklifi - kim nə deyir?
14:14, Bu gün
98 yaşlı veteran: “Atam müharibədən yaralı halda qayıtdı, mən getdim” - MÜSAHİBƏ + FOTO
14:09, Bu gün
Konor Makqreqor sonuncu döyüşünə çıxa bilər
14:00, Bu gün
Bakıda “Talassemiyanı işıqlandır” aksiyası keçirildi
13:57, Bu gün
İcma: "Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür"
13:53, Bu gün
İlin sonunadək Cəbrayıla yüzlərlə ailə köçürüləcək - VİDEO
13:48, Bu gün
"Kişilər yalnız dəfn olunanda qadın bilir ki, əri hara gedib" - VİDEO
13:40, Bu gün
"Mədəniyyət və təhsil sahəsində əməkdaşlıq həm Azərbaycana, həm də Britaniyaya fayda verir" - FOTO
13:31, Bu gün
Oğuz Rayon Polis Şöbəsinə rəis müavini təyin edildi
13:25, Bu gün
Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotiklə TUTULDU
13:18, Bu gün
Ağdamda 12 yaşlı uşağı ilan sancdı - FOTO
13:13, Bu gün
Böyük güclərin ticarət yolları uğrunda savaşı qızışır - Azərbaycanın mövqeyi...
13:05, Bu gün
Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - FOTO
13:00, Bu gün
Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI
12:57, Bu gün
Baqratı İrəvana çəkən səbəblər - TƏHLİL + FOTO
12:52, Bu gün
"Biz Ukraynaya yardım göstərilməsi üzrə NATO-nun ağılsız missiyasında iştirak etməyəcəyik" - Macarıstan XİN rəhbəri
12:49, Bu gün
“Bavariya” rəsmiləri hakimin üzrünü qəbul etmədilər
12:47, Bu gün
Zeynəb Xanlarovadan danışdı, sonra hönkürərək ağladı: “Ölmədən bu arzuma çatmağa kömək etsinlər” - FOTO + ÖZƏL
12:44, Bu gün
Türkiyədə ötürücü quraşdırılan şahin Azərbaycan daxil olmaqla 34 ölkədə olub - FOTO/VİDEO
12:40, Bu gün
“Tiktokeri polisə biz şikayət etməmişik” - Aygün Bəylərin ailəsindən AÇIQLAMA + ÖZƏL
12:35, Bu gün
Leysan yağışların fəsadları: “Pomidor və gilas az olacaq, qiyməti də bahalaşacaq” - ÖZƏL + FOTO
12:32, Bu gün
KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb - FOTO
12:30, Bu gün
“Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi, 70 nəfər onun sayəsində çörək qazandı” - FOTO + ÖZƏL
12:27, Bu gün
"Əsl kişi hozu olmalıdır" - VİDEO
12:25, Bu gün
“WhatsApp”da foto və VİDEO ilə bağlı möhtəşəm YENİLİK
12:23, Bu gün
Bu qadının yerini deyənə 2000 manat veriləcək – VİDEO
12:20, Bu gün
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
12:17, Bu gün
Şirazda mağaza sahibləri açıq-saçıq geyim satışı bəhanəsi ilə həbs ediliblər - FOTO
12:15, Bu gün
“Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir” - Qafarov
12:10, Bu gün
Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - VİDEO
12:05, Bu gün
"NATO Ukraynaya qoşun göndərməkdən rəsmən imtina edəcək" - "Corriere della Sera"
12:00, Bu gün
Azərbaycanın voleybol millisi Sloveniyaya yollandı
11:55, Bu gün
DİN-in əməkdaşları ağacəkmə aksiyası keçirdi - VİDEO
11:50, Bu gün
Hitlerə qarşı döyüşən neçə azərbaycanlı SAĞDIR?
11:45, Bu gün
İlham Əliyev incəsənət xadimləri ilə bağlı sərəncam imzaladı
11:40, Bu gün
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü təyin olundu
11:38, Bu gün
Ötən gün vətəndaşlardan dörd silah götürülüb
11:35, Bu gün
"İsrail Amerika bombaları ilə Qəzzada dinc əhalini qətlə yetirib" - Bayden
11:29, Bu gün
DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO/VİDEO
11:24, Bu gün
Sumqayıtda mənzildən meyit tapılıb
11:19, Bu gün
Azərbaycanda icra başçısının müavini vəfat etdi - FOTO
11:15, Bu gün
Yaşı bir əsri haqlamış müharibə veteranı: “Atam mənə “oğlum” deyirdi” - MÜSAHİBƏ + FOTO
11:05, Bu gün
“Səfirin Parisdə və ya Bakıda olduğunu sizə deyə bilmərəm, amma o, Şuşidə deyil”
10:55, Bu gün
Bir müharibənin iki kapitulyasiya aktı – tarixi zərurət, yoxsa Stalinin kaprizi?
10:45, Bu gün
"Qlobal iqlim fəlakəti qarşısıalınmazdır, proses artıq başlayıb" - "The Guardian"
10:35, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:30, Bu gün
İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
10:26, Bu gün
Belqorod atəşə tutuldu: Azı səkkiz yaralı var - FOTO/VİDEO
10:23, Bu gün
Toydan 12 gün sonra arvadının kişi olduğunu bildi - İndoneziyada ŞOK OLAY
10:23, Bu gün
UEFA Avropa Liqası: Finala adlayan komandalar bəlli olurlar
10:09, Bu gün
“Paşinyanın müşaviri Nobel mükafatçısıdır və dünyanın 10 ən yaxşı iqtisadçısından biridir...”
10:04, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
10:02, Bu gün
Deputat: "Azərbaycan-Slovakiya əlaqələri etibarlı tərəfdaşlıq münasibətlərinə əsaslanır"
09:56, Bu gün
Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK: Çox sayda maşının eyni vaxtda təkəri partladı - VİDEO
09:46, Bu gün
“Paşinyanın 9 may qələbə paradına qalmaması Putinə hörmətsizlik və demarşdır...”
09:45, Bu gün
Mingəçevirdə gənc oğlan insanların pulunu belə ələ keçirdi - VİDEO
09:33, Bu gün
Ukrayna bizdən bunu istəmir - NATO
09:29, Bu gün
ABŞ-li bloqer 26 “Tesla” elektromobilini pulsuz paylayacaq - FOTO
09:24, Bu gün
Sevdiyim kişi dünyasını dəyişdi - Xumar Qədimova
09:19, Bu gün
Mehriban Əliyeva veteranlarımızı təbrik etdi - FOTO
09:15, Bu gün
İsrail "qırmızı xətt"i keçəcək? - Bunu edərsə, ABŞ silah tədarükünü dayandıracaq
09:06, Bu gün
Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanıldı
GÜNLÜK
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi